I Demetri Poliorket

Makedoniya çarı

Demetri Poliorket (yun. Δημήτριος Πολιορκητής; lat. Demetrius Poliorcetes azərb. şəhərləri mühasirəyə alan‎) - ellinizm dövrü sərkərdəsi, Makedoniyalı İsgəndərin silahdaşı olmuş Təkgözlü Antiqonun oğlu. Atası ilə birlikdə diadoxların mübarizəsində fəal iştirak etmişdir. Asiya əhalisini əsarət altına almağa cəhd edən Makedoniya sərkərdələrinin bir qrupunun başçısı idi.

I Demetri Poliorket
q.yun. Δημήτριος ο Πολιορκητής
Şəxsi məlumatlar
Doğum tarixi e.ə. 336 və ya e.ə. 337[1][2]
Vəfat tarixi e.ə. 283[2]
Vəfat yeri
Vətəndaşlığı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Kiprin Salamin körfəzində Ptolemeyin donanmasına qalib gəlmiş, bundan sonra özünü çar elan etmişdi. Demetri Poliorketin MisirRodos yürüşləri uğursuz olmuşdu. Kassandrla savaşmaq üçün Afinaya dönmüş, Korinf yaxınlığında onu məğlub etmiş, Korinf ittifaqını e.ə. 302-ci ildə yenidən qurmuşdu. E.ə. 301-ci ildə Antiqon və Demetri Poliorket İps yaxınlığında məğlub olmuşdular.

Antiqon öldürülmüş, Demetri Poliorket isə qaçmışdı. E.ə. 295-ci ildə Afinanı, Orta və Şimali Yunanıstanı, e.ə. 294-cü ildə Makedoniyanı işğal etmişdi. Ptolemey, Selevk, LisimaxPirrə qarşı yenidən başladığı mübarizədə ordusu dağılmış, özü isə Selevk tərəfindən e.ə. 285-ci ildə əsir alınmışdır.[3]

İstinadlar

redaktə
  1. Любкер Ф. Demetrius (rus.). // Реальный словарь классических древностей по Любкеру / под ред. Ф. Ф. Зелинский, А. И. Георгиевский, М. С. Куторга, Ф. Гельбке, П. В. Никитин, В. А. Канский, пер. А. Д. Вейсман, Ф. Гельбке, Л. А. Георгиевский, А. И. Давиденков, В. А. Канский, П. В. Никитин, И. А. Смирнов, Э. А. Верт, О. Ю. Клеменчич, Н. В. Рубинский СПб: Общество классической филологии и педагогики, 1885. С. 382–385.
  2. 1 2 Димитрий Полиоркет (rus.). // Военная энциклопедия СПб: Иван Дмитриевич Сытин, 1912. Т. 9. С. 100–101.
  3. Azərbaycan Milli Ensiklopediyası (25 cilddə). 6-cı cild: Çin – Dərk (25 000 nüs.). Bakı: "Azərbaycan Milli Ensiklopediyası" Elmi Mərkəzi. 2015. səh. 458. ISBN 978-9952-441-11-6.
  NODES
os 2