Janna Barre
Janna Barre (fr. Jeanne Barret, [ʒan ba.ʁɛ]; 27 iyul 1740[1][2] – 5 avqust 1807[1][2]) — Fransa səyyahı. Barre Yer kürəsini dövrə vurmuş ilk qadın kimi tanınır. O, buna dəniz nəqliyyatı ilə nail olmuşdur.[3][4]
Janna Barre | |
---|---|
fr. Jeanne Baret | |
Doğum tarixi | 27 iyul 1740[1][2] |
Vəfat tarixi | 5 avqust 1807[1][2] (67 yaşında) |
Fəaliyyəti | botanik, tədqiqatçı-səyyah[d], təbiətşünas, ev işçisi[d] |
Vikianbarda əlaqəli mediafayllar |
Barre Bugenvil ekspedisiyasına kişi qiyafəsi geyinərək və özünü Jan Barre kimi tanıdaraq qoşulmuşdur. O, səyahət zamanı botanist Filiber Kommersonun xidmətçisi olmuşdur.
Həyatı
redaktəJanna Barre 27 iyul 1740-ci ildə Burqundiyada anadan olmuşdur. Onun vəftiz hesabı qorunub saxlanılmışdır, Jan Bare və Janna Poşarın qanuni övladıdır. Barrenin atası günəmuzd fəhlə olmuşdur. Onun kilsə reyestrinə imza atmadığı üçün savadsız olduğu güman edilir.[5][6]
Barre 1766-cı ildə kişi qiyafəsi geymiş və özünü Jan Barre kimi tanıtmış, qısa müddət sonra Bugenvil ekspedisiyası ilə dünyanı səyahət etməli olan Fransa botanisti Filiber Kommersonun xidmətçisi kimi işə götürülmüşdür. Ekspedisiya zamanı Barre qeyri-adi cəsarət göstərmiş və bundan əlavə, botanika haqqında müəyyən biliklər göstərərək Kommersona kömək etmişdir.
Bir versiyaya görə, Barrenin sirri Taiti adasına qədər açılmamış qalmış, burada yerlilər onun qadın olduğu təxmin etmişdir. Başqa bir versiyaya görə, Kommerson əvvəldən köməkçisi haqqında həqiqəti bilmişdir və Barreni məşuqəsi kimi özü ilə aparmışdır. 1764-cü ildə Bare hamilə qalmışdır və o dövrdə Fransa qanunları nikahdankənar hamilə qalan qadınlardan "hamiləlik şəhadətnaməsi" almağı tələb edirdi ki, orada doğulmamış uşağın atasının adı qeyd edilsin. 1764-cü ilin avqustunda hazırlanmış şəhadətnamə qorunub-saxnaılmışdır. O, burada uşağının atasının adını çəkməkdən imtina etmişdir, lakin tarixçilər onun Kommerson olduğuna inanırlar.[7][8]
Bu və ya digər şəkildə Bugenvilin gəmi jurnalında yazdığı kimi, ifşa olunduqdan sonra matrosları gəmidə yeganə qadın olan Barreyə cinsi zorakılıqdan çəkindirmək asan olmamışdır. Tarixçilərin təxminlərinə görə, o, buna görə Mavriki adasında gəmidən endirilmiş və o, yalnız bir neçə ildən sonra başqa bir gəmidə Fransaya qayıda bilmişdir.
Barre Mavrikidə Kommersonun köməkçisi olaraq qalmış, Kommerson 1773-cü ildə vəfat etdikdən sonra adada bir meyxana açmışdır. O, sonradan bir fransız əsgəri ilə evlənmiş və onunla birlikdə Sent-Oley kəndinə qayıtmış, bununla da dövranı tamamlamışdır.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Jeanne Baret // https://pantheon.world/profile/person/Jeanne_Baret.
- ↑ 1 2 3 4 Bibliothèque nationale de France Jeanne Baret // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ Dunmore, John, Monsieur Baret: First Woman Around the World, Heritage Press, 2002, ISBN 978-0-908708-54-3
- ↑ Ridley, Glynis, The Discovery of Jeanne Baret, Crown Publisher New York, 2010, ISBN 978-0-307-46352-4
- ↑ Dunmore, p. 12
- ↑ Ridley, p. 13
- ↑ Dunmore, p. 29
- ↑ Ridley, pp. 40–41
Xarici keçidlər
redaktə- Jeanne Baret (Barret) (1740—1807), Pays de Bergerac : Culture et patrimoine