JavaScript
JavaScript – internet səhifələrin yaradılmasında geniş istifadə olunan proqramlaşdırma dilidir. JavaScript müxtəlif dilllərdən ilhamlanaraq yaradılmışdır. 1995-ci ilə Brendan Eyx tərəfindən yazılmışdır. JavaScript Obyekt Yönümlü Proqramlaşdırma (OYP) dilidir. Obyektə Yönümlü Proqramlaşdırma mövzusu kifayət qədər mürəkkəb proqramlaşdırmadır. JavaScript Netscape Navigator 2.0 ilə birlikdə Brendan Eich tərəfindən inkişaf etdirilən və əvvəllər Mocha sonralar LiveScript olaraq adlandırılan və sonda bu anki adını alan JavaScript dili başlanğıcda sadəcə müştəri tərəfindən (client-side) şərh edilən bir proqramlaşdırma dilidir.
JavaScript | |
---|---|
Yaradılma tarixi | may 1996[3] |
Müəlliflər | Brendan Eyx |
Fayl sonluğu |
.js [4] və ya .mjs [4] |
Sonuncu versiyası | |
Təsirlənib | Scheme[5], Java[5], C, Lua, Perl[5], Python[5] |
ecma-international.org/p… | |
Vikianbarda əlaqəli mediafayllar |
Günümüzdə NodeJS texnologiyası ilə server tərəfli də (server-side) şərh edilən proqramlama dili halına gəldi.
Tarixi
redaktə1995-ci ildə Netscape şirkəti tərəfindən, Sun şirkətinin dəstəyi ilə hazırlanmış NN24-də istifadə olunan AD bundan sonra JavaScript adlandırılması ilə açıqlanma verildi. Buna qədər isə bu alqoritmik dil LiveScript adlandırılırdı. Bu gözlənilməz addım kifayət qədər problemlər yaratdı. Beləki, Sun şirkətinin JAVA AD-nə heç bir dəxli olmayan JavaScript-i JAVA-nın alt-çoxluğu kimi qəbul edənlərin sayı çoxaldı.
JavaScript - HTML səhifəyə inteqrasiya olunaraq, bu səhifə ilə istifadəçi arasındakı interfeysə əlavə funksional imkanlar verən alqoritmik dildir.
NodeJS
redaktəNode.js asan sürətli, öncələnə bilən şəbəkə tətbiqləri yaratmaq üçün Chrome's JavaScript Runtime texnologiyası üzərində qurulmuş bir platformadır. Node.js dağıdılmış cihazlar üzərindən işləyə bilən gerçək zamanlı tətbiq etmələr üçün mükəmməl yüngül və səmərəli hala gətirən hadisə yönümlü, əngəllənməyən I/O modeli istifadə edir.
Nümunə
redaktəƏks olunduğu HTML sənədin body hissəsi:
<body>
<form name="form" method="post" action="">
<textarea name="latin" cols="59" rows="25" id="latin"></textarea>
<textarea name="netice" cols="58" rows="25" id="netice"></textarea>
</form>
<input name="Submit" type="submit" value="Çevir" onkeyup = "latinkiril()">
</body>
Xarici Keçidlər
redaktə- JavaScript (mozilla.org) Arxivləşdirilib 2012-07-16 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ ECMAScript® 2024 Language Specification. 2024.
- ↑ ECMAScript® 2025 Language Specification. 2024.
- ↑ http://speakingjs.com/es5/ch04.html.
- ↑ 1 2 Miller M., Borins M., Bynens M., Farias B. Updates to ECMAScript Media Types (ing.). IETF, 2022. doi:10.17487/RFC9239
- ↑ 1 2 3 4 Rauschmayer A. Speaking JavaScript (ing.).