Kompüter vasitəçiliyi ilə kommunikasiya

Kompüter vasitəçiliyi ilə kommunikasiya (ing. computer-mediated communication, СМС) — iki və ya daha çox elektron cihazın istifadəsi ilə baş verən hər hansı insan kommunikasiyası.[1] Termin ənənəvi olaraq kompüter vasitəçiliyi formatları (məsələn, ani mesajlaşma, e-poçt, söhbət otaqları, onlayn forumlar, sosial şəbəkə xidmətləri) vasitəsilə baş verən rabitələrə aid edilir. Lakin mətnlə mesajlaşma kimi mətnə əsaslanan qarşılıqlı əlaqənin digər formalarına da tətbiq edilmişdir.[2] CMC ilə bağlı tədqiqatlar əsasən kompüter tərəfindən dəstəklənən müxtəlif kommunikasiya texnologiyalarının sosial təsirlərinə diqqət yetirir. Bir çox son tədqiqatlar sosial proqram təminatı ilə dəstəklənən və internetə əsaslanan sosial şəbəkələri əhatə edir.

CMC ilə məşğul olan şəxs

Formaları

redaktə

Kompüter vasitəçiliyi ilə kommunikasiya iki formaya bölünür: sinxron və asinxron.[3] Sinxron kompüter vasitəçiliyi real vaxt rejimində baş verən ünsiyyətə aid edilir. Bütün tərəflər eyni vaxtda ünsiyyətdə olurlar; lakin onların hamısının eyni yerdə olması mütləq deyil. Sinxron rabitə nümunələri video söhbətlər və "FaceTime" audio zəngləridir. Əksinə, asinxron kompüter vasitəçiliyi ilə kommunikasiya iştirak edən tərəflərin vahid əlaqədə olmadığı zaman baş verən ünsiyyətə aid edilir. Başqa sözlə, göndərən alıcıdan dərhal cavab almır. Kompüter vasitəçiliyi texnologiyasının əksər formaları asinxrondur. Asinxron rabitə nümunələri mətnli mesajlare-poçtlardır.[4]

Əhatə dairəsi

redaktə

Müxtəlif sahələrdən olan alimlər kompüter vasitəçiliyi ilə kommunikasiya çətir termini altında təsvir edilə bilən hadisələri öyrənirlər. Məsələn, bir çoxları şəxsiyyətlərarası qarşılıqlı əlaqəni idarə etmək, təəssürat yaratmaq və münasibətləri saxlamaq üçün insanların "kompüterlərdən" (və ya rəqəmsal mediadan ) necə istifadə etdiyini araşdıraraq CMC-yə sosial-psixoloji yanaşma tətbiq edirlər.[5][6] Bu tədqiqatlar adətən onlayn və oflayn qarşılıqlı əlaqə arasındakı fərqlərə diqqət yetirir. Buna baxmayaraq, müasir tədqiqatlar CMC-nin gündəlik həyatda yerləşdiyi kimi öyrənilməli olduğu fikrinə doğru irəliləyir.[7] CMC tədqiqatının başqa bir sahəsi emotikonlar[8] kimi paralinqvistik xüsusiyyətlərin istifadəsini, növbə götürmə,[9] söhbətin ardıcıl təhlili və təşkili kimi praqmatik qaydaları,[10] bu mühitlərə xas olan müxtəlif sosiolektləri, üslubları, registrləri və ya terminologiya dəstlərini tədqiq edir. Bu kontekstlərdə dilin öyrənilməsi adətən CMC-nin mətn əsaslı formalarına əsaslanır və bəzən "kompüter vasitəçiliyi ilə diskurs təhlili" adlandırılır.[11]

Xüsusiyyətlər

redaktə

Kompüter vasitəçiliyi formatında baş verən kommunikasiya qarşılıqlı əlaqənin bir çox müxtəlif aspektlərinə təsir göstərir.

CMC sinxronluq, davamlılıq və anonimlik də daxil olmaqla (lakin bununla məhdudlaşmayaraq) bütün kommunikasiya formaları üçün universal olduğu hesab edilən bir sıra aspektlər vasitəsilə yoxlanılır və digər kommunikasiya vasitələri ilə müqayisə edilir. Bu aspektlərin müxtəlif kommunikasiya formaları ilə əlaqəsi geniş şəkildə dəyişir. Məsələn, ani mesajlaşma mahiyyət etibarı ilə sinxrondur, lakin davamlı deyil, çünki mesajlar jurnalı qurulmayıbsa və ya diskussiyanı manual olaraq kopyalayıb yapışdırmayıbsa, informasiya qutusunu bağlayan şəxs bütün məzmunu itirir. Digər tərəfdən, e-poçt və mesaj lövhələrinin sinxronizasiyası aşağı dərəcədədir, çünki cavab müddəti dəyişir, lakin göndərilən və qəbul edilən mesajlar saxlandığı üçün davamlılığı yüksəkdir.[12]

İnsanların kommunikasiya qurmağı seçdiyi mühit insanların şəxsi məlumatlarını nə dərəcədə açıqlamasına təsir göstərir. CMC, üz-üzə qarşılıqlı əlaqədən fərqli olaraq, söhbətdə daha yüksək səviyyəli özünü açıqlama ilə qeyd olunur. Özünü açıqlama, şəxsiyyətlərarası münasibətləri quran və saxlayan şəxsi məlumat, düşüncə və hisslərin hər hansı şifahi ünsiyyətidir.[13] Bu qismən vizual anonimlik və müsbət sifətin itirilməsi ilə bağlı narahatlığı azaldan qeyri-şifahi işarələrin olmaması ilə bağlıdır. Cozef Valterin hiperpersonal kommunikasiya modelinə görə, kompüter vasitəçiliyi ilə kommunikasiya daha yaxşı ünsiyyət və daha yaxşı ilk təəssürat təmin etmək baxımından dəyərlidir.[5] Bundan əlavə, Ramires və Çjan göstərir ki, kompüter vasitəçiliyi ilə kommunikasiya iki şəxs arasında üz-üzə ünsiyyətdən daha çox yaxınlıq və cazibə yaratmağa imkan verir.[14] Onlayn təəssüratların idarə edilməsi, özünü açıqlama, diqqətlilik, ifadəlilik, soyuqqanlılıq və digər bacarıqlar kompüter vasitəçiliyi ilə ünsiyyətdə bacarıqlara kömək edir.[15] Əslində, onlayn kommunikasiya vasitələrinin böyük müxtəlifliyinə baxmayaraq, kompüter vasitəçiliyi və üz-üzə qarşılıqlı əlaqədə bacarıqların əhəmiyyətli uyğunluğu var.[16]

Kommunikasiyanı göndərici və qəbulediciyə ehtiyacı olan öyrənmə prosesi hesab ediləndə texnologiya güclü bir vasitəyə çevrilir. Nikolas Yankovskinin "The Contours of Multimedia" kitabında qeyd etdiyi kimi, proqram təminatı kimi üçüncü tərəflər göndərici və qəbuledici arasında vasitəçi rolunu oynayır. Göndərən tərəf hansısa bir məlumatı göndərmək üçün bu üçüncü tərəflə əlaqə saxlayır. Qəbuledici də onunla qarşılıqlı əlaqədə olur, göndərici və qəbuledici arasında ilkin nəzərdə tutulan ilə yanaşı, mühitin özü ilə əlavə qarşılıqlı əlaqə yaradır.[4]

Dil öyrənmə

redaktə

CMC dil öyrənmə prosesində geniş müzakirə olunur, çünki CMC dil öyrənənlərə dillərini təcrübədən keçirmək üçün imkanlar yaradır.[17] Məsələn, "Warschauer" müxtəlif dil dərslərində e-poçt və ya müzakirə lövhələrindən istifadə ilə bağlı bir neçə nümunə araşdırması aparmışdır.[18] "Warschauer" bildirmişdir ki, informasiya və kommunikasiya texnologiyalar "nitq [...] və yazı arasındakı tarixi uçuruma körpü"dür.[19] Beləliklə, internetin inkişafı ilə əlaqədar ikinci dildə oxuma və yazma tədqiqatları ilə bağlı ciddi narahatlıq yaranmışdı. Təlim prosesində tələbələr, xüsusən də uşaqlar koqnitiv öyrənməyə ehtiyac duyurlar, eyni zamanda onların psixoloji ehtiyaclarını artıran sosial qarşılıqlı əlaqəyə ehtiyacları duyulur. Texnologiya ingilis dilini öyrənənlərə bu prosesdə güclü təsir göstərir, lakin bu, öyrənmə prosesinin müxtəlif aspektlərini əhatə edən hərtərəfli bir üsul ola bilməz.[20]

Faydaları

redaktə

İnsanlar kompüter vasitəçiliyi ilə kommunikasiya vasitəsilə vaxtdan, məkandan və ya kommunikasiyaya maneə törədən digər məkan məhdudiyyətlərindən asılı olmayaraq, başqaları ilə asanlıqla kommunikasiya qura bilərlər.[21] CMC fərdlərə coğrafiya kimi faktorlara görə qeyri-mümkün olan layihələrdə əməkdaşlıq etməyə imkan verir.[22] Bu texnologiyanın tətbiqi nəticəsində sadəcə fərdlər arasında deyil, həm də iş həyatında sosial qarşılıqlı əlaqə güclənmişdir. [23] Bundan əlavə, CMC həm də xarakter və ya fiziki məhdudiyyət kimi amillərə görə narahatlıq yaşayan şəxslərin kommunikasiyada iştirakına uyğun şərait yaradır. Bu halda şəxs öz seçdiyi yerdə kommunikasiya qura bilir və CMC zəngi insana minimum stress yaradır.[24] CMC vasitəsilə fərdin rahat formada kommunikasiya qurması nəticəsində onlar kommunikativ tərəfdaşa daha asan açılır və özlərini daha yaxşı ifadə edə bilirlər. Elektron mühit vasitəsilə kommunikasiya quran fərdlər stereotiplərə daha az meyllidirlər və fiziki xüsusiyyətlərə daha az diqqət yetirirlər. Onlayn ünsiyyətdə anonimliyin oynadığı rol bəzi istifadəçiləri mühafizəedici mövqe tutmamasına gətirib çıxarır, onların başqaları ilə daha sürətli əlaqələr qurmağa təşviq edir.[25]

Mənfi cəhətləri

redaktə

Kompüter vasitəçiliyi ilə kommunikasiya faydalı texnologiyadır, lakin texnoloji vasitəçilik də kommunikasiya prosesini maneə törədə bilər. Üz-üzə kommunikasiyadan fərqli olaraq, verilən mesajın çatdırılmasında rol oynayan ton və fiziki jestlər kompüter vasitəçiliyi nəticəsində itirilir.[26] Nəticədə, ötürülən mesajın səhv başa düşülməsi ehtimalı daha yüksəkdir, çünki ton və ya sözün mənası yanlış interpretasiya ola bilər. Bundan əlavə, Stoni-Bruk Universitetinin mütəxəssisi Dr. Sobel-Loyeski və Flinders Universitetinin professoru Vestvelin fikrinə görə, kompüter vasitəçiliyi ilə kommunikasiya üçün əsas olan virtual məsafə psixoloji və emosional ayrılıq hissi yarada bilər. Odur ki, nəticədə sosial təcrid hissləri formalaşa bilər.[27]

Cinayət

redaktə

Kiberseks alveri[28][29][30] və digər kibercinayətlər kompüter vasitəçiliyi ilə kommunikasiyanı əhatə edir. Kibercinayətkarlar cinayətləri veb-kamera ilə kompüter və ya planşet, ya da internet əlaqəsi olan smartfona malik istənilən yerdə həyata keçirə bilərlər.[30] Onlar həmçinin, sosial media şəbəkələrinə, videokonfranslara, pornoqrafik video paylaşma saytlarına, tanışlıq səhifələrinə, onlayn söhbət otaqlarına, proqramlara, qaranlıq veb saytlarına[31] və digər platformalara əsaslanırlar.[32] Onlar öz şəxsiyyətlərini gizlətmək üçün onlayn ödəniş sistemlərindən [31][33][34]kriptovalyutalardan istifadə edirlər.[35] Hər il bu cinayətlər haqqında səlahiyyətli orqanlara milyonlarla məlumat göndərilir.[36] CMC ilə bağlı cinayətlərlə mübarizə aparmaq üçün yeni qanunlar və polis prosedurları lazımdır.[37]

Həmçinin bax

redaktə

İstinadlar

redaktə
  1. McQuail, Denis. McQuail's Mass Communication Theory. SAGE. 2005. ISBN 978-1-4129-0372-1.[səhifə göstərin]
  2. Thurlow, Crispin; Lengel, Laura; Tomic, Alice. Computer Mediated Communication. SAGE. 2004. ISBN 978-0-7619-4954-1.[səhifə göstərin]
  3. Chin, Leonora. "Advantages and Disadvantages of Computer-Mediated Communication in the Context of UNIMAS Students and Staff". March 5, 2016.
  4. 1 2 Malone, Erin; Gulati, Harjeet S. "Designing Social Interfaces". 2019-09-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-29.
  5. 1 2 Walther, Joseph B. "Computer-Mediated Communication: Impersonal, Interpersonal, and Hyperpersonal Interaction". Communication Research. 23 (1). 1 February 1996: 3–43. doi:10.1177/009365096023001001.
  6. Walther, Joseph B.; Burgoon, Judee K. "Relational Communication in Computer-Mediated Interaction". Human Communication Research. 19 (1). 1992: 50–88. doi:10.1111/j.1468-2958.1992.tb00295.x. hdl:10150/185294.
  7. Haythornthwaite, Caroline; Wellman, Barry. The Internet in everyday life: An introduction // Wellman, Barry; Haythornthwaite, Caroline (redaktorlar ). The Internet in Everyday Life. John Wiley & Sons. 2008. 3–41. ISBN 978-0-470-77738-1.
  8. Skovholt, Karianne; Grønning, Anette; Kankaanranta, Anne. "The Communicative Functions of Emoticons in Workplace E-Mails: :-)". Journal of Computer-Mediated Communication. 19 (4). 1 July 2014: 780–797. doi:10.1111/jcc4.12063.
  9. Garcia, Angela Cora; Jacobs, Jennifer Baker. "The Eyes of the Beholder: Understanding the Turn-Taking System in Quasi-Synchronous Computer-Mediated Communication". Research on Language and Social Interaction. 32 (4). 1 October 1999: 337–367. doi:10.1207/S15327973rls3204_2.
  10. Herring, Susan. "Interactional Coherence in CMC". Journal of Computer-Mediated Communication. 4 (4). 1 June 1999. doi:10.1111/j.1083-6101.1999.tb00106.x.
  11. Herring, S.C. Interactional coherence in CMC // Proceedings of the 32nd Annual Hawaii International Conference on Systems Sciences. 1999. HICSS-32. Abstracts and CD-ROM of Full Papers. 1999. səh. 13. doi:10.1109/HICSS.1999.772674. ISBN 0-7695-0001-3.
  12. McQuail, Denis. (2005). Mcquail's Mass Communication Theory. 5th ed. London: SAGE Publications.[səhifə göstərin]
  13. Jiang, L. Crystal; Bazarova, Natalya N.; Hancock, Jeffrey T. "From Perception to Behavior: Disclosure Reciprocity and the Intensification of Intimacy in Computer-Mediated Communication". Communication Research. 40 (1). 1 February 2013: 125–143. doi:10.1177/0093650211405313.
  14. Dunn, Robert Andrew. Identity Theories and Technology // Rocci, Luppicini (redaktor). Handbook of Research on Technoself: Identity in a Technological Society: Identity in a Technological Society. IGI Global. 2012. 26–44. ISBN 978-1-4666-2212-8.
  15. Spitzberg, Brian H. "Preliminary Development of a Model and Measure of Computer-Mediated Communication (Cmc) Competence". Journal of Computer-Mediated Communication. 11 (2). 1 January 2006: 629–666. doi:10.1111/j.1083-6101.2006.00030.x.
  16. Bubaš, Goran; Spitzberg, Brian. "The relations of communication skills in face-to-face and computer-mediated communication". Proceedings of the European Communication Research and Education Association (ECREA) 2nd European Communication Conference. Communication Policies and Culture in Europe. 2008.
  17. Abrams, Zsuzsana I. From theory to practice: Intracultural CMC in the L2 classroom // Ducate, Lara; Arnold, Nike (redaktorlar ). Calling on CALL: From Theory and Research to New Directions in Foreign Language Teaching. Computer Assisted Language Instruction Consortium. 2006. ISBN 978-0-9891208-1-4.
  18. Warschauer, Mark. Electronic Literacies: Language, Culture, and Power in Online Education. Routledge. 1998. ISBN 978-1-135-67348-2.
  19. Warschauer, Mark. Laptops and Literacy: Learning in the Wireless Classroom. Teachers College Press. 2006. ISBN 978-0-8077-4726-1.
  20. Deborah, Healey. "Learner Autonomy with Technology: What do language learners need to be successful?". English Language Institute, Oregon State University – academia.edu vasitəsilə.
  21. Martin-Rubió, Xavier. Contextualising English as a Lingua Franca: From Data to Insights (ingilis). Cambridge Scholars Publishing. 2018-09-30. ISBN 978-1-5275-1696-0.
  22. Crum, "Advantages and Disadvantages of Computer-Mediated Communication"
  23. Katz, James E.; Aakhus, Mark. Perpetual Contact: Mobile Communication, Private Talk, Public Performance (ingilis). Cambridge University Press. 2002-03-21. ISBN 978-0-521-00266-0.
  24. Lane, "Computer-Mediated Communication in the Classroom: Asset or Liability?" Arxiv surəti 18 dekabr 2014 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2014-12-18 at the Wayback Machine
  25. Schouten, Alexander P.; Valkenburg, Patti M.; Peter, Jochen. "An Experimental Test of Processes Underlying Self-Disclosure in Computer-Mediated Communication". Cyberpsychology: Journal of Psychosocial Research on Cyberspace. 3 (2). 1 November 2009.
  26. Fenell, Zachary. "Disadvantage for Communication in Computer Technology". Techwalla. 2023-08-29 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-29.
  27. Sobel-Lojeski, Karen; Westwell, Martin. "Virtual distance: technology is rewriting the rulebook for human interaction". The Conversation. May 27, 2016.
  28. "Cyber-sex trafficking: A 21st century scourge". CNN. July 18, 2013. July 18, 2013 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  29. "IJM Seeks to End Cybersex Trafficking of Children and #RestartFreedom this Cyber Monday and Giving Tuesday". PR Newswire. November 28, 2016. April 17, 2017 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  30. 1 2 "Cybersex Trafficking". IJM. 2020. 2020-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2023-08-29.
  31. 1 2 "Cheap tech and widespread internet access fuel rise in cybersex trafficking". NBC News. June 30, 2018. November 24, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  32. "Senate to probe rise in child cybersex trafficking". The Philippine Star. November 11, 2019. November 13, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  33. "Global taskforce tackles cybersex child trafficking in the Philippines". Reuters. April 15, 2019. April 16, 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  34. "Webcam slavery: tech turns Filipino families into cybersex child traffickers". Reuters. June 17, 2018. September 12, 2018 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  35. "How the internet fuels sexual exploitation and forced labour in Asia". South China Morning Post. May 2, 2019. April 29, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  36. "Philippines Makes More Child Cybersex Crime Arrests, Rescues". VOA. May 12, 2017. May 21, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.
  37. "Cybersex trafficking spreads across Southeast Asia, fuelled by internet boom. And the law lags behind". South China Morning Post. September 11, 2019. May 16, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: August 29, 2023.

Əlavə ədəbiyyat

redaktə

Xarici keçidlər

redaktə
  NODES
Association 1
Community 1
Intern 17
mac 4
multimedia 1
OOP 1
os 38
text 4
Theorie 1
web 2