Kronos Kvarteti əsasən San-Fransiskoda fəaliyyət göstərən Amerika simli kvartetidir. Kvartet qırx ildən çoxdur ki, yaradıcılıqla məşğuldur və qrup üzvləri daim dəyişir. Kvartetin yaradıcılığı çox genişdir: müasir klassik musiqi də daxil olmaqla bir çox musiqi janrını əhatə edir. Onlar üçün 900-dən çox əsər yazılmışdır.

Kronos kvarteti
Əsas məlumatlar
Leybl Elektra Records
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Qrupun yaranma tarixi

redaktə

Kvartet Vaşinqtonun Seattle şəhərində skripkaçı David Harrington tərəfindən təsis edilib. Onların ilk çıxışı 1973-cü ilin noyabrında baş tutub. 1978-ci ildən bəri kvartet Kaliforniya ştatının San Francisco şəhərində fəaliyyət göstərir. Qrupun ən uzun müddət fəaliyyət göstərən üzvləri (1978-dən 1999-a qədər) skripkaçı Harrington və John Sherba, alt simli alət ifaçısı Hank Dutt və violonçeldə Joan Jeanrenaud olub. Qırxdan çox studiya albomu olan və bir çox ökələrdəki möhtəşəm çıxışlarına görə onları "dünyanın ən məşhur" yeni musiqi "qrupu" adlandırırlar və repertuarlarının əhatəliliyinə görə onların fəaliyyəti musiqi fəlsəfi araşdırmaları baxımından yüksək qiymətləndirilib.[1] Kvartet 1999-cu ildə yaranmalarının iyirmi beşinci ildönümünü qeyd edən zaman, qrupun portfoliosunda 600-dən çox əsərdən ibarət repertuar (bura onlar üçün yazılmış 400 simli kvartet də daxil idi), 3000-dən çox çıxış, yeddi ədəd ASCAP birincilik mükafatı (Amerika Bəstəkarlar, Müəlliflər və Naşirlər Cəmiyyəti), klassik və populyar musiqi üzrə Edison Mükafatları var idi, həmçinin 1,5 milyondan çox səsyazmaları satılmışdı.[2]

Qrupun 30 illiyi

redaktə

2003-cü ildə Kronos kvarteti 30 illiyini qeyd edərkən, istedadlı gənc bəstəkarları üzə çıxarmaq məqsədilə 30 yaşınadək bəstəkarların qrupa qəbul edilməsini qərara aldı. "30 yaşadək" Layihə adlanan proqram, hazırda Carnegie Hall, Kaliforniyada Berkeley Universitetində, Cal Performansları və Montalvo İncəsənət Mərkəzi ilə birlikdə həyata keçirilir. Qrupa ilk qəbul edikın üzv Alexandra du Bois oldu (həmin vaxtlar o, İndiana Universitetinin tələbəsi ifi, daha sonra Juilliard Məktəbinin məzunu oldu), ardınca Felipe Perez Santiago (1973-cü ildə Meksikada anadan olub), Dan Viskonti (1982-ci ildə İllinoysda anadan olub)[3] və qrupun dördüncü üzvü isə 2007-ci ildə İsrail bəstəkarı Aviya Kopelman oldu.[4]

Qrupun 40 illiyi

redaktə

Öz yaranmasının qırxı ilini qeyd etmək üçün Kronos Kvarteti ilk dəfə fəaliyyət göstərdikləri Sietl şəhərinə qayıtmağa və Seattle Degenerate İncəsənət Ansamblı ilə əməkdaşlıq edərək musiqi, rəqs və videonu özündə cəmləşdirən bir əsər yaratmaq qərarına gəldilər.[5] Qrup 40 illik yubileylərini 2013-cü ilin dekabrında Kaliforniya, Berkeley Universiteti, Zellerbach zalında möhtəşəm performansla qeyd etdilər, konsertə satılan biletlər xeyli əvvəldən tükənmişdi. 

Yeni musiqi, müasir klassika

redaktə

Kronos Kvarteti üçün ümumilikdə 900-dən çox əsər hazırlanmşdır. John Adams, Arvo Pärt, George Crumb, Henryk Górecki, Steve Reich, Roberto Paci Dalò, Philip Glass, Terry Riley və Kevin Volans da daxil olmaqla kvartet bir çox minimalist bəstəkarla əməkdaşlıq edib; onlar ən müxtəlif ölkələrdən olan həmkarları ilə birgə işlər görüblər:Finlandiyadan Kaija Saariaho, Latviyadan Pteris Vasks, Azərbaycandan Firəngiz Əlizadə, Əfqanıstandan Homayun Saxi, Ukraynadan Victoria Vita Poleva və Argentinadan Fernando Otero, Astor Piazzolla, Osvaldo Golijov. Kronosun simli kvartet aranjemanlarından bəziləri 2007-ci ildə nəşr olundu.

Müxtəlif janrlar

redaktə

Kronos kvarteti çox geniş musiqi janrlarını əhatə edir: Meksika folk musiqisi, eksperimental musiqi, klassikadan əvvəlki erkən musiqi, film musiqiləri (Requiem for a Dream, Heat, The Fountain), caz və tanqo. Kronos həm də Jimi Hendrix'in "Purple Haze", Sigur Ros'un "Flugufrelsarinn", Televiziyanın "Marquee Moon", Raymond Scott-un "Hungry Cannibals Pack for Dinner Music" və Bob Dylan-ın "Don't Think Twice, Everything is All Right" mahnılarını da öz üslubunda adaptasiya edib.

Kronos, eyni zamanda, müxtəlif dünya musiqiçiləri ilə layihələr həyata keçirib, bunlardan Bollywood müğənnisi Asha Bhosle; Meksikalı-Amerikalı rəssam Gronk; Amerika sopranosu Dawn Upshaw; caz bəstəkarı / ifaçısı Pat Metheny; Meksika rokçuları Café Tacuba; Azərbaycan muğam ifaçısı Alim Qasımov; və Rumıniya qaraçı qrupu Taraf de Haïdouksu misal çəkmək olar.

Filmlər

redaktə

1995 — İstilik. — bəstəkar Elliot Goldenthal, Kronos Kvartetin də iştirakı ilə ifa

1995 — Musical Outsiders: American Legacy — Harry Partch, Lou Harrison və Terry Riley. Rejissor Michael Blackwood.

2000 — Requiem for a Dream filminin saundtreki, bəstəkar Klint Mansell, Kronos Kvartetinin iştirakı ilə ifa.

2000 — Ağlayan Adam. Rejissor Sally Potter.

2006 — Fountain filminin saundtreki, bəstəkar Klint Mansell, Kronos Kvartetinin iştirakı ilə ifa.

2009–2081. Rejissor Chandler Tuttle.

2013 — Çirkli Döyüşlər. Rejissoru Rick Rowley.

2014 — Böyük Gözəllik. Rejissor Paolo Sorrentino.

İstinadlar

redaktə
  1. Bruce Ellis, Benson. The improvisation of musical dialogue: a phenomenology of music. Cambridge University Press. 2003. səh. 189. ISBN 978-0-521-00932-4.
  2. Richardson, Derk. "Portrait of a Quartet: The Kronos reaps the rewards of 25 years of not fitting the mold". Strings. String Letter Publishing. 13 (5). Jan 1999: 49–57.
  3. Martini, Tiffany. "Sonic Youth: Kronos Quartet gears up for new round of composition contest". Strings. String Letter Publishing. 21 (1). June–July 2006: 18.
  4. "Aviya Kopelman Commissioned Through Kronos: Under 30 Project". MusicalAmerica. March 15, 2007.
  5. Graves, Jen. "The Ultimate Collaboration". The Stranger. Seattle, United States. November 13, 2013. June 1, 2020 tarixində arxivləşdirilib. İstifadə tarixi: November 14, 2013.

Sitat səhvi: <references> daxilindəki "Cahill" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur
Sitat səhvi: <references> daxilindəki "McCalla" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur
Sitat səhvi: <references> daxilindəki "notes" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur
Sitat səhvi: <references> daxilindəki "press1" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur
Sitat səhvi: <references> daxilindəki "Sisario" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur

Sitat səhvi: <references> daxilindəki "Templeton" adlı <ref> teqi əvvəlki mətndə istifadə olunmur
  NODES
Note 1
Project 1