IV İsgəndər (yun. Ἀλέξανδρος Δ΄; e.ə. 323, Babile.ə. 309, Makedoniya İmperiyası) — Makedoniyalı İsgəndərRoksananın yeganə oğlu.

IV Aleksandr
(Makedoniya basilevsi, Korinf ittifaqının hegemonu, İranın şahənşahı, Misir fironu, Asiyanın lordu)
yun. Ἀλέξανδρος Δ΄
Rövşənək və İsgəndər (rəssam Padovanino)
Rövşənək və İsgəndər (rəssam Padovanino)
E.ə. 323 – E.ə. 311
ƏvvəlkiMakedoniyalı İsgəndər
SonrakıKassandr
E.ə. 323 – E.ə. 311
ƏvvəlkiMakedoniyalı İsgəndər
SonrakıI Ptolomey
İran hökmdarı
E.ə. 323 – E.ə. 311
ƏvvəlkiMakedoniyalı İsgəndər
SonrakıI Selevk
Asiya hökmdarı
E.ə. 331 – E.ə. 323
ƏvvəlkiMakedoniyalı İsgəndər
SonrakıI Selevk
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Babil
Vəfat tarixi
Vəfat yeri
Vəfat səbəbi zəhər[d]
Fəaliyyəti suveren[d]
Atası Makedoniyalı İsgəndər
Anası Rövşənək
Dini Yunan politeizmi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Doğumu

redaktə

Atasının vaxtsız ölümündən sonra Perdikkasın qəyyumluğu ilə hələ ana bətnində hakimiyyəti qəbul olunmuşdu. E.ə. 323-cü ildə doğulması və cinsiyyətinin kişi olduğunun məlum olmasından sonra hakimiyyəti rəsmən tanındı.

Hakimiyyəti

redaktə

Pardikkasın 3 il sonra öldürülməsindən[1] sonra yeni qəyyum kimi Antipater seçildi. Antipater Asiya və İranı Selevkə, Misiri isə Ptolomeyə satraplıq kimi verdi. Lakin sonrakı il özü də öldü və oğlu Kassandrın yerinə Poliperxonu qəyyum kimi vəsiyyət etdi.

Daxili münaqişələr

redaktə

Poliperxonun qəyyum təyin olunması Kassandrı məmnun etmədi və o, Ptolomey, AntiqonEvridika ilə ittifaq quraraq qəyyumluğa qarşı müharibəyə başladı. Poliperxon isə Makedoniyalı İsgəndərin anası OlimpiadaYumenis ilə ittifaqa girmişdi. Bu ittifaqa daha sonra Olimpiadanın əmisioğlu, Epir çarı Eakid də qoşuldu. Evridikanın qəyyumluq tərəfinə keçməsi ilə Kassandr ilk məğlubiyyətini aldı. 25 dekabr, e.ə. 317-ci ildə EvridikaFilip Arridey edam olundular. Beləliklə Olimpiada yeganə qəyyuma çevrildi. Lakin e.ə. 316-cı ildə Kassandr geri döndü və İsgəndərlə anasını ələ keçirdi. Olimpiada edam olundu.

Ölümü

redaktə

E.ə. 309-cu ildə, İsgəndərin artıq 14 yaşı vardı. Kassandr öz hakimiyyətini əldən verməmək üçün İsgəndər və anasını həmin il gizlincə zəhərləyərək öldürtdü.[2]

İstinadlar

redaktə
  1. Anson, Edward M (Summer 1986). "Diodorus and the Date of Triparadeisus". The American Journal of Philogy (The Johns Hopkins University Press) 107 (2): 208–217.
  2. "IV Alexander - Livius". 2015-12-08 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-12.
  NODES