Kara dənizi (rus. Карское море) — Şimal Buzlu okeanın ucqar dənizi. Dənizin adı hövzəsinə aid olan Kara çayının adından götürülüb. Öz növbəsində, çayın adı da alman əsilli Karanın adıyla bağlıdır.

Kara dənizi
rus. Карское море
Ümumi məlumatlar
Sahəsi 893400 km²
Eni 970 km
Dərin yeri 620 m
Orta dərinliyi 50-100 m
Yerləşməsi
74°49′55″ şm. e. 71°18′43″ ş. u.HGYO
Ölkə  Rusiya
Kara dənizi xəritədə
Kara dənizi
Kara dənizi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Qayıq və üzərindəki hava yastığın Hivus-10 sahilində, Kara dəniz

Fiziki-coğrafi vəziyyət

redaktə

Dəniz Avrasiyanın şimal sahiliylə və adalarla - Yeni Torpaq, Frans-İosif Torpağı, Şimal Torpağı, Heyberq adaları ilə əhatə olunub.

Dənizin şelf qatında çoxlu adalar vardır. Dənizin orta dərinliyi 50 — 100 metr arasında dəyişir, ən dərin yeri 620 metrdir. Sahəsi 893 400 km²-dir.

Dənizə çoxlu çay tökülür: Ob, Yenisey və s. Buna görə duzluluq əhəmiyyətli dərəcədə dəyişilir. Kara dənizinə həmçinin Tas çayı tökülür.

Kara dənizi — Rusiyanın ən soyuq dənizlərindən biridir. Yayda ən yüksək temperatur çayların mənsəbinin yaxınlığında müşahidə edilir. Burada, yayda suyun temperatur 0 °C yuxarı olur. Burada qatı dumanqasırğalar müşahidə edilir. Ən böyük yarımadaları: Taymır yarımadası, Yamal yarımadası

Hidroloji rejim

redaktə

Dənizin səthi mürəkkəb su sirkulyasiyası (dövranı) xarakterinə malikdir. Dənizin cənub-qərb hissəsində qapalı su sirkulyasiyası siklonu olur. Ob-Yenisey dayazlığından dənizin mərkəzi hissəsinə qədər, Sibir çaylarının duzdan təmizlənmiş suları yayılır.

Kara dənizində qabarma və çəkilmələr müşahidə olunur. Onların hündürlüyü 50 — 80 santimetrə çatır. Dəniz demək olar ki, ilboyu buzla örtülmüşdür. Buzun formalaşması sentyabrda başlayır. Çoxillik buzlaşmaların ən hündür sahələri 4 metrə qədər qalınlıqla rast gəlinir. Sahil uzunu buzlar yaranır, dənizin mərkəzində — "üzən" buzlara rast gəlinir. Yayda buzlar ayrı-ayrı hissələrə dağılır.

Temperatur rejimi və duzluluq

redaktə

Dənizin səthində suyun temperaturu qışda −1,8 °C yəni, suyun donma temperaturuna yaxındır. Orta duzluluq 34 promilledir Çay axını və yayda buzun ərinməsi aşağı dəniz suyunun duzluluğunun azalmasına səbəb olur. Hətta çayların mənsəbində duzluluq kifayət qədər aşağı olur.

Su, yayda dənizin 50-70 metrliyində (şərqdə 10-15 metr) 6 °C (şimalda 2 °C) temperatura qədər qızır.

İqtisadi əhəmiyyəti

redaktə

Əsas dəniz portu - Dikson portudur. Şimali dəniz bərə yolu Kara dənizindən keçir. Dənizdən kambala, siqi və b. balıqlar ovlanır.

Gəmiçilik üçün şərait

redaktə

Öz fiziki-coğrafi şəraitinə görə Kara dənizi Arktikanın ən mürəkkəb dənizlərindəndir. Bu dənizdə hərəkət çox çətindir.

Aşağıdakı əlverişsiz şərait və bəzi amillərə görə hərəkət üçün dənizdən az istifadə olunur[1]:

  • sualtı təhlükələrinin və dayaz sahələr çox olması;
  • buzun praktik olaraq daimi mövcudluğu;
  • çay mənsəblərinin tez donması;
  • lövbər dayanacaqlarının dənizinin çox hissəsində mövcud olmaması;
  • dənizin təbii şəraitinin zəif öyrənilməsi;
  • dumanlı günlərin çoxluğu; vizual və astronomik müşahidə imkanın olmaması;
  • kompaslarla cəhətin təyinin çətinliyi.

İstinadlar

redaktə
  1. "Руководство для сквозного плавания судов по Северному морскому пути. СПб, 1995". 2019-01-20 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2013-10-18.

Xarici keçidlər

redaktə

Həmçinin bax

redaktə
  NODES