Kevlar, çox yüngül karbon mənşəli çox güclü tekstil liflərindən ibarət bir materialdır. DuPont şirkəti tərəfindən 1965-ci ildə icad edilmiş patentli bir ticarət markasıdır. Kevlar bu gün zireh, möhkəm ip və odadavamlı qoruyucu geyim hazırlamaq üçün istifadə olunur. Kevlar, çox yüksək dartılma gərginliyinə dözə bilən liflərdən hazırlanmış bir filament (ip formasında) quruluşdur. Toxunur, parça halına gətirilir, kəsilir və tikilir. Xüsusilə bronjiletlərdə, zirehli dəbilqələrdə, paraşüt ipində, yol velosipedlərinin təkərlərində, fiber və ya data kabelləri üçün əlavə güc təmin edən ip və ya gəmiləri bağlamaq üçün istifadə edilən yüngül tros və kompozit konstruksiyalarla əmələ gətirilən lövhələr, borular və ya xüsusi nəqliyyat vasitələrinin gövdəsi və ya qanad konstruksiyalarının hazırlanmasında istifadə olunur. "Eyni çəkidəki poladdan 5 qat daha güclüdür" şüarı ilə bazara çıxarılır.

Kevların kimyəvi sintezi

İstehsal

redaktə

Kevlar, 1,4-fenilen-diamin (yarım-fenilendiamin) və tereftaloil xlorid monomer məhlulunun hidroxlor turşusunda kondensasiya reaksiyası ilə həll edilməsinin məhsuludur. Yaranan məhsul maye kristal davranışındadır və polimer zəncirlərin iplik istiqamətində düzülüş formasındadır. Heksametilfosforamid (HMPA) polimerləşmə üçün bir həlledici kimi istifadə edilmişdir, lakin təhlükəsizlik səbəblərinə görə N-metil-pirrolidon və kalsium xlorid məhlulu ilə DuPont şirkəti tərəfindən əvəz edilmişdir. Bu proseslər bir-birini izləyən patent mübarizəsi nəticəsində oxşar məhsul olan Twaronun istehsalçısı Akzo tərəfindən patentləşdirilmişdir.

Konsentrat Sülfürik turşusunun istifadəsinə görə Kevlar istehsalı bahadır. Sintez və iplik zamanı suyu və həll olunmayan polimeri məhlul kimi saxlamaq lazımdır. Kevların üç sinfi mövcuddur:

  • Kevlar K-29 — sənaye tətbiqetmələrində, Kabellər, Asbest hissələrinin yerinə, əyləc balataları, güllə keçirməyən jiletlər və nəqliyyat vasitələrinin zirehləndirilməsində istifadə olunur
  • Kevlar K49 — yüksək möhkəmlikli kabellərdə və troslarda istifadə olunur.
  • Kevlar K100 — Kevların rəngli versiyasıdır.
  • Kevlar K119 — yüksək uzanma qabiliyyəti, gərginliyə tab gətirmək və daha çox yorğunluğa dözmək qabiliyyəti
  • Kevlar K129 — Ballistik tətbiqetmələr üçün yüksək etibarlılıq.
  • Kevlar AP — K-29-dan 15% daha yüksək etibarlılıq
  • Kevlar XP — daha yüngül qatran tərkibi və KM2 ilə iplik birləşməsi

Günəş işığından gələn ultra-bənövşəyi şüalar kevların parçalanmasına və dağılmasına səbəb olur, bu problem UV deqradasiyası kimi tanınır, buna görə günəş işığından mühafizə edilmədən açıq havada nadir hallarda istifadə olunur.

İstifadə olunduğu sahələr

redaktə
  • Gəmiləri bağlamaq üçün istifadə olunan trosların hazırlanmasında,
  • Şaxtaçılarım geyindiyi paltar istehsalında,
  • Yanğınsöndürənlərin geyim formasının istehsalında,
  • Şüşə işi ilə məşğul olan iş sahələrində işləyən insanların geyindikləri paltarların istehsalında,
  • Hava Qüvvələri pilotlarının formalarının istehsalında,
  • Tank
  • Təyyarə qanadlarında,
  • Yüngül kanoe istehsalında,
  • Hərbi dəbilqə hazırlanmasında,
  • Paraşüt və alpinizm üçün troslar,
  • Yeni nəsil səsgücləndiricilərin diafraqmalarında,
  • Motosiklet avadanlıqlarında,
  • Telefon örtüklərində

Kevlar bronjilet

redaktə

Kevlar bronjiletlər kevlar liflərindən toxunmuş parçalardan bir-birinin üstünə çoxlu qatların tikilməsi ilə hazırlanır. Yüksək gərginliyə dözümlü liflər gülləni saxlaya bilir. Bununla birlikdə, liflər əzilməyə davamlı deyildirlər. Buna görə kevlardan hazırlanmış bir material üçün güllə keçirməməyin şərti uzanmasıdır. Kevlar insan bədənində güllə keçirmir, lakin sərt bir maddənin üzərində yerləşdirilmiş eyni kevlar mərmi keçirir.

Sivri güllələri dayandırmaq üçün daha sıx və güclü bir toxunma texnikasına ehtiyac vardır.

Güllə keçirməyən jiletlər dayandıra bildikləri kalibr və güllə növlərinə görə səviyyə əmsallarına malikdirlər. Zireh dağıdıcı polad uclu mərmilər kevlar jiletləri tərəfindən dayandırıla bilməz. Bunun üçün kevlar jiletlərin daxilində çox sərt keramika lövhələrindən istifadə olunur. Bu lövhələr polad mərminin kəskinliyini mərminin ucunu qıraraq azaldır. Növbəti təbəqələrdəki kevlar parça təbəqələrində mərmi dayandırılır. Kevlar jiletlər bədəndəki həyati orqanları qorumağı hədəfləyir, lakin istifadəçi tam qorunmur. Bəzi hallarda güllənin bədənə daxil olmasından çox mərminin yaratdığı zərbə ilə sümüklərin qırılması və ya təzyiq nəticəsində daxili orqanların partlaması riski ilə qarşılaşmaq mümkündür.

  NODES
dada 1
dada 1
Done 1