Kəskin nəfəs yolları pozulması sindromu

Şok ağciyər (kəskin respirator distress sindromu[1]) — ağciyər alveolyar sisteminə xas olan hüceyrə komponentlərinin (epitelialendotel hüceyrələri) ciddi şəkildə təsirləndiyi kəskin bir vəziyyətdir. ARDS prosesi ağciyərlərdə geniş yayılmış iltihabın sürətlə başlaması və bütün alveolları təsir edən zədələnmə (diffuz alveolyar zədə — DAD) ilə tənəffüs çatışmazlığının bir növüdür. Əgər törədici aradan qaldırıla bilsə, xəstədə olan səthi tapıntılar qısa müddətdə yox olacaq. Törədici güclü olduğu hallarda tənəffüs dəstəyi tələb edən intensiv hipoksiya (oksigen aclığı) vəziyyəti inkişaf edir. Orta ölüm: 50% (yaşlılarda 90%). Sağ qala bilən xəstələrdə tənəffüs funksiyalarına ciddi təsir göstərən ağciyərlərdə geniş yayılmış toxuma məhvi (xroniki interstisial ağciyər xəstəliyi) baş verə bilər.

Kəskin nəfəs yolları pozulması sindromu
XBT-10-KM J80
XBT-9 518.5, 518.82
DiseasesDB 892
MedlinePlus 000103
MeSH D012128
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranma səbəbləri

redaktə

Yerli Səbəblər

redaktə
  • virus infeksiyaları
  • Travma (birbaşa təsir)
  • Oksigenin toksik təsiri (tənəffüs dəstəyində)
  • Zəhərli və qıcıqlandırıcı qazların inhalyasiyası
  • Mədə tərkibinin aspirasiyası
  • suda boğulma

Sistemli səbəblər

redaktə
  • Şok (septik, travmatik)
  • Kəskin pankreasın iltihabı (kəskin hemorragik pankreatit)
  • Yanığlar
  • Mürəkkəb qarın cərrahiyyəsi
  • Narkotik maddə (heroin)
  • sitotoksik dərmanlar
  • Üzvi həlledicilərə qarşı yüksək həssaslıq
  • hemodializ
  • ürək əməliyyatı
  • Pestisidlar (paraquat)

İstinadlar

redaktə
  1. N. Y. Bayramov. Təcili Abdominal Cərrahiyyədə Müayinə və Müalicə Qaydaları (PDF). Bakı: Qismət. 2009. 138.

Xarici keçidlər

redaktə
  NODES