Kalibr — maşın hissələrinin səthlərinin ölçü, forma və qarşılıqlı yerləşməsinə nəzarət etmək üçün tətbiq olunan bölgüsüz ölçmə alətidir. kalibr odlu silahların lüləsinin, həmçinin mərminin (minanın, güllənin) diametridir, silahın gücünü təyin edən əsas kəmiyyətlərdən biridir.

Deşiklər üçün kalibr

Ümumi məlumat

redaktə

Kalibrlər həddi və normal olurlar. Normal kalibrlər (şablonlar) mürəkkəb səthlərə nəzarət etməyə xidmət edirlər. Həddi kalibrlər keçən və keçməyən tərəflərə (nominal ölçünün yuxarı və aşağı həddləri) malik olaraq ölçünü buraxılabilən müsaidə daxilində olmasını yoxlamağa şərait yaradır. Həddi kalibrlər silindr, konus, yiv və şlis formalı səthlərin yoxlanmasında istifadə olunur. Həddi kalibrlər kontruksiya olunan zaman Teylor prinsipinə riayət olunmalıdır. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, keçən kalibr birləşmə boyu xətaları nəzərə almaqla qovuşan hissənin yoxlanılan ölçüsünün prototipidir. Keçməyən kalibr isə yalnız hissənin ayrı-ayrı ölçülərini yoxlayır və buna görə də, xətaları aradan qaldırmaq üçün kiçik uzunluğa malik olur. Kalibrlər daxili və xarici ölçülər üçün nəzərdə tutulduğundan onlar iki qrupda birləşirlər. Kalibrlər adətən yeyilməyə davamlı materialardan hazırlanırlar. Gövdə üçün xüsusi poladdan, işçi səthlər üçün bərk xəlitədən istifadə olunur. Kaliblər digər ölçmə alətləri kimi xüsusi şəraitdə saxlanırlar.

Hamar-lüləli silahlarda lülənin daxili diametri ilə, yivli silahlarda isə lülədə qarşı-qarşıya duran yiv səthləri arasındakı (Rusiya və s. ölkələrdə), yaxud yiv dərinlikləri arasındakı (ABŞ, B. Britaniya və s.) məsafə ilə ölçülür; mərmi və güllələrdə ən böyük en kəsiyi ilə təyin olunur. Konusşəkilli lülələrdə giriş və çıxış Kalibrlərinə ayrılır. Mərminin Kalibri silahın Kalibrinə bərabər, ondan böyük və kiçik ola bilər. Artilleriya silahlarının Kalibrı anlayışı ilk dəfə 16-cı əsrin ortalarında sferik mərminin kütləsindən asılı olaraq yaradılmışdır. 1540-cı ildə Nürnberqdə daş və çuqun top güllələrinin şkalası işlənib hazırlanmışdır. Kalibrin ölçüsü xətti vahidlərlə (mm, düym) göstərilir. Rusiyada metrik sistem qəbul edildikdən sonra (1917-ci ildən) bütün növ silahların Kalibrı mm-lə ölçülür: məs., 152 mm-lik haubitsa, 85 mm-lik top, 7,62 mm-lik tüfəng və s. Kalibr ABŞ-də düymün yüzdə bir, B. Britaniyada isə mində bir hissəsi ilə, qarşısında nöqtə olan tam rəqəm şəklində ifadə olunur. Məs., .30 (ABŞ) və .300 (B. Britaniya) işarəsi 0,3 düym (7,62 mm) ölçülü Kalibra uyğun gəlir. Artilleriyada Kalibr, həm də nisbi kəmiyyəti ifadə edir; belə ki, silah lüləsinin uzunluq Kalibri bu uzunluğun lülə kanalının diametrinə nisbəti kimi xarakterizə olunur (məs., lülənin uz. 5 Kalibrdır). Ov tüfənglərinin Kalibrı 1 ingilis funtu (453 q) ağırlığında təmiz qurğuşundan tökülmüş və tüfəngin lülə kanalına ara-boşluqsuz yerləşən güllələrin sayı ilə təyin edilir. Məs., diametri lülə kanalının diametrinə bərabər 12, 16, 20 və daha çox girdə güllə tökülübsə, belə gülləli tüfəng müvafiq olaraq 12, 16, 20 və s. Çaplı adlanır. Aviasiya bombasının Kalibri onun kq (Rusiya və s.) və ya funt (ABŞ və s.) ilə ifadə olunmuş kütləsidir.

Mənbə

redaktə
  NODES