HuaweiÇinin İKT nəhəngi. 2018-ci ildə "Huawei" şirkətinin gəliri 105 milyard dollar təşkil edib, xalis gəliri isə 8 milyard dolları keçib. Baş ofisi Çinin cənubundakı Şencen şəhərində yerləşən "Huawei" dünyada telekommunikasiya avadanlığı istehsalı üzrə lider şirkət olmaqla yanaşı, qlobal smartfon istehsalında da ilk üçlükdə qərarlaşıb. O, dünyada ikinci ən böyük smartfon istehsalçısıdır. Ayrıca telekommunikasiya avadanlığı, məişət elektronikası, smart cihazlar və damda işləyən müxtəlif günəş məhsullarını dizayn edir, inkişaf etdirir, istehsal edir və satır. Korporasiya 1987-ci ildə Ren Zhengfei tərəfindən təsis edilib.

Huawei
Loqonun şəkli
Ümumi məlumatlar
Sənaye telekommunikasiya sənayesi[d][1], elektron sənaye, informasiya və kommunikasiya texnologiyaları
Məhsulları genişzolaqlı şəbəkə, smartfon, planşet, donql[d], şəbəkə avadanlıqları, idarə olunan xidmətlər[d], 5G, noutbuk, ağıllı saat
Təsis tarixi 1987[2]
Baş qərargahın yeri
İqtisadi göstəriciləri
Ümumi kapital
  • 21.000 ¥ (1987)[4]
Ümumi aktivlər
  • 443.634.000.000 ¥ (31 dekabr 2016)[3]
Ümumi gəliri
  • 721.202.000.000 ¥ (2018)[5][6]
Xalis mənfəəti
  • 37.052.000.000 ¥ (2016)[3]
Əməliyyat mənfəəti
  • 47.515.000.000 ¥ (2016)[3]
Struktur
İşçi sayı
  • 105.000 nəf. (24 oktyabr 2021)
Rəhbərlik
Təsisçi
Baş icraçı direktor Ren Çjenfey
huawei.com
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Sanksiyalar

redaktə

2019-cu il mayın 15-də Prezident Donald Tramp ABŞ-nin informasiya-kommunikasiya infrastrukturunun xarici təhdidlərdən qorunması üçün fövqəladə vəziyyət rejiminin tətbiqi barədə fərman imzalayıb. Bununla bağlı Birləşmiş Ştatların Ticarət Nazirliyi mayın 17-də "Huawei" kompaniyasını qara siyahıya salıb. Amerikanın "Google" kompaniyası isə öz növbəsində "Huawei" kompaniyasına texniki dəstək verməyi və xidmət göstərməyi dayandırmaq qərarına gəlib. Çinin İKT nəhəngi bundan sonra "Android" proqram təminatından və "Google" kompaniyasının tərəfdaşlarına göstərdiyi müxtəlif xidmətlərdən istifadə edə bilməyəcək. Eyni zamanda, "Intel", "Broadcom" və digər IT nəhəngləri də Çin korporasiyası ilə əməkdaşlıqdan imtina edib.

Nəticədə "Huawei" kompaniyası "Matebook" noutbukunun yeni versiyasının istehsalını qeyri-müəyyən vaxtadək təxirə salıb. "Matebook" noutbuklarının istehsalında məhz "Intel" prosessorlarından, həmçinin "Windows" əməliyyat sistemindən istifadə edilirdi. Beləliklə, yeni noutbuk "Huawei" kompaniyasının sanksiyalar səbəbindən bazara çıxa bilməyəcəyi ilk məhsulu olacaq.[7]

5G texnologiyası

redaktə

"Huawei" 5G texnologiyaları üzrə böyük uğurlar qazanıb. Şirkət 2018-ci ilin fevralında dünyada ilk 5G mobil əlaqəsini də həyata keçirib. "Huawei Technologies" şirkəti 5G xidmətləri üçün 30 ölkə ilə 46 kommersiya müqaviləsi imzalayıb. Şirkət 5-ci nəsil mobil rabitə şəbəkəsi xidmətlərinin göstərilməsi üçün indiyədək 100 mindən çox baza stansiyası satıb. Çin şirkəti bu göstərici ilə dünyada liderdir.[8]

İstinadlar

redaktə
  1. https://www.huawei.com.
  2. ROR Data. v1.19 2023. doi:10.5281/ZENODO.7644942
  3. 1 2 3 4 http://www-file.huawei.com/-/media/CORPORATE/PDF/annual-report/AnnualReport2016_en.pdf.
  4. https://www.svtplay.se/video/26674538/vem-ar-radd-for-huawei?position=1570&id=8v1rmzy.
  5. https://web.archive.org/web/20190329040533/https://www-file.huawei.com/-/media/corporate/pdf/annual-report/annual_report2018_en.pdf?la=zh.
  6. https://finance.sina.com.cn/zt_d/2019_zq500qbd/.
  7. ""Huawei" sanksiyalar səbəbindən yeni noutbukun istehsalını dayandırıb". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-16.
  8. ""Huawei" 5G xidmətləri üçün 100 mindən çox baza stansiyası satıb". 2021-03-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-06-17.
  NODES
os 2
web 2