Jakkard maşını

Jakkard maşını toxuma dəzgahında parçaların iri naxışlarla emalı üçün əlavə tərtibatdır. Qurğu fransız ixtiraçısı Yozef-Marie Jakkardın adı ilə bağlıdır. Bu maşın toxuma dəzgahında ilmənin yaradılması zamanı hər bir sapın və saplar qrupunun hərəkətini idarə etməyə və bununla naxış elementini vurmağa imkan verir. Jakkard maşının köməyi ilə naxışlı parçaların, xalçaların, süfrələrin və s. hazırlanması mümkündür. Jakkard maşını bıçaq, qarmaq, iynə, çərçivə lövhəsi, çərçivə ipləri və naxışa uyğun perfo prizmadan ibarətdir.

Jakkard maşını

Əsas saplar, dəzgahın eni böyunca bərabər paylanması üçün aşağı hissəsədə yerləşmiş bölgü lövhəsinin deşiklərindən keçərək maşınla arkad ipləri ilə birləşdirilir. Bıçaq çərçivəsində bərkidilmiş bıçaqlar irəli-geri hərəkəti icra edirlər. Bıçaqların iş sahəsində yerləşən qarmaqlar bıçaqlar tərəfindən tutularaq yuxarı qaldırılır. Bu zaman çərçivə və arkad ipləri boyunca əsas sap yuxarıya qalxır və ilməyin yuxarı hissəsini əmələ gətirir. Qarmaqların aşağıya hərəkəti saplardan asılımış ağırlıq hesabına baş verir. Aşağı çəkilən saplar ilməyin aşağı hissəsini əmələ gətirir. Qarmaqların bıçaqların işçi zonasına daxil olması perfo-prizma tərəfindən idarə olunur. Perfo-prizmanın üzərində, parçada vurulması lazım gələn naxışın forması deşikli kağız kartlar şəklində verilir. Qarmaqlarla əlaqədə olan iynələrin bir ucu prizmadakı kart üzrə hərəkət edir. Iynə prizmadakı deşiyə daxil olduqda o qarmağı bıçaqların iş zonasında saxlayır. Əks halda priza iynəni itələyərək qarmağın bıçaqla əlaqəsini kəsir.

Jakkard maşını, 1849

Müasir toxuma maşınlarında bıçaqların artıq kompüterlə idarə olunması tətbiq olunur. Bu növ maşınların işləmə tezliyi ölçüsündən asılı olaraq dəqiqədə 1000 dəfəyə bərabərdir.

Mənbə

redaktə
  NODES