Lahıc

İsmayıllı rayonunda qəsəbə


LahıcAzərbaycan Respublikasının İsmayıllı rayonunun inzibati ərazi vahidində qəsəbə.

Lahıc
40°50′57″ şm. e. 48°23′01″ ş. u.HGYO
Ölkə  Azərbaycan
Rayon İsmayıllı
Tarixi və coğrafiyası
İlk məlumat VII əsr
Sahəsi
  • 0,8 km²
Mərkəzin hündürlüyü 1.215 m
Saat qurşağı
Əhalisi
Əhalisi 900 [1] nəfər
Rəqəmsal identifikatorlar
Poçt indeksi AZ3123
Nəqliyyat kodu 31
Digər
ivanovka.net
Lahıc xəritədə
Lahıc
Lahıc
Lahıc xəritədə
Lahıc
Lahıc
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Mədəniyyəti

redaktə

Lahıc XVIII–XIX əsrlərdə Azərbaycanın misgərlik və silah istehsalı mərkəzlərindən olub. Lahıc ustalarının misdən hazırladıqları, mürəkkəb və incə naxışlarla bəzədikləri dolça, satıl, sərnic, məcməyi, sərpuc, güyüm, aşsüzən, kəfkir, kasa, cam, qazan, çıraq və sair məmulatlar Orta Asiyada, Dağıstanda, Gürcüstanda, İranda, Türkiyədə və digər yerlərdə tanınıb.

1980-ci ildən muzey-qoruğa çevrilmiş Lahıcda həmin illərdən yadigar qalan məhəllə məscidləri, su kəməri və kanalizasiya (kürəbənd), Girdiman qalası qayğı ilə qorunur, sənətkarlıq ənənələri davam və inkişaf etdirilir.

Burada yaşayıb-yaratmış misgərlərin, zərgərlərin, sərracların, ahəngərlərin, dülgərlərin, xalçaçıların, həkkakların, nəqqaşların, dabbaqların, çəkmə və çarıq tikənlərin, və s. ustaların yaratdıqları maddi-mədəniyyət nümunələri hal-hazırda da dünyanın ən məşhur muzey və kolleksiyalarının ekspozisiyalarını bəzəməkdədir.

1717–1718-ci illərdə usta Nəcəfqulunun düzəltdiyi samovar mütənasibliyi, formasının gözəlliyi, üzərindəki bəzəkləri ilə şöhrət qazanıb. XIX əsrin ortalarında Lahıcda 200-dək misgərlik emalatxanası fəaliyyət göstərib. Lahıc ustaları odlu (tüfəng, müxtəlif tipli tapançalar və sair) və soyuq (xəncər, beybut, qılınc, bıçaq və sair) silah hazırlamaları ilə də tanınırlar. Bu silahlar ornamentlərlə bəzədilir, onlara sənətkarların möhürü vurulurdu.

Coğrafiyası və iqlimi

redaktə
 
Lahıc

Qəsəbə Azərbaycanın şimalında, Böyük Qafqaz sıra dağlarının cənub yamacında dəniz səviyyəsindən 1505 m hündürlükdə yerləşir. Lahıc Girdiman çayının sahilində yerləşməklə BabadağNiyaldağ silsilələri ilə əhatə olunur və ona təbii qala şəraiti bəxş edir. Belə bir coğrafi məkan qədim zamanlarda Lahıcın xarici təsirlərdən, basqınlardan yaxşı müdafiə olunması üçün imkan yaratmışdır.

1859–1864-cü illərdə həyata keçirilmiş kameral siyahıyaalınmaya əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində 598 evdə etnik tatlardan ibarət 5.228 nəfər (2.889 nəfəri kişilər, 2.339 nəfəri qadınlar) əhali yaşayırdı.[2][3] 10 sünni müsəlman ailəni çıxmaqla qalan əhali şiə müsəlmanlardan ibarət idi.[4]

1 yanvar 1886-cı il tarixinə olan məlumata əsasən Lahıc kəndində 3.817 nəfəri kişilər və 3.098 nəfəri qadınlar olmaqla cəmi 6.915 nəfər əhali yaşayırdı.[5] Onlardan 117 nəfəri (10 ailədə) bəy ailəsindən, 40 nəfəri (3 ailə) ruhani ailəsindən, 6.758 nəfəri isə (689 ailə) dövlət kəndlilərinin ailəsindən idi.[2] Kənddə yerli əhali olan lahıclardan başqa Şamaxı şəhərindən olan bir neçə ailə, Qacar Şahənşahlığı təbələri olan bəzi ailələr və Samur dairəsinin Miskincə kəndindən olan bir neçə ləzgi ailəsi yaşayırdı.[2][5] Kəndin əhalisi tamamilə müsəlman idi, təxminən 15 sünni ailəni çıxmaqla bütün əhali şiə təriqətində idi.[2]

28 yanvar — 9 fevral 1897-ci il Ümumrusiya imperiyası siyahıyaalınmasına əsasən Bakı quberniyasının Şamaxı qəzasının Lahıc kəndində hər iki cinsdən toplam 5.142 nəfər əhali yaşayırdı.[6]

1959-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 1.981 nəfər (884 nəfəri kişilər, 1.097 nəfəri qadınlar) əhali yaşayırdı.[7]

1979-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 862 nəfər (359 nəfəri kişilər, 503 nəfəri qadınlar) əhali yaşayırdı.[8]

1989-cu il siyahıyaalınmasına əsasən qəsəbədə 842 nəfər (373 nəfəri kişilər, 469 nəfəri qadınlar) əhali yaşayırdı.[9]

13–22 aprel 2009-cu il tarixində aparılmış Ümumazərbaycan əhali siyahıyaalınmasına əsasən Lahıc qəsəbəsində 837 nəfər (413 nəfəri kişilər, 424 nəfəri qadınlar) əhali yaşayır.[10]

İl Sayı
1864 5.228
1886 6.915
İl Sayı
1897 5.142
1959 1.981
İl Sayı
1979 862
1989 842
İl Sayı
2009 837

Milli tərkibi

redaktə
Milli tərkibi[11][12][13][14][15]
Etnik qrup 1926 sa. 1939 sa. 1959 sa. 1970 sa. 1979 sa.
cəmi 4 082 2 672 1 981 853 884
azərbaycanlı 431 462 1 962 842* 882
lahıc 3 643 2 206 * * *
rus 6 1 15 8
erməni 1 1
yəhudi 1
ləzgi 1 2
digər 2 1 3 2

Lahıclar

redaktə

Tatların bir qolunu təşkil edib, sənətkarlıqla məşğul olan, Lahıc (eləcə də Ərəgit) ərazisində yaşayan yerli əhalidir.

Tanınmış şəxsiyyətləri

redaktə

İqtisadiyyatı

redaktə

XIX əsrin birinci yarısında Rusiyanın İjevsk silah zavodunda Lahıc ustalarının təcrübəsindən istifadə olunmuşdur. [mənbə göstərin] O dövrdə Lahıcda 100-dən artıq sənət növü – misgərlik, dabbaqlıq, çəkməçilik, papaqçılıq, sərraclıq, dəmirçilik, həkkaklıq, qalayçılıq, dulusçuluq, dərzilik və s. peşələr inkişaf tapmışdı.

Bu gün Lahıc çox saylı turisti cəlb edir. Türkiyədən, İrandan, Rusiyadan, Yaponiyadan, İtaliyadan və İspaniyadan buraya gələnlər əsasən Lahıcda dincəlmək istəyirlər.

Lahıca gedən yol aşırımdan keçir. Lahıc aşırımı möhtəşəm Niyaldağ silsiləsinin suayırıcındadır,[16] hündürlüyü təqribən 1700 metrdir, dar və çətin keçiləndir.

Abidələri

redaktə

Lahıc qəsəbəsinin ən möhtöşəm abidəsi Girdiman çayının sahilindəki 72 otaqlı, 3 mərtəbəli Hacı Paşa evidir. Bu ev XVIII əsrin ortalarında 14 il müddətində, Lahıcın memarlıq üslubunun bütün komponentləri nəzərə alınaraq inşa olunmuşdur. Binaya giriş iki tərəfdən mümkündür: Bədəvan məscidi (bu məscid də xeyriyyəçi Hacı Paşanın şəxsi vəsaiti hesabına inşa olunub) tərəfdən, ikincisi Girdiman çayının sol sahili istiqamətdən. Bu binanı Lahıc camaatı "Hacılar həyəti" də adlandırırlar.

Lahıc Tarix-Mədəniyyət qoruğu elan olunduqdan sonra Hacı Paşa evi dövlət tərəfindən qorunan abidələrin siyahısına (səhvən Hacı Qurban evi kimi) daxil edilmiş, lakin bu möhtəşəm tarixi abidənin qorunub saxlanılması ücün heç bir iş görülməmişdir. İldən-ilə bu tarixi abidə baxımsızlıqdan uçub-dağılır.

Qəsəbədə "Cümə" məscidi dini icması fəaliyyət göstərir.[17]

Məhəlli xəritəsi

redaktə
 
 
 
 
 
 
 
 
 
 
Hacı
Nurməmməd
 
Hacı
Cahanbəxşə
 
Zəvəro
 
Baba
 
Hacı Qara
Lahıcının məhəlli xəritəsi:
 muzey;  məscid;   — “İl körpüsü”;  məktəb;
 su dəyirmanı;  kafe;  mehmanxana;  hamam;  bulaq;  xarabalıq

Şəkilləri

redaktə

Sənətkarlıq

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. "Arxivlənmiş surət". 2020-06-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2020-05-03.
  2. 1 2 3 4 "Сборник материалов для описания местностей и племён Кавказа" Издание Управления Кавказского учебного округа. Выпуск двадцать девятый. Тифлись. Типография канцелярии главоначальствующего гражданскою частью на Кавказе и К. Козлавскаго. 1901./Отдел второй. стр.79
  3. "Сборник материалов для описания местностей и племён Кавказа" Издание Управления Кавказского учебного округа. Выпуск двадцать девятый. Тифлись. Типография канцелярии главоначальствующего гражданскою частью на Кавказе и К. Козлавскаго. 1901./Отдел второй. стр.80
  4. Списки населенных мест Российской Империи. По Кавказскому краю составленные и издаваемые Кавказским статистическим комитетом при Главном управлении Наместника Кавказского. LXV. Бакинская губерния. Списокь населенных мест по сведениямь 1859 по 1864 годь. Кавказскимь стататистическимь комитетомь при Главном управлении наместника кавказского. Составлен главным редактором Комитета Н. Зейдлицем. Тифлись. В Типографии главного управления наместника кавказского. 26 ноября 1870 г./Содержание: Спискок населённых мест Бакинской губернии. стр. 30 [ölü keçid]
  5. 1 2 "Сборник материалов для описания местностей и племён Кавказа" Издание Управления Кавказского учебного округа. Выпуск двадцать девятый. Тифлись. Типография канцелярии главоначальствующего гражданскою частью на Кавказе и К. Козлавскаго. 1901./Отдел второй. стр.78
  6. Первая всеобщая перепись населения Российской империи 1897 г. Под ред. Н.А. Тройницкого, "Города и поселения в уездах имеющий 2000 и более жителей", С.-Петербург, 1905 г., стр.90
  7. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1959 г. Численность городского населения союзных республик (кроме РСФСР), их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2012-05-21 at the Wayback Machine
  8. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1979 г. Численность городского населения союзных республик (кроме РСФСР), их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2013-09-21 at the Wayback Machine
  9. Демоскоп Weekly (еженедельная демографическая газета. Электронная версия): Всесоюзная перепись населения 1989 г. Численность городского населения союзных республик, их территориальных единиц, городских поселений и городских районов по полу Arxivləşdirilib 2012-01-18 at the Wayback Machine
  10. Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi: İsmayıllı rayonu Arxivləşdirilib 2012-05-11 at the Wayback Machine
  11. Ethno-Caucasus, Этнодемография Кавказа: Шемахинский уезд (1926 г.) Arxivləşdirilib 2018-11-22 at the Wayback Machine
  12. Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1939 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
  13. Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1959 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
  14. Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1970 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
  15. Ethno-Caucasus, Этнодемография Кавказа: Исмаиллинский район (1979 г.) Arxivləşdirilib 2018-10-16 at the Wayback Machine
  16. Şəki ARB. "Qədim sənətkarlıq mərkəzi - Lahıc" (az.). Youtube.com. 30.11.2016. 2023-07-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-12-04.
  17. MÜSƏLMAN DİNİ İCMALAR — 2013-cü ildə qeydiyyatdan keçənlər Arxivləşdirilib 2022-06-26 at the Wayback Machine. scwra.gov.az (az.)
  NODES