Kamon (yap. 家紋, "evin işarəsi"), həmçinin mon (yap. "işarə"), monsö(yap. 紋章 "nəsil təsviri"), mondokoroYaponiyada ailənin və yaxud şəxsin identifikasiyasını bildirmək üçün istifadə olunan emblemdir. Yaponiyada "mon" termini ilə ümumi olaraq emblemləri adlandırırlar. Lakin kamon və mondokoro termini ilə konkret olaraq ailənin identifikasiyasını bildirirlər. Belə ki yaponlarda ailə gerbi samurayların inkişaf etdiyi dövrdə hərbi evlərin və yaxud ümumi maraqlara görə yaradılan samuray birliklərinin fərqləndirici işarəsi idi. Kamon samurayların geyimində, silahlarında, zirehində, bayrağında, məişət əşyalarında (məsələn, qablar, qılınc altlıqlarında) və digər əşyalarda təsvir olunurdu.

Yaponiya imperatorunun möhürü
Tokuqava ailəsinin gerbi, dairənin içərisində üç gülxətmi yarpağı

Yaponiyada olan çoxlu nəsil gerbləri qədim mənşəyə malikdir. Hesab olunur ki, ilk "mon"lar Nara dövrü (710–794) və Heyan (794–1185) dövrlərində zadəganların saray kostyumunun bir hissəsi kimi yaradılmışdır. Sonradan gerbə çevriləcək çoxsaylə naxışlar parça üzərində sadə təsvirlər idi. Bunlara əsasən, payızgülü, qlisiniya, pavlovniya (Adəm ağacı), pionlar, "yeddi ulduz", "doqquz ulduz", tomoe, xanabisi və başqa təsvirlər aid idi. Onların yaranma tarixi tam dəqiq olmasa da, Heyan dövrünün ikinci yarısında artıq bir sıra zadəgan ailələrini müəyyənləşdirməyə kömək edən çoxlu naxışlardan istifadə olunurdu. Bu təsvirlər ailə gerbi sayılan kamonlara aid edilməsə də, funksional olaraq onlara yaxın hesab edilirdi.[1]

XII əsrdən başlayaraq monlar hərbi evlər tərəfindən istifadə olunmağa başlamışdır. "Muçu torpağı haqqında hekayə" povestində Muçu əyalətinin üsyançıları olan Minamoto-no Yöriyosi ilə Minamoto-no Yosiienin barışığından danışılır. Minamoto-no Yösieyə məxsus hərbi düşərgədəki bayraqlarda iki göyərçin təsvirinə rast gəlmək olar. Göyərçinlər yaponların müharibə tanrısı Xatimanın elçiləri sayılırdı. Bundan başqa göyərçinlə Minamoto nəslinin ailə ilahəsi sayılırdı.

Kamakura dövründə (1080–1333) monlar artıq samurayların geyimində peyda olmağa başlayır. Bununla da "daymon" (tərcümədə "böyük gerblər" deməkdir) kostyumlarının zadəganlar arasında yayılması başlamışdır. Samurayların nəsil gerblərində təsvir olunan ilk illustrasiyaların yaranması da Kamakura dövrünə aid edilir.

Muromati dövrünün sonunda kamonların sayı o qədər artmışdır ki, artıq onların dəqiq təsnifatını vermək məcburiyyəti yaranmışdır. Gerblərin ilk təsvirlərinin təsnifatı təxminən 1510–1520-ci illərdə tərtib olunmuşdur. XVI əsrin əvvəllərində artıq bugünə qədər gəlib çatan 250-ə yaxın kamon məlum idi. Nəhəng hərbi gücə malik ailələr bir yox, bir neçə mona sahib idilər. Məsələn, Sinanodan olan Sanada ailəsinin gerbində hərbi gerb qismində 6 qəpik — rokumodzen təsvir olunmuşdur. Bu ailənin bayraq və silah-sursatlarını bəzəyirdi. Eyni zamanda ailə sülh gerbi kimi ördək təsviri olan kariqanedən istifadə edirdi. Bundan başqa həmin dövrdə ordu sayının artması və asiqaru adlanan piyadalardan geniş istifadə olunması ailələrin bayraqlarındakı mon təsvirlərinin mürəkkəbləşməsinə gətirib çıxarmışdır.

Senqoku dövründə isə ailə gerblərinin paltarlarda daşınması qaydaları da mürəkkəbləşdirildi. Gündəlik məişət geyimində monlar 5 hissədə — sinənin hər iki tərəfi, kürək hissədə və hər iki dolda dirsəklərin arxa tərəfində təsvir olunmağa başladı.

Edo dövründə isə ailə gerblərini zadəganlar, samuraylar, nindzalar, kabuki teatr aktyorları, qeyşalar, sənətkarlar, tacirlər, azad kəndlilər də istifadə edə bilərdilər. Yaponiyada klanların yaranması təkcə qan qohumlarından ibarət deyildi. Belə ki hansısa ailə düşən uşaq həmin ailə gerbinin daşıyıcısı hesab olunurdu. Daha bir fərqləndirici xüsusiyyət ondan ibarət idi ki, ailədə ancaq nəsildən nəsilə ötürülən işlə məşğul olmaq olardı. Meydzi restavrasiyasından sonra samuray təbəqəsinin süqutu başladı. Getdikcə ailə gerbi saxlamaq dəbdən düşməyə başladır. Həmin dövrdə artıq gerblərdən əsasən imperator və zadəgan ailələri istifadə edirdi.[2]

Dizaynı

redaktə

Nəsil nişanları stilləşdirilmiş güllər, bitkilər, heyvanlar, lələklər, yelpiklər və s. bu kimi təsvirləri özündə birləşdirir. Ənənəvi olaraq, kamonlar ikirəngli çalara malikdirlər. Bəzən kamonlarda sahibin peşə atributları təsvir olunur. Məsələn, qeyşanın kamonunda onların əsas atributu olan yelpik təsvirinə rast gəlmək olar.

Təsvir olunan bitkilər əsasən payızgülü, qlisiniya, pavlovniya (Adəm ağacı), pionlar, "yeddi ulduz", "doqquz ulduz", tomoe, xanabisi və başqa təsvirlər aid idi. Məsələn, pavlovniya bitkisi yapon heraldikasında çox geniş şəkildə istifadə olunur. Yaponlar bu bitkini kiri adlandırırlar. Bu bitkinin təsviri imperatorun geyimində və istifadə etdiyi əşyaları bəzəyirdi. Kamakura dövrünün sonunda bu bitki imperator ailəsinin gerbinə çevrilərək, imperator Hodayqonun dövründə payızgülündən sonra əhəmiyyətinə görə ikinci simvol sayılırdı.[3]

Təbii ki İmperator evinin ən əsas kamonu-emblemi sarı rəngli və ikili sırada yerləşən 16 ləçəkli payızgülüdür.(baxmayaraq ki, pasport da ləçəklərin ikinci sırası təsvir olunmur) Yaponlar payızgülünü xoşbəxtlik və müdriklik simvolu hesab edirlər. Çox vaxt bu gülü günəşlə müqayisə edirlər. Bu səbəbdən qədim zamanlardan xrizontema yüksək təbəqə və hakimiyyət simvolu hesab edilir. Məhz imperator Qotoba-in (1183–1198) xrizantemaları çox sevdiyindən güllərin təsvirindən şəxsi möhüründə istifadə etmişdir. Ondan sonra hakimiyyətə gələn imperatorlar bu ənənəni davam etdirmişlər. 1871-ci ilə qədər imperator nəslinə aid olmayan heç bir şəxs kamondan istifadə edə bilməzdi.

 
Mitsubişi şirkətinin loqotipi

Yaponiyada məşhur olan ailə gerblərindən biri də Tokuqava ailəsinə məxsus 3 gülxətmi yarpağı olan kamondur. Bu kamonla əlaqədar olaraq, Kiotoda hər il 15 may tarixində keçirilən Aoy Maçuri ("Gülxətmi Festivalı")adlı ən qədimi festivallardan biri bağlıdır. Bu bayramın tarixi belə bir rəvayətlə bağlıdır: "Belə ki, qədim zamanlarda ilin 5-ci ayında tez-tez yağan leysan yağışları daşqınlara və digər fəlakətlərə səbəb olurmuş. İnsanlara məbədlərə yollanaraq tanrılardan yardım diləyərlərmiş. Nəhayət, uzun sürən dualardan sonra yağışlar bir gün dayanır. Ehtiram əlaməti olaraq, insanlar tanrılara ürək formasına malik gülxətmi bitkinin yarpaqlarını hədiyyə gətirməyə başlayırlar."[4]

Heyan dövründə gülxətmi yarpaqlarının daşqın və zəlzələnin qarşısının alması hesab olunurdu. Bu səbəbdən Tokuqava ailəsi bu bitkini özünə kamon seçmişdir. Yalnız imperator gerbində təsvir olunan 16 ləçəkli payızgülü və Tokuqava ailəsinə məxsus gülxətmi yarpaqlarının başqa ailələr tərəfindən öz gerblərində yerləşdirilməsi qadağan edilmişdir.

Müasir dövrdə isə bəzi yerli hakimiyyət orqanları və birlikləri kamonlardan loqo və yaxud ticarət nişanı kimi istifadə edərək bu ənənənin itməməsinə çalışır. Ən çox tanınmış kamonlardan birinə misal olaraq, Mitsubişi avtomobil şirkətinin korporativ loqosunu göstərmək olar. Ad "üç ləçək" mənasını versə də, romb şəşklindədir. Korporativ məqsədlərlə istifadə olunan digər loqotip kimi məşhur soya souzunun istehsalçısı olan Kikkoman şirkətini göstərmək olar. Belə ki şirkətin loqotipində onun yaradıcısının ailə kamonu təsvir olunub. Nəhayət, musiqi alətləri və motosikl istehsalı ilə məşğul olan Yamaha şirkətinin kamonunda isə 3 kamerton Y hərfinin içərisinə doğru bağlanmışdır.

Qalereya

redaktə

Kamon nümunələri

redaktə

Heyvan motivli kamonlar

redaktə

Bitki motivli kamonlar

redaktə

Əşyaların təsvir olunduğu kamonlar

redaktə

Başqa motivli kamonlar

redaktə

Həmçinin bax

redaktə
  • Damğa — analoji türk heraldik simvolu

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2022-03-14 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-17.
  2. "Arxivlənmiş surət". 2022-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-17.
  3. "Arxivlənmiş surət". 2021-04-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-17.
  4. "Arxivlənmiş surət". 2021-12-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-01-17.
  NODES
os 6