Kamuflyaj (fr. camouflage) — gizlənmə, saxlanma üsullarından biridir. Sözün əsl mənası mühitdən gizlənmək, saxlanmaq deməkdir və normalda asanlıqla görünən orqanizm və ya obyektin ətrafdakı əşyaların rənginə müvafiq rəngə düşərək tapılmasının, müəyyənləşdirilməsinin çətinləşməsi deməkdir. Müharibələrdə və təbii həyatda düşməndən gizlənmək və yaxud da düşməni çaşdırmaq üçün istifadə edilən bir strategiyadır.

Adi kambala
Kamuflyajın effekti. Əfqanıstan müharibəsi zamanı ABŞ Dəniz Piyadaları Korpusunun 3-cü Diviziyasının 3-cü Dəniz Piyada Alayının 3-cü Dəniz Piyadaları Batalyonuna məxsus olan əsgər (Methar Lam, Laqman əyaləti, Əfqanıstan, 6 aprel 2005)

Bu söz, fransızca camouflage sözündən götürülmüş sözdür və mənası "ətraf mühitə müvafiqləşərək gizlənmək və ya gizlədilmək" deməkdir. Fransızca söz olan bu söz camoufler "gizlənmək" feilindən və sözün axırına +age şəkilçisinin artırılması yolu ilə əmələ gəlmişdir. Bu söz italyanca eyni məna verən camuffare felindən götürülmüşdür[1].

Hərbi sahə

redaktə
  Əsas məqalə: Hərbi kamuflyaj
 
Ghillie Suit adlı kamuflyajdan istifadə etmiş olan bir snayperçi.

Qədim dövrlərdən XVIII əsrə qədər olan nizami orduların geyimləri rəngarəng olub, hər dəstənin rəngləri müxtəlif olmuşdur. Bu, cəbhədəki düşmənlərin və dostların tanınması üçün mühüm bir element idi. Lakin Sənaye inqilabı ilə inkişaf edən texnologiya və silah sənayesindəki irəliləyişlər nəticəsində gizlənməyin əhəmiyyəti aydın omuşdur.

Təbiət

redaktə

Təbiətdəki həyatda ovun ovçudan mühafizə olunmaq üçün və ya ovçunun ovunu ələ keçirməsi üçün kamuflyajın təbii refleks kimi istifadə olunması məlumdur (məsələn, buqələmun).

İstinadlar

redaktə
  1. "Sözün mənşəyi". 4 noyabr 2014 tarixində arxivləşdirilib.

Əlavə ədəbiyyat

redaktə
  • Roy Behrens (2002). False Colors: Art, Design and Modern Camouflage. Bobolink Books. ISBN 0-9713244-0-9.
  • Roy Behrens (2009). Camoupedia: A Compendium of Research on Art, Architecture and Camouflage. Bobolink Books. ISBN 978-0-9713244-6-6.
  • Roy Behrens (editor) (2012). Ship Shape: A Dazzle Camouflage Sourcebook. Bobolink Books. ISBN 978-0-9713244-7-3.
  • Goodden, Henrietta (2009). Camouflage and Art: Design for Deception in World War 2. Unicorn Press. ISBN 978-0-906290-87-3.
  • Jon Latimer (2001). Deception in War. John Murray. ISBN 978-1-58567-381-0.
  • Newman, Alex; Blechman, Hardy (2004). DPM – Disruptive Pattern Material: An Encyclopaedia of Camouflage: Nature, Military and Culture. DPM. ISBN 978-0-9543404-0-7.
  • Shell, Hanna Rose (2012). Hide and Seek: Camouflage, Photography and the Media of Reconnaissance. Zone Books. ISBN 978-1-935-40822-2.
  • Martin Stevens (biologist); Merilaita, Sami (2011). Animal Camouflage: Mechanisms and Function. Cambridge University Press. ISBN 978-0-521-15257-0.
  • Wolfgang Wickler (1968). Mimicry in plants and animals. McGraw-Hill. ISBN 978-0-07-070100-7.

Uşaqlar üçün

redaktə
  • Kalman, Bobbie; Crossingham, John (2001). What are Camouflage and Mimicry?. Crabtree Publishing. ISBN 978-0-86505-962-7. (ages 4–8)
  • Mettler, Rene (2001). Animal Camouflage. First Discovery series. Moonlight Publishing. ISBN 978-1-85103-298-3. (ages 4–8)

Xarici keçidlər

redaktə
  NODES
design 2
Done 1
eth 1
see 1