I Otto, I Otton və ya I Böyük Otto (alm. Otto I der Große‎; d. 23 noyabr 912 – 7 may 973) — Almaniya kralı (936–973). Müqəddəs Roma imperiyasının banisi (962).

I Otto
alm. Otto I der Große
Almaniya kralı
2 iyul 936 – 7 may 973
ƏvvəlkiI Henri
SonrakıII Otto
2 fevral 962 – 7 may 973
Əvvəlkivəzifə təsis edilib
SonrakıII Otto
Şəxsi məlumatlar
Doğum tarixi
Doğum yeri Vallhauzen, Saksoniya
Vəfat tarixi (60 yaşında)
Vəfat yeri Membelen
Fəaliyyəti rəhbər

İmzanın şəkli
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı və fəaliyyəti

redaktə

I Böyük Otto 912-ci ildə Saksoniya vilayətinin Vallhauzen şəhərində anadan olmuşdur. 24 yaşından — 936-cı ildən Almaniya kralı olmuşdur. Sakson sülaləsindən olan I Otto kral hakimiyyətini möhkəmləndirmək yeritmiş, tayfa hersoqlarının separatizminə qarşı mübarizədə geniş imtiyazlar verdiyi yepiskoplaraabbatlara arxalanmışdı. Polab (Lababoyu) slavyanları torpaqlarının işğalını davam etdirmiş, onları xristianlaşdırmaq üçün 968-ci ildə Maqdeburq arxiyepiskopluğunun əsasını qoymuşdur. 955-ci ildə Lex çayı sahilində macarları darmadağın etmiş, onların qərbə yürüşünü dayandırmışdır. 951-ci ildə Lombardiyanı tutmuş, İtaliya kralı titulunu qəbul etmişdi. 962-ci ildə Roma üzərinə yürüşə başlamış, 962-ci il fevralın 2-də papa imperatorluq taxt-tacını ona təqdim etmişdir. Bununla da Müqəddəs Roma imperiyasının əsası qoyulmuşdur. Bundan 11 il sonra 973-cü il mayın 7-də I Otto vəfat etmişdir.

Müqəddəs Roma imperiyası

redaktə
 
Müqəddəs Roma imperiyası X əsrdə

X əsrin ortaları və XI əsrin əvvəllərindən alman feodal dövləti özü işğalçılıq siyasətinə başladı. Şərqdə almanların əsas işğal obyekti Lababoyu Slavyanlarının torpaqları oldu. 951-ci ildə Almaniya kralı I Otto (936–973) Şimali İtalyanı ələ keçirdi. O, 962-ci ildə Romanı işğal edib, özünü Roma imperatoru elan etdi. Bu vaxtdan etibarən təkcə Şimali və Mərkəzi İtaliya deyil, Roma papaları da Almaniya imperatorundan asılı vəziyyətə düşdülər. Sonralar bu dövləti Müqəddəs Roma imperiyası adlandırmağa başladılar.

Mənbə

redaktə

Sovet mənbələri

redaktə
  • Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 396.
  • Y. M. Mahmudov. Orta əsrlər tarixi. Bakı, 1989.

İngilis mənbələri

redaktə

Alman mənbələri

redaktə

Xarici keçidlər

redaktə
  NODES