Kuril adaları

Rusiya tabeli 56 ada

Kuril adalarıKamçatka y-a ilə Hokkaydo a. arasında adalar qrupu. Oxot dənizini Sakit okeandan ayırır. 30-dan çox böyük (İturup, Urup, Kunaşir, Paramuşir və s.), çoxlu kiçik ada və qayalardan ibarətdir. Uz. təqr. 1200 km, sah. təqr. 10.5 min. km2. Adalar vulkan mənşəlidir, vulkanik və metamorfik süxurlardan təşkil olunmuşdur. Tez-tez zəlzələlər olur. Çoxlu vulkan (o cümlədən təqr. 40-dan çox püskürən) var. Faydalı qazıntıları: kükürd, mis, qızıl, qalay. Səthi dağlıqdır. İqlimi mülayim soyuq, mussondur. Çoxlu göl, çay və isti bulaq var. Bitkiliyi tundra tiplidir. Dəniz heyvanları (dəniz şirləri, nerpa və s.) və balıqlarla zəngindir. Balıq sənayesi mövcuddur.

Kuril adaları
Курильские острова
Ümumi məlumatlar
Adaların sayı 56
Ümumi sahəsi 10500 km²
Hündür nöqtəsi 2339 m
Əhalisi 19.276 nəfər (2010-cu il)
Yerləşməsi
46°30′00″ şm. e. 151°30′00″ ş. u.HGYO
Ölkələr
Akvatoriya
Kuril adaları xəritədə
Kuril adaları
Kuril adaları
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Şimaldan cənuba ən əhəmiyyətli adalar

redaktə

Rusiya Federasiyasına məxsus və 1200 kilometr uzanan Kuril adası Sakit Okeanla Oxot dənizini bir-birindən ayıran 56 adadan ibarətdir. Adada əsasən, ruslar, ukraynalılar, belaruslar, koreyalılar və tatarlar yaşayırlar. Əsas məşğuliyyət balıqçılıqdır.

Matua adasındaki Sariçeva vulkanının aktivləşməsi

Yaponiya sözü gedən 4 adanı "Şimal əraziləri" adlandırıb Yaponiyaya geri qaytarılmasını tələb edir. Lakin əslində məhz elə bu "Şimal əraziləri" termininin özü bir çox problemlərə səbəbdir.

 
Atlasov adası
 
Onekotan
 
Dolqaya qayası (Lovuşki qayalıqları)
Adı Sahəsi,
km²
Maksimsl
hündürlük, m
Eni Uzunluğu Havanın orta illik temperaturu Aktiv temoeraturun qiyməti
Böyük Kuril cərgəsi
Şimal qrupu
Atlasov 150 2339 50°52' 155°34'
Şumşu 388 189 50°45' 156°21'
Paramuşir 2053 1816 50°23' 155°41' 1,5
Ansiferov 7 747 50°12' 154°59'
Makanruşi 49 1169 49°46' 154°26'
Onekotan 425 1324 49°27' 154°46'
Xarimkotan 68 1157 49°07' 154°32'
Çirinkotan 6 724 48°59' 153°29'
Ekarma 30 1170 48°57' 153°57'
Şiaşkotan 122 934 48°49' 154°06'
Mərkəzi qrup
Raykoke 4,6 551 48°17' 153°15'
Matua 52 1446 48°05' 153°13'
Rasşua 67 948 47°45' 153°01'
Uşişir adaları 5 388
Ruyponkitya 1,3 121 47°32' 152°50'
Yankiç 3,7 388 47°31' 152°49'
Ketoy 73 1166 47°20' 152°31'
Simuşir 353 1539 46°58' 152°00' 518[1]
Brouton 7 800 46°43' 150°44'
Çornıye Bratya adaları 37 749
Çirpoy 21 691 46°30' 150°55'
Brat-Çirpoev 16 749 46°28' 150°50'
Cənub qrup
Urup 1450 1426 45°54' 149°59' 2,2 700–540[2]
İturup 3318,8 1634 45°00' 147°53' 4,3 1 350
Kunaşir 1495,24 1819 44°05' 145°59' 4,7 1 700
Kiçik Kuril cərgəsi
Şikotan 264,13 412 43°48' 146°45' 5,0 1650
Polonski 11,57 16 43°38' 146°19'
Oskolki adaları 0,2 38 43°35' 146°25'
Zelyonı 58,72 24 43°30' 146°08'
Tanfilev 12,92 15 43°26' 145°55'
Yuri 10,32 44 43°25' 146°04'
Dyomin adaları 0,7 34 43°25' 146°10'
Anuçin 2,35 33 43°22' 146°00'

Kuril adasının tarixi

redaktə

II Dünya müharibəsi başlayarkən, birlikdə müharibəyə girmək istəməyən tərəflər — RusiyaYaponiya 1941-ci ildə bitərəflik haqqında saziş imzalayırlar. Lakin 1945-ci ildə ABŞ-nin əvvəlcə Xirosima, daha sonra isə Naqasakiyə atom bombası atmasından sonra Rusiya bitərəflik haqqında sazişi pozaraq Yaponiyaya qarşı müharibəyə elan edir. Məğlub olacağını anlayan Yaponiya Potsdam bəyannaməsini imzalayaraq müttəfiq qüvvələrə təslim olur. Bundan sonra Yaponiyanın bütün torpaqları müttəfiq qüvvələr tərəfindən ələ keçirilmişdir. Müttəfiq qüvvələr belə qərara gəlirlər ki, Yaponiya, ABŞ, Tayvan, Çin, Saxalin və Kuril adaları isə Sovet İttifaqı müstəmləkəsinə çevrilsin. Bundan cəsarətlənən SSRİ ən böyükləri — Xabomay, Şikotan, EtorofuKunaşir olan adalardan ibarət adalar qrupu — Kurili ələ keçirir. Bu hadisələrin baş verməsindən günümüzə qədər olan dövrdə tam həll olunmayan bu məsələ İkinci dünya müharibəsindən sonra Yaponiya və Rusiya arasında razılaşma olmasına maneçilik törətmişdir.

Siyasi vəziyyət

redaktə

1855-ci ildə ələ Yaponiya Kuril adalarını ələ keçirsə də,2-ci Dünya Müharibəsinin sonunda Sovet İttifaqı ada üzərində nəzarətə sahib olmuşdur. Baxmayaraq ki, bu ada təbii cəhətdən bir o qədər zəngin deyil, amma Yaponiya tərəfi ada üzərindəki suverenlik məsələsində inadla öz mövqeyini bildirirdi. Ada əhalisi arasında keçirilən ictimai sorğu nəticəsində isə belə bir maraqlı nəticə olmuşdur ki, hətta adada yaşayan rusların çoxu belə Yapon hakimiyyətinə keçməyə razı olduqlarını bildirmişdilər. 2-ci Dünya müharibəsindən sonra adadakı mövcud həyat standartları bir o qədər yaxşı deyil və onun bərpa olunacağına da bir o qədər ümid yoxdur. Məsələni çətinləşdirən digər amil isə adadakı 100 vulkandan 35-nin fəaliyyətdə olmasıdır.

2000-ci ildə 3 günlük Yaponiya ziyarəti edən Vladimir Putin belə bir bəyanat vermişdir: "Hökumətdən adanın Yaponiyaya veriləcəyinə dair bir söz belə eşitmisinizmi? Biz sadəcə görüşmələr edirik".

Keçmiş Rusiya prezidentlərindən Yeltsinin 1997-ci ildə imzaladığı bir müqavilədə adaların Yaponiyaya geri qaytarılması məsələsi əks olunmuşdur. Bildirilir ki, 1996–1997-ci illərdə Yaponiya baş naziri Hoşimotonun etdiyi Moskva ziyarəti ərzində Yeltsin ada qarşılığında Yaponiya tərəfindən 30 milyard dollar istəmişdir. Lakin Yaponiya tərəfi bu pul miqdarının çox olduğunu bildirmişdir.

Yapon televiziya kanalı "Asahi"yə verdiyi müsahibədə keçmiş baş nazir İosiro Mori isə 2004-cü il Mart ayında Putinlə etdiyi görüşmələrdə Kuril adalarının Yaponiyaya qismən qaytarılması mövzusunda qismən anlaşdıqlarını açıqlamışdır. Kuril adaları üzərindəki mübarizənin isə 2 səbəbi olduğu qeyd edilir:siyasi və iqtisadi. Qarşılıqlı bəyanatlar və danışıqlar isə onu göstərir ki, bu mövzu hələ uzun müddət iki ölkə arasında problem olaraq qalacaqdır. Baxmayaraq ki, 1956-cı ildə SSRİ adalardan ikisini Yaponiyaya vermək istəsə də, bu cəhd ABŞ-nin təzyiqi nəticəsində uğursuzluqla nəticələnmişdir. Bu təzyiqin səbəbi isə Yaponiya-Rusiya münasibətlərində ola biləcək yaxınlaşmaya maneçilik törətmək idi. Əslində ABŞ-nin bu mövqeyi indi də dəyişməyib. Çinin getdikcə daha da böyüyən siyasi və iqtisadi istəklərinin həm Rusiya, həm də Yaponiya baxımından bir təhdid meydana gətirməsi də digər bir həqiqətdir. "İzvestiya" qəzeti də belə qeyd etmişdir ki, Çin Yaponiyanı "qazanmaq" üçün bir sıra kiçik adaları da fəda etməyə çalışır.

2012-ci ildə Rusiya və Yaponiyada hakimiyyət dəyişiklikləri baş verir. Bu sonraki Rus-Yapon münasibətlərinin inkişafına çox böyük töhfə vermiş olur. Lakin Adalarla bağlı hər hansısa bir irəliləyişə nail olunmur.

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət" (PDF). 2016-03-28 tarixində orijinalından (PDF) arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  2. "Экология. Биологическая составляющая охраны природы и рационального природопользования на Дальнем Востоке: ВВЕДЕНИЕ "". 2015-12-08 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-11-28.
  NODES
os 6