Katerina Sakellaropulu
Katerina Sakellaropulu (yun. Κατερίνα Σακελλαροπούλου; 30 may 1956[1][2], Saloniki[1][2]) — 13 mart 2020-ci ildən etibarən Yunanıstan Prezidenti vəzifəsində çalışan yunan siyasətçi.[5]
Katerina Sakellaropulu | |
---|---|
yun. Κατερίνα Σακελλαροπούλου | |
Helen Respublikasının Prezidenti | |
13 mart 2020 – h.h | |
Əvvəlki | Prokopis Pavlopulos |
Dövlət Şurasının sədri | |
17 oktyabr 2018 – 11 fevral 2020 | |
Əvvəlki | Nikolaos Sakellariu |
Sonrakı | Afanasios Randos |
Dövlət Şurasının sədr müavini | |
22 oktyabr 2015 – 17 oktyabr 2018 | |
Əvvəlki | Nikolaos Sakellariu |
Sonrakı | Afanasios Randos |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 30 may 1956[1][2] (68 yaş) |
Doğum yeri | |
Partiya | |
Təhsili |
|
Fəaliyyəti | hakim, hüquqşünas, prezident |
Uşağı | 1 |
Dini | şərqi ortodoks xristianlıq |
Elmi fəaliyyəti | |
Elm sahəsi | hakim, siyasətçi |
|
|
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSakellaropulu Salonikidə anadan olub. Ailəsi Ksanti prefekturasının Stavrupoli şəhərindəndir. Afina Universitetində hüquq təhsili aldı və Panteon-Assas Universitetində ictimai hüquq üzrə aspiranturasını bitirdi. 1980-ci illərin ortalarında Dövlət Şurasına üzv qəbul edildi və 2000-ci ildə müşavir vəzifəsinə yüksəldi.[6]
2015-ci ilin oktyabrında Dövlət Şurasının Vitse-prezidenti təyin edildi və 2018-ci ilin oktyabrında yekdil səsvermənin ardından məhkəmənin ilk qadın Prezidenti oldu. Onun seçilməsi o dövrdə iqtidarda olan Radikal Sol Koalisiyanın ətraf mühit və insan hüquqları kimi məsələlərdə mütərəqqi rekordunu nəzərdən keçirməsindən sonra baş verdi.[7]
Dövlət Şurası Ədliyyə İşçiləri Assosiasiyasının üzvüdür. Birlikdə işlədiyi müddətdə, Baş katib, Vitse-prezident və Prezident vəzifələrində çalışdı.[6]
Mütəmadi olaraq akademik jurnallar dərc edir. "Mühakimə Hüququna dair Maliyyə Böhranı və Ətraf Mühitin Mühafizəsi" kitabına da töhfə vermişdir.[8]
Sakellaropulu vəkil Pavlos Kotsonis ilə birlikdə yaşayır. Öncəki evlilikdən bir övladı var.[7]
"Aris Saloniki" azarkeşidir.[9]
Prezident fəaliyyəti
redaktə15 yanvar 2020-ci ildə Yunanıstan Baş naziri Kiriakos Mitsotakis onun Yunanıstan Respublikasının Prezidenti vəzifəsinə namizədliyini irəli sürdü və 22 yanvar 2020-ci ildə 261 millət vəkilinin 300 yerlik Parlamentdə lehinə səs verməsi ilə seçildi.[10]
Nişanları
redaktəMilli nişanları
redaktəXarici nişanları
redaktə- "III Makarios" ordeni (21 sentyabr 2020)
- "İtaliya qarşısında xidmətlərə görə" ordeni (6 oktyabr 2020)[11]
- "Nil" ordeni (11 noyabr 2020)
- "Fövqəladə xidmətlərə görə" ordeni (2021)
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 Ποια είναι η Κατερίνα Σακελλαροπούλου (yun.). Η Καθημερινή, 2020.
- ↑ 1 2 3 4 5 6 Κατερίνα Σακελλαροπούλου: Η πρώτη γυναίκα υποψήφια ως Πρόεδρος της Δημοκρατίας (yun.). Έθνος, 2020.
- ↑ 1 2 BiblioNet.
- ↑ 1 2 http://www.presidency.gr/proedros/.
- ↑ "President – Presidency of the Hellenic Republic". 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
- ↑ 1 2 "Ποια είναι η πρώτη γυναίκα πρόεδρος του ΣτΕ, Αικατερίνη Σακελλαροπούλου". 16 okt 2018. 2020-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
- ↑ 1 2 "Progressive judge to become Greece's first female president". the Guardian. 16 yan 2020. 2020-01-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
- ↑ "ΠΡΟΣΩΠΟ – Βιβλιοnet". 2022-09-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
- ↑ "Αυτή είναι η σχέση της Κατερίνας Σακελλαροπούλου με την Θεσσαλονίκη". www.metrosport.gr. 2020-01-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.
- ↑ Μπουρδάρας, Γιώργος Σ. "Πρόεδρος της Δημοκρατίας εξελέγη η Αικατερίνη Σακελλαροπούλου | Η ΚΑΘΗΜΕΡΙΝΗ". www.kathimerini.gr. 2021-03-01 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-04.
- ↑ "Le onorificenze della Repubblica Italiana". www.quirinale.it. 2022-09-22 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-09-19.