II Vasili Vulqarokton

II Vasili Vulqarokton (yun. Βασίλειος B' Βουλγαροκτόνος; 958, Konstantinopol, Bizans imperiyası15 dekabr 1025, Konstantinopol, Bizans imperiyası[1]) — Makedonlar sülaləsindən olan Bizans imperatoru, imperator II Romanın oğlu və I İohann Simiskinin varisi. O, VIII Konstantin ilə həmimperator olmuşdur. II Vasili imperiyanı çoxsaylı rəqiblərdən qorumaq üçün aparmağa məcbur olduğu müharibələrlə tanınır. O, imperator III Ottona, Beneventonun lanqobard hersoqlarına və slavyanlara, xüsusən də bulqarlara qarşı mübarizə aparmışdır. Sonunculara qarşı müharibə hər iki tərəfin vəhşilikləri ilə müşayiət olunurdu.[2]

II Vasili Vulqarokton
yun. Βασίλειος B' Βουλγαροκτόνος
bayraq
Bizans imperatoru
10 yanvar 976 – 15 dekabr 1025
ƏvvəlkiI İohann Simisxi
SonrakıVIII Konstantin
Şəxsi məlumatlar
Doğum tarixi 958
Doğum yeri
Vəfat tarixi 15 dekabr 1025
Vəfat yeri
Fəaliyyəti imperator
Dini şərqi ortodoks xristianlıq
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Vasili Kiçik Asiyada feodal aristokratiyasının iki üsyanını, SklirVarda Fokanın üsyanlarını yatırtmışdır. Bundan sonra onun daxili siyasətinin əsas vəzifəsi kəndli torpaq mülkiyyətini gücləndirmək idi. Bu, bir tərəfdən, fərdi terror, böyük zadəganların həbsi və onların torpaqlarının müsadirə edilməsi, digər tərəfdən isə kəndli mülkədarlığının müdafiəsi ilə bağlı qanunvericiliklə əldə edilmişdir. İmperiyanın ərazisinin genişlənməsi ilə yanaşı, onun regional əhəmiyyəti də yüksəlmişdir.[3] II Vasili bulqarlara qarşı apardığı müharibənin dəhşətinə görə tanınır. O, bir dəfə 15 min bulqarı əsir götürərək, onların hamısının kor edilməsini əmr etmişdir.[2] Üç qanlı müharibədən sonra bulqar dövləti Bizansın vilayətinə çevrilmişdir. 999-cu ildə Ermənistanın yarısı imperiyaya birləşdirilmiş, digər yarısından isə vassal dövlət yaradılmışdır. Xristianlığı qəbul edən və imperatorun bacısı ilə evlənən Kiyev knyazı Vladimir ilə ittifaq xüsusilə vacib məqam hesab edilir. Bu birlik Bizansa Kiyev dövlətinin cənubunda müstəmləkəçiliyi və ticarəti genişləndirməyə imkan vermişdir. Vasilinin hakimiyyəti Bizansın ən yüksək çiçəklənmə mərhələsini, dövlətin Aralıq dəniziYaxın Şərq ticarətində üstünlük təşkil etdiyi dövrü təşkil edir.[3]

İstinadlar

redaktə
  1. 1 2 Deutsche Nationalbibliothek Record #120911450 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  2. 1 2 Va. Василий II  // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). СПб.. 1890–1907.
  3. 1 2 Василий II Болгаробойца // Большая советская энциклопедия[в 30 т.] (3-е изд.). М.: Советская энциклопедия. гл. ред.: А. М. Прохоров. 1969–1978.

Əlavə ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
  NODES
iOS 2
mac 5
OOP 1
os 16
todo 1