Lankaster hersoqu

Lankaster hersoqu (ing. Duke of Lancaster) — Birləşmiş Krallığın monarxial strukturunda olan əsilzadə ünvanlarından biri. Orta əsrlər dönəmində bu ünvan 3 dəfə təsis edilmiş, V Henrinin 1413-cü ildə taxta çıxması nəticəsində səltənətlə birləşmişdir. Daha sonra müstəqil şəkildə təsis edilməsə də, bu ünvan Lankaşir qraflığının hakimi olan Birləşmiş krallığın monarxı üçün istifadə edilməyə davam etmişdir.

XIV-XV əsrlərdə Lankaster hersoqu ünvanı 3 dəfə təsis edildi. İlk dəfə 6 mart 1351-ci ildə İngiltərə kralı III Henrinin nəticəsi və 4. Lankaster qrafı Qrosmontlu Henriyə təsis edildi. Ancaq o, 1361-ci ildə oğul övladı olmadan vəfat etdi və ünvan ləğv edildi.

Ünvan ikinci dəfə 13 noyabr 1362-ci ildə İngiltərə kralı III Eduardın oğlu Gentli Con üçün təsis edildi. Belə ki, o, Qrosmontlu Henrinin qızı və varisi olan Lankasterli Blanşla evlənərək onun bütün mülk və əmlaklarına sahibləndi. Gentli Con 4 fevral 1399-cu ildə vəfat etdi və ona aid bu ünvan yeganə oğlu olan Bolinbruklu Henriyə keçdi. O isə elə həmin il - 1399-cu ildə II Riçardı devirərək İngiltərə taxtını ələ keçirdi və beləcə, ünvan səltənətlə birləşmiş oldu.

Bolinbruklu Henri bu ünvanı 10 noyabr 1399-cu ildə böyük oğlu olan Uels şahzadəsi Monmutlu Henri üçün yenidən təsis etdi. O da 1413-cü ildə atasının vəfatının ardından İngiltərə taxtına çıxdı və ünvan sonuncu dəfə İngiltərə taxt-tacıyla birləşdi.

Bununla birlikdə, ünvan hersoqların ənənəvi mülkü olan Lankaşir qraflığının sahibi olan Birləşmiş krallıq monarxı üçün istifadə edilməyə davam etdi. Lankaşir torpaqlarında monarxın da iştirak etdiyi ənənəvi şam yeməklərində qədəhlərin "Kraliça, Lankaster hersoquna eşq olsun" deyərək qaldırılması qaydadır.

Lankaster hersoqları

redaktə

Birinci təsisi (1351-1361)

redaktə
Hersoq Şəkil Doğum-ölüm tarixi Evlilik Valideynləri
Qrosmontlu Henri

(1. Lankaster hersoqu)

(1351-1361)

 
1310 - 23 mart 1361
Qrosmontlu Henri 1361-ci ildə geridə oğul varis qoymadan vəfat etdi.

İkinci təsisi (1362-1399)

redaktə
Hersoq Şəkil Doğum-ölüm tarixi Evlilik Valideynləri
Gentli Con

(2. Lankaster hersoqu)

1362-1399

 
6 mart 1340 - 3 fevral 1399
Henri Bolinbruk

(3. Lankaster hersoqu)

1399

 
Aprel 1367 - 20 mart 1413
Henri Bolinbruk 1399-cu ildə IV Henri adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

Üçüncü təsisi (1399-1413)

redaktə
Hersoq Şəkil Doğum-ölüm tarixi Evlilik Valideynləri
Monmutlu Henri

(4. Lankaster hersoqu)

(1399-1413)

 
16 sentyabr 1386 - 31 avqust 1422
Monmutlu Henri 1413-cü ildə V Henri adıyla taxta çıxdı və bütün ünvanları səltənətlə birləşdi.

Mənbə

redaktə
  NODES