Kor bağırsaq - lat. cecum; yun. typhlon yoğun bağırsağın qalça bağırsağa açılan yerindən aşağı olan hissəsinə deyilir; uzunluğu 6-8 sm və eni 7-7,5 sm olub, sağ qalça çuxurunda, pupart bağından yuxarı, qalça fassiyası üzərində yerləşmişdir. Çox vaxt kor bağırsaq hər tərəfdən periton ilə örtülü olur; ona görə də çox mütəhərrikdir; bəzən arxa səthi periton ilə örtülü olmayıb qarın boşluğunun arxa divarına bitişir. kor bağırsaq içəri tərəfdən uzun, silindirəbənzər və 1,0-1,5 sm diametrində bir çıxıntı gedir, buna soxulcanabənzər artım (çıxıntı) - lat. appendix vermiformis (processus vermiformis s. appendix - BNA) deyilir. uzunluğu çox müxtəlifdir - 2 sm-dən 20 sm-ə qədər tərəddüd edir, orta hesabla 7-9 sm-ə çatır. Bunun içərisi boşdur və lat. ostium appendicis vermiformis adlanan dəlik vasitəsilə kor bağırsağa açılır. Həmin dəliyin ətrafında selikli qişadan əmələ gəlmiş və aypara əklində bir qapaq - lat. valvula appendicis vermiformis vardır. Kor bağırsaq və soxulcanabənzər çıxıntı birlikdə filogenez və ontogenez cəhətcə vahid üzv qəbul edilməlidir; inkişaf dövründə qeyri-bərabər böyüməsi nəticəsində kor bağırsağın aşağı ucu zəif inkişaf edərək soxulcanabənzər çıxıntıya çevrilir. Yenidöğulmuşlarda kor bağırsaq yavaş- yavaş soxulcanabənzər çıxıntıya krçir, belə ki, onların hüdudu bir o qədər məlum olmur. bəzən belə bir hala yetişmiş şəxslərdə də anomaliya olaraq təsadüf olunur. Soxulcanabənzər çıxıntı hər tərəfdən periton ilə örtülüdür, ona görə onun xüsusi çözü (müsariqəsi) - lat. mesoappendix (mesenteriolum processum vermiformis) vardır. Bu çıxıntının vəziyyəti çox müxtəlifdir:

  1. enən vəziyyət - 40-45% hallarda təsadüf edilir; bu zaman lat. appendix vermiformis çanağın hüdudi xəttini çarpazlayaraq, kiçik çanağa sallanır və qadınlarda uşaqlıq borusuna və sağ yumutralığa söykənir.
  2. Bayır ya sağ vəziyyət (25%) - kor bağırsağın sağ tərəfində, kor bağırsaqla qarın divarı arasında yerləşir.
  3. İçəri ya sol vəziyyət (17-20%) - bu zaman soxulcanabənzər çıxıntı qalça bağırsaqla kor bağırsaq altındakı çuxurda (lat. fossa subcecalis) yerləşir (subsekal vəziyyət) ya qalça bağırsağı öndən ya arxadan çarpazlayır.
  4. Qalxan vəziyyət (13%) - belə halda lat. appendix vermiformis kor bağırsağın arxasında (lat. fossa retrocecalis) yerləşir (retrosekal vəziyyət); belə olduqda onun çözü olmur.
Kor bağırsaq
Həzm sistemi (sxematik)
Həzm sistemi (sxematik)
Latınca Cecum
Qrey subyekt 249 1177
Sistem Həzm
Arteriya Yuxarı, aşağı çöz və qalça arteriyaları
Limfa Aşağı çöz limfa düyünləri
MeSH Cecum
Dorlands/Elsevier Cecum
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qalça bağırsağın kor bağırsağa açılan yerində qalça kor bağırsaq qapağı - lat. valva ileocecalis (valvula coli s. ileocecalis Bauhini - BNA) vardır. Bu qapaq qıf şəklində olub iki dodaqdan ibarətdir: aşağı dodaq - lat. labium inferius və yuxarı dodaq - lat. labium superius. bunlar selikli qişa büküşlərindən əmələ gəlmişdir; burada həlqəvi əzələ lifləri vardır. Yuxarı və aşağı dodaqlar arasında olan uzunsov dəlik - lat. ostium ileocecale qalça bağırsağı kor bağırsaqla birləşdirir. dodaqların ucları bir-biri ilə birləşərək, hər tərəfdə birər köndələn büküşə - qlça kor bağırsaq yüyəninə - lat. frenulum valvae ileocecalis (frenulum valvulae coli -BNA) keçir. Kor bağırsaq dolduqda həmin yüyənlər gərginləşir və dodaqlar bir-birinə yaxınlaşaraq qapağın dəliyini örtür; beləliklə kor bağırsağa keçən qida qalığı geriyə qayıtmır. Qalça bağırsağın kor bağırsağa keçən yeri Monroy xəttinin (göbək ilə qalça sümüyünün ön yuxarı tinini birləşdirən xəttin) ortasında yerləşmişdir; bu yerə cərrahlıqda Mark-Burney nöqtəsi deyilir.

Mənbələr

redaktə

Xarici keçidlər

redaktə
  NODES