Karl Frederik fon Breda

Karl Frederik fon Breda (isv. Carl Frederik von Breda; 16 avqust 1759[1][2][…], Stokholm[3]1 dekabr 1818[1][2][…], Stokholm[3]) — İsveç kralığının rəssamı olmamışdan əvvəl təhsilini Böyük Britaniyada başa vuran isveçli rəssam. Karl Frederik fon Breda Stokholmda anadan olub, daha sonra Böyük Britaniyaya köçüb və burada Coşua Reynoldsun tələbəsi olub. Breda xüsusilə portret şəkillərində ixtisaslaşmışdır. Buna görə də "isveçli van Deyk" adlandırılır.[4] 1796-cı ildən İsveçə qayıdan Breda burada Sənətlər Akademiyasında professor olaraq fəaliyyət göstərib. Digər tərəfdən portret və krallıq rəssamı olaraq da çalışıb. İyirmi iki yaşında evlənən Bredanın oğlu Yohan Frederik də atası tərəfindən tərbiyə edilib və rəssam olaraq fəaliyyət göstərib. İsveçli rəssam 1818-ci ildə Stokolmda vəfat edib.[5]

Karl Frederik fon Breda
Carl Frederik von Breda
Doğum tarixi
Doğum yeri Stokholm
Vəfat tarixi (59 yaşında)
Vəfat yeri Stokholm
Vəfat səbəbi beyin qansızması[d]
Milliyyəti isveçli
Vətəndaşlığı İsveç İsveç
Fəaliyyəti rəssam
Təhsili İsveç Kral İncəsənət Akademiyası
Janr portret
Stil portret
Mükafatları Knight of the Order of Vasa
İmza
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Bredanın nəsli 1670-ci ildə Niderlanddan Stokholma köç edən ailəyə əsaslanır. "Fon Breda" ailəsi çox güman bugünkü Breda şəhəri ilə əlaqəlidir. "Fon" kəlməsi əsasən Niderland dilinə aid bir ədat deyildir. Lakin alman dilinə aid olan bu ədat bəzi məqamlarda ailənin zadəgan ailəsinə aid olduğunu göstərmək üçün istifadə edilmişdir. Karlın babası Lukas (1616-1752) istedadlı bir rəssam, Karlın atası Lukas (1726-1799) isə dənizçilik sahəsində çalışan bir şəxs olub, həmçinin müəyyən vaxtlarda da sənət əsərləri toplayıb. Gənc Lukas Coanna Korneliya Payper adlı xanımla evlənmiş və 16 avqust 1759-cu ildə dünyaya gələn Karl ilə birlikdə 5 uşaqları olub. Karl mükəmməl bir təhsil almış və İsveç Kral Sənət Akademiyasına hələ 19 yaşında olarkən yazılmışdır.[5]

O, akademiyada ilk əvvəl portret rəssamlığı sahəsində özünü inkişaf etdirmişdir. Burada Lorens Paş Bredanın müəllimlərindən biri olmuş və Bredanın ilk əsərlərində, xüsusilə rəng seçimlərində onun təsiri xüsusilə hiss olunur. 1780-ci ildə Breda sənət sahəsində ilk mükafatını qazanmışdır. 1784-cü ildə isə ilk sərgisi keçirilmişdir. Burada rəssamın 19 əsəri nümayiş olunmuşdur. Həmin il özünün ilk kral portreti olan III Qustavın baldızı Düşes Hedviq Elizabet Şarlottanın şəklini çəkmişdir. Bundan əlavə IV Qustav Adolf, kral III Qustav və onun vəliəhdinin də portretlərini çəkmişdir.[5]

Rəssam 1786-cı ildə akademiyada təşkil olunan bir müsabiqəyə qatılır, lakin qalib ola bilmir. Breda 22 yaşında evlənir və oğlu dünyaya gəlir. Bir çox rəssamın etdiyi kimi Paris və Romaya səyahət etmək yerinə o, ailəsi ilə birlikdə Londona getməyi seçir.[5] Oğlu Yohan Frederik fon Breda da 1788-ci ildə Londonda dünyaya gəlir.[4]

Böyük Britaniyada

redaktə

Britaniyada Breda məşhur rəssam Coşua Reynolds ilə birlikdə işləmək fürsətini əldə edir. Coşua Reynoldsun tələbələrindən biri olan Ceyms Nortkotun dediyinə görə, Reynolds öz işləri səbəbilə tələbələrinə çox vaxt ayıra bilmirdi. Lakin Reynoldsun Bredaya olan təsiri, xüsusilə Bredanın stili əsas götürülərsə, Reynoldsun təsiri olduqca köklü bir dəyişikliyə səbəb olmuşdur. Breda vasitəsilə Reynoldsun tərzi daha sonrakı isveçli portret rəssamlarına da təsir etmişdir.[5] Breda, həmçinin 1791-ci ildə onun Stokholm Sənətlər Akademiyasına qəbul olmaq üçün də Coşua Reynoldsun portretini çəkmişdir.[5]

Londonda St. Ceyms küçəsində atelye açan Breda tez bir zamanda məşhur portret rəssamı oldu.[5] Burada istər Ceyms Ramsey və Çarlz Bernhard Valdsrpemin, istərsə də bu gün Londonda Ceyms Vatt və Metyu Boultonun portretlərini çəkmişdir. Mühəndislərin portretləri Breda tərəfindən 1792-ci ildə Birminhemə səfər zamanı çəkilmişdir. Ceymis Vatt Milli Portret Qalereyasında, Metyu Boultonun portreti isə Birminhem Muzeyi və İncəsənət Qalereyasında yer almışdır. Həmçinin Breda botanik və elm adamı Uilyam Uizerinq və onun həyat yoldaşı Meri Pristli, eyni zamanda teoloq Cozef Pristlinin də portretlərini çəkmişdir.[5][6]

İsveçə dönüş

redaktə

1796-cı ildə Stkolholma qayıdan Breda burada akademiyada professor oldu və çoxlu portret sifarişi aldı. Asplundun dediklərinə əsasən, Bredanın İngiltərədəki cəsarətli və canlı fırça zərbələri ilə inkişaf etdirdiyi stili İsveçdə ciddi mənada heyranlıq yaratmışdı. Breda ən yaxşı portretlərini 1797 və 1798-ci illərdə çəkmişdir və həmin vaxtlarda çəkdiyi rəsmlərində romantizmin izlərini görmək mümükündür.[5] Bu portretlərə atası Lukasın, iki qohumunun, alim və humanist Nils fon Rozenşteynin və müğənni Tereza Vandoninin portretləri daxildir. Xüsusilə Tereza Vandoninin portreti Bredanın ən məşhur əsəridir.[5]

Asplunda görə, Bredanın İsveçdə qaldığı vaxt uzandıqca əsərlərindəki monotonluq da o dərəcədə artdı. Atasından ona qalan miras ev və sənət kolleksiyası Stokholmda sənətin mərkəzi oldu. Bunlardan əlavə, Breda mehriban və simpatik müəllim kimi tanınırdı. O, oğlu Yohan da daxil olmaqla tələbə yetişdirirdi.[5]

Breda rəsmi kommissiyaları əlinə aldı: 1809-cu ildə monarxiya süqut etdikdən sonra o, rəsmi sifarişlər və çəkdiyi rəsimlər səbəbilə 1812-ci ildə hörmət görürdü və sevilirdi. Lakin o dövrün İsveç siyasətindəki qeyri-müəyyənlik və siyasi çevriliş onun əsərlərinə də təsir etmişdir. Ən azından planlaşdırdığı iki portreti bitirə bilməmişdi. Bu portretlərdin biri IV Qustav Adolfa aid olan portretdir. 1809-cu ildə kral devrildiyi üçün portret tamamlana bilmədi.[5]

Eləcə də IV Qustav Adolfun qardaşı XIII Karlın tacqoyma adlı əl işini də qurtara bilməmişdi. Bu tarixlərdə əl işlərinə uyğun bir atelye tapmaqda çətinlik çəkən Breda tapdığı ilk atelyeni 2 il sonra boşaltmaq məcburiyyətində qalmışdır. Bu səbəblə başladığı işləri tamamlaya bilməmiş, daha sonra bitirmək istyəndə əsərlər çoxdan korlanmışdı. İsveç parlamenti 1818-ci ildə Bredaya öz əsərlərini tamamlaya bilməsi üçün maddi yardım etmək istədi, lakin Breda bunu qəbul etmədi. Qısa müddət sonra - 1 dekabrda Breda vəfat etdi.[5] Portret rəssamı olan oğlu Yohan da 1835-ci ildə Stokholmda rəhmətə getdi.[4]

Bredanın əsərləri bu gün fərqli muzeylərdə saxlanılır: İstanbulda Pera Muzeyi[7], Milli Fond, Birminhem Muzeyi və İncəsənət Qalereyası, Londonda Milli Portret Qalereyası[6], Stokholmda Milli Muzey və İncəsənət Akademiyası[5], Vaşinqtonda Milli Sənət Qalereyası[8]. Pera Muzeyində Osmanlı İmperiyasının İngiltərədəki ilk səfiri Yusif Agah Əfəndinin portreti saxlanılır.[7]

Qalereya

redaktə

İstinadlar

redaktə
  1. 1 2 RKDartists (nid.).
  2. 1 2 Carl Fredric Breda, von (швед.). 1917.
  3. 1 2 Deutsche Nationalbibliothek Record #174302061 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. 1 2 3 Bryan, Michael. Dictionary of Painters and Engravers: Biographical and Critical, Volume I.: A-K. London: George Bell and Sons. 1886. 2023-07-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2008-01-27.
  5. 1 2 3 4 5 6 7 8 9 10 11 12 13 14 Asplund, Karl. "Carl Fredrik von Breda". The Burlington Magazine for Connoisseurs. 83 (489). December 1943: 296–301. JSTOR 868812.
  6. 1 2 "Carl Frederik von Breda (1759-1818)". National Portrait Gallery. İstifadə tarixi: 2008-01-27.
  7. 1 2 "Yusuf Agah Efendi - Carl Frederik von Breda". 2017-01-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2019-06-11.
  8. "Mrs. William Hartigan, 1787/1796". National Gallery of Art. 2012-05-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2008-01-27.
  NODES