Kumran əlyazmaları

Kumran əlyazmaları və ya Ölü dəniz perqamentləriİudeya səhrasında yerləşən Kumran, vadi Murabbaat, Xirbət-Mird və digər mağaralarda, həmçinin Masada qalasında 1946–1956-cı illərdə tapılmış 972 mətndən ibarət manuskriptlərin ümumi adı. Həmin dövrdə Britaniya mandatı altında olan bu ərazilər hal-hazırda Qərb sahili adını daşıyır və 1967-ci ildən İsrail işğalı altındadır. Radiokarbon analizi nəticəsində bu əlyazmaların e.ə. 408-ci ildən eramızın 318-ci ilinədək olan dövrü əhatə etdikləri müəyyən edilmişdir. Hazırda bu əlyazmalar Qüdsdəki İsrail muzeyinin "Kitab məbədi" adlı bölməsində saxlanılır.

Kumranda tapılan "İsayyanın kitabı"nın əlyazmasından bir parça

Mətnlər ivrit, arami, yunannəbati dillərində, əksəriyyəti perqament üzrərində, kiçik bir hissəsi isə papirus və tunc üzərində yazılmışdır.

Xarici keçidlər

redaktə
Sərgilər və akademik layihələr
Media və akademik məqalələr
  NODES
HOME 1
mac 4
os 3
Theorie 1
visual 1