Levirat (lat. levir; "qayın") — nikahın qədim formalarından biri, vəfat etmiş qardaşın arvadı ilə subay qardaşın evlənməsi.

Sözün mənşəyi

redaktə

Levirate termini "ərin qardaşı" mənasını verən latın dilində levir sözündəndir.

Haqqında

redaktə

Evliliyin qədim növlərindən biri olmuş və dul qadının ölmüş ərinin qardaşı ilə evlənməsidir. Müharibə zamanı daha geniş yayılmışdı. Bu evlilik formasının icra edilməsinin bir sıra səbəbləri vardır. Levirat adətinə görə kiçik uşaqları olan evli qardaşlardan biri cavan yaşlarında vəfat etdikdə onun subay qardaşı, subay qardaşı olmadıqda isə evli qardaşlardan biri mərhum qardaşının uşaqlarını saxlamaq niyyəti ilə onun dul qadınına evlənirdi. Bu səbəblərdən biri əmlakın sahibi olmaq meyli idi. Tədqiqatçı Qiyasəddin Qeybullayev bu səbəbləri belə qeyd etmişdir: "Levirat nikah adətinin icra edilməsinin iki səbəbi vardı. Varlı zümrədə mərhumun varidatına sahib olmaq meyili əsas rol oynayırdı. Geniş əhali içərisində isə maddi mülahizələrdən başqa (qız əvəzinə başlıq verildiyinə görə), həm də mərhumun uşaqlarını saxlamaq və böyütmək zərurəti nəzərə alınırdı və ona görə xalq içərisində bu adət "yaraya yarpaq", yəni baş vermiş bədbəxtlikdən çıxış yolu adlanırdı. Xalq arasında bunu "çörək parçalanmasın" — ifadəsi ilə də izah edirdilər"[1]

Həmçinin bax

redaktə

Mənbə

redaktə
  • Dinlerde nikah. Dokuz Eylül Üniversitesi ilahiyat Fakültesi, İslami İlimler Araştırma Vakfı (İSAV), İzmir, 06–08 Nisan, 2012, 708 s.
  • Kurt A. O. Yahudilikte Levirat Evlilik: Geleneğin Tutsak Ettiği Kadınlar. Electronic Turkish Studies, 2016, 266 s.

İstinadlar

redaktə
  1. Qiyasəddin Qeybullayev. Azərbaycanlılarda ailə və nikah. Bakı. 1995. səh. 429.
  NODES