Latrodectus Theridiidae ailəsinə məxsus bir hörümçək cinsidir, onlardan bir çoxu qaradul (azərbaycan dilində qaraqurd) olaraq adlandırılır.  Şimali Amerika ərazisində yayılmış (L. mactans, L. hesperus, və L. variolus) və Avstraliyada yayılmış qırmızıqarın hörümçəyi (Latrodectus hasseltii) ilə birlikdə dünyada yayılmış 31 növü qeydə alınmışdır. Növləri ölçü cəhətdən müxtəlifdir. Bir çox hallarda dişi parlaq-qara rəngli və qarın nahiyəsinin alt hissəsində adətən qırmızı rəngdə qum-saatına oxşayan işarəylə seçilir.

Latrodectus
Elmi təsnifat
XƏTA: parentrang parametrlərini doldurmaq lazımdır.
???:
Latrodectus
Beynəlxalq elmi adı

Olduqca güclü nevrotoksin olan latroksin adlı zəhərə sahibdirlər hansı ki, bu zəhər latrotoksizm adlı xəstəliyə səbəbiyyət verir. Dişilərin olduqca böyük zəhər vəzləri vardır və sancmaları insanlar da daxil olmaq üzrə iri onurğalılar üçün zərərlidir. Adlarının pis hallanmalarına baxmayaraq, Latrodectus sancmaları nadir hallarda ölümcül ola və ya nadir hallarda ciddi ağırlaşmalara səbəb ola bilər. Yanlızca dişi fərdlərin sancması insanlar üçün təhlükəlidir.

Xarakteristikası

redaktə

Dişilər adətən tam yetkinliyə çatdıqlarında tünd qəhvəyi rəngdə və ya parlaq-qara rəngdə olur. Adətən qarın nahiyəsində (alt hissəsində) qırmızı rəngdə va ya narıncı rəngdə qum saatına oxşar işarə vardır, digər növlərində başqa cür işarələrə sahib olurlar və ya heç bir işarəyə sahib olmurlar. Erkək qaraqurd hörümçəyinin qarnının dorsal (üst hissə) tərəfində bir zolağa qədər uzanan cizgilər və ya nöqtələr olur və bala hörümçəklər daha çox erkək "valideynə" oxşardır. Bir neçə dişi növləri açıq qəhvəyi rənglidir və bəzi növlərin isə heç işarələri yoxdur. Qaraqurd hörümçəyinin bədən uzunluğu 3-10 millimetr arasıdır (0.12–0.39 en), bəzi dişi növlərin bədən uzunluğu 13 millimetr (0.51 en) ola bilər.

Davranışı

redaktə

Bu növlər arasında seksual kannibalizmin yayılmasına əsasən dişilərin erkəkləri yeməsi, məhz buradan ilham alınaraq adı qaradul (azərbaycanca qaraqurd, digər bütün dillərdə qaradul olaraq adlandırılır) adlandırılmışdır. Bu davranışın döllərin həyatda qalma şansını artırdığı düşünülür; amma bəzi növlərin dişiləri bu davranışı nadirən göstərir və seksual kannibalizmin mövcudluğunun sənədləşdirilmiş sübutlarının çoxu erkəklərin qaça bilmədiyi laboratoriya mühitində qeydə alınmışdır. Erkək qaraqurd hörümçəkləri özünün yeyilməməsi üçün dişisinin artıq qidalanıb-qidalanmamış olduğunu müəyyən edərək cütləşməyə meyillidirlər. Onlar dişinin qidalanıb-qidalanmadığını tordakı kimyəvi siqnallar vasitəsi ilə hiss edə bilirlər.

Theridiidae ailəsinin digər üzvləri kimi, qaraqurd hörümçəkləri qarışıq, dolaşıq, yapışqan ipək lifləri ilə tor qurur. Qaraqurd hörümçəkləri adətən heyvanların açdığı kiçik oyuqlarda, tikinti açıqlıqlarının ətrafında, və ya odunluq yerlərdə, yerə yaxın, qaranlıq və narahat edilməyən bölgələrdə yuva qururlar. Qapalı yuvalar masa altı, mebel və ya zirzəmi kimi qaranlıq və narahat edilməyən yerlərdədir. Hörümçək yuvanın mərkəzində başı aşağı vəziyyətdə durub həşəratların gəlib səhvən tora ilişməsini gözləyir. Tora ilişdikdə hörümçək tez həşərat özünü xilas etmədən əvvəl onu tora bağlayır və sancır. Qidalanmaq üçün ağzı ilə ova həzm edici şirə buraxar və bu şirə həşaratı daxilini mayələşdirər və kapilyar axışı ilə hörümçək qidalanır. Onların ovu milçəklər, ağcaqanadlar, çəyirtkələr, böcəklər və tırtıllar kimi kiçik həşəratlardan ibarətdir. Hörümçək təhlükə hiss edərsə, tez bir ipək ilə yerə enir. Digər tor-toxuyucularda olduğu kimi, bu hörümçəklər zəif görmə qabiliyyətinə sahibdirlər, tora ilişən ovu tapmaq üçün və ya təhlükədən xəbərdar olması üçün tordakı vibrasiya siqnalları vasitəsi ilə bilirlər. Qaraqurd hörümçəyi tutulduğunda potensial təhlükə qarşısında sancmaq yerinə ölü rolu və ya çırtma ipək oynamağı seçir; sancmalar sadəcə qaça bilmədikləri zaman meydana çıxır. İnsanların zərər görməsi çox vaxt hörümçəyin istənmədən sıxışması və ya sıxışma vəziyyətində müdafiə sancmalarından meydana gəlir.

Test edilmiş bir çox tədqiqatlarda Latrodectus hesperus hörümçəyinin torunun gərginlik müqaviməti və digər xüsusiyyətləri araneids hörümçəyinin torunun xususiyyətləri ilə oxşar olduğu müəyyən edilmişdir. Gərginlik müqaviməti üç növ ipdə 1000 MPa (meqa pasqal) olduğu ölçülmüşdür. Əvvəlki tədqiqatlarda Nephila edulisa aid olan ipin gərginlik müqaviməti 1290± 160 MPa olaraq qeydə alınmışıdı. Hörümçək ipinin gərginlik müqaviməti eyni incəlikdə poladla müqayisə edilə bilər. Poladın sıxlığının hörümçək ipindən altı dəfə çox olmasına baxmayaraq, ip eyni ağırlıqdakı poladdan daha güclüdür.

Steatoda cinsinin növləri səhvən qaraqurd hörümçəyi olaraq bilinir ancaq bu səhvdir. Steatoda cinsinin növləri insanlar üçün zərərsizdir.

Taksonomya

redaktə

İyul 2017-ci ildən bəri Dünya Hörümçək Kataloqu aşağıdakı növləri qəbul edib.

  • Latrodectus antheratus (Bedkok, 1932) – Paraqvay, Arqentina
  • Latrodectus apicalis Batler, 1877 – Qalapaqus adası.
  • Latrodectus bishopi Kesten, 1938 – ABŞ
  • Latrodectus cinctus Blekuall, 1865 – Kabo-Verde, Afrika, Kuveyt, Iran
  • Latrodectus corallinus Abalos, 1980 – Arqentina
  • Latrodectus curacaviensis (Müller, 1776) –Antiller adaları, Cənubi Amerika
  • Latrodectus dahli Levi, 1959 – Morokkodan Mərkəzi Asiyaya qədər
  • Latrodectus diaguita Karkavallo, 1960 – Arqentina
  • Latrodectus elegans Thorell, 1898 – Hindistan, Myanmar, Çin, Yaponya
  • Latrodectus erythromelas Şmit & Klaas, 1991 – Hindistan, Şri-Lanka
  • Latrodectus geometricus C. L. Kox, 1841
  • Latrodectus hasselti Torell, 1870 – Cənub-Şərqi Asiya, Avstraliya, Yeni Zelandiya
  • Latrodectus hesperus Kamberlin və Ivie, 1935 – Şimali Amerika, İsrail
  • Latrodectus hystrix Simon, 1890 – Yemen, Sokotra
  • Latrodectus indistinctus O. Pickard-Kembric, 1904 – Namibiya, Cənubi Afrika
  • Latrodectus karrooensis Smithers, 1944 – Cənubi Afrika
  • Latrodectus katipo Paul, 1871 – Yeni Zellandiya
  • Latrodectus lilianae Melic, 2000 – Spain, Algeria
  • Latrodectus mactans (Fabrikius, 1775) – Şimali Amerika
  • Latrodectus menavodi Vinson, 1863 – Madaqaskar, Komor adaları, Aldabra
  • Latrodectus mirabilis (Holmberq, 1876) – Arqentina
  • Latrodectus obscurior Dahl, 1902 – Kabo Verde, Madaqaskar
  • Latrodectus pallidus O.Pikard-Kembric, 1872 – Kabo-Verde, Libya Mərkəzi Asiya
  • Latrodectus quartus Abalos, 1980 – Arqentina
  • Latrodectus renivulvatus Dahl, 1902 – Afrika, Saudi Arabia, Yemen, Iraq
  • Latrodectus revivensis Şulov, 1948 – İsrail
  • Latrodectus rhodesiensis Mekey, 1972 – Cənubi Afrika
  • Latrodectus thoracicus Nikolet, 1849 – Çili
  • Latrodectus tredecimguttatus (Rossi, 1790) Aralıq dənizi ilə Çin arası
  • Latrodectus variegatus Nikola, 1849 – Çili, Arqentina
  • Latrodectus variolus Uolkener, 1837 – ABŞ, Kanada

Yayılması

redaktə

Qaraqurd hörümçəkləri Antaraktida xaric olmaqla dünya üzrə yayılmışdır. Qırmızıqarın qaraqurd hörümçəyi (Latrodectus hasselti) əsasən Şərqi Avstraliya ərazisinə endemikdir.

Sancması

redaktə

Zəhərindəki latrotoksinin mövcudluğuna görə bu növlərin sancması insanlar üçün təhlükələrə və latrotoksizm adlanan əzələ ağrıları, abdominal kramplar, hiperhidroz, taxikardiya və əzələ sapzmları kimi sistematik effektlərə səbəb ola bilər. Simptomları 3-7 gün və bəzən də həftələrlə dəvam edə bilər.

ABŞ-da hər il 2200 insanın qaraqurd hörümçəkləri tərəfindən sancılması qeydə alınır, ancaq çoxsunun tibbi müdaxiləyə ehtiyacı olmur. Bir çox sancmalarda zəhər injeksiya edilmir və bu sancmalar "quru" sancma adlanır. Hər il 12 sancma ciddi hesab olunur və həmçinin 100 ildir ölüm halları qeydə alınmayıb. Qaraqurdlar xüsusi ilə aqressiv hörümçəklər deyildir və narahat edilmədikləri müddətcə insanları nadirən sancarlar.

Yayğın inanışın əksinə qaraqurd tərəfindən sancılan biri elə də ciddi xəsarət almaz və ölüm halı baş verməz. Ölümcül sancmalar 20-ci əsrin başlarında ən çox Latrodectus tredecimguttatus adlı növün sancmaları olaraq qeydə alınıb.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES