I Amenemhet (I Amenemhat; ən geci e.ə. 1991[1]yanlış tarix (etibarsız dəqiqlik)) — XII sülalə qədim Misir fironu, təxminən e.ə. 1994 – 1975 ci illərdə təkbaşına, son on ili e.ə. 1965 ci ilə kimi oğlu I Sesostrislə birlikdə hıkumdarlıq etmişdir.

Qədim Misir fironu
I Amenemhet
Sülalə XII sölalə
Tarixi dövr Orta padşahlıq, On ikinci sülalə (Misir)
Uşaqları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mənşəyi

redaktə

Şəxs kimi adı "Amun yüksəkdədir (zirvədədir)" və ya "Zirvə(dəki) Amun" olmuşdur. Həyat yoldaşı hansısa Nefertat olmuşdur. Anası Nofret Elefantinali nubierlərdən, "Neferti kahinliyi"nə əsasən cənub əyalətli olmuşdur. Atası Sesostrisin kimliyi haqqında elə bir dəqiq məlumat yoxdur.

Hökmranlığı

redaktə

Fərz edilir ki, I Amenemhet IV Mentuhotepin (eyniadlı) vəziri ilə eyni şəxsdir. Hakimiyyətə hansı yolla gəlməsi məlum deyildir. I Amenemhet paytaxtı Tebendən İty-Tauiə, iki məmləkətin (Yuxarı və Aşağı Misirin) sərhəddinə köçürtmüşdür. Onun hakimiyyətə gəlməsi haqqında "Neferti kahinliyi"də belə yazılmışdır:

"Yadellilər Misir çaylarının suyundan içəcəklər… Bu məmləkətqarət olunacaq… Dəhşət silahına əlatılacaq, məmləkətdə qiyamlar qalxacaq… Yaxşı nə varsa puç olacaq. Məmləkət məhv olacaq… Nə arsa dağıdılacaq… Məhsuldarlıq ayalacaq… Günəş bir saat şəfəq salacaq, gündüz və kölgə bilinməyəcək… Məmləkət fəlakətdədir… Cənubdan hökumdar yetişəcək – adı Amendir. Onu Nubili qadın dönyaya gətirəcək; Nexenin içində doğulacaq. O Yuxarı Misir tacını qəbul edəcək, başına Aşağı Misir tacını qoyacaq. Hər iki tacı birləşdirərək Horusun və Setin sevimlisinə cevriləcək… İnsanlar bu məşhur insanın oğlunun zamanında sevinəcəklər və əsrlərlə onun adı yad ediləcəklər və fəlakətdən uzaq olacaqlar. Pis niyyətlilər onun qarşısında qoorxudan simasızlaşacaq. Asiyalılar onun qılıncı liviyalılar alovundan cökəcəklər… Üsyancılar gücü qarşısında çökəcək Ureya ilanı qiyamçıları ram edəcək. Misiri sürülərini suvarmaq üçün suya mıhtac asiyalılardan qoruyacaq "Hökumdar səddi" tikiləcək. Həqiqət yerini tapacaq, yalan dəf ediləcək. Bütün bunlara hökumdar əyanları sevinəcək. Müdriklər dediklərimin həqiqət olduğunu bilib (mənim yerimə su axıdacaqlar) aləmə yayacaqlar…"

İstinadlar

redaktə
  1. Deutsche Nationalbibliothek Record #118653016 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.

Mənbələr

redaktə
  NODES