Lobnor gölü (uyğ. لوپنۇر, çin. 罗布泊) (Monqol dilindən "Lob Gölü" mənasını verən[1]) — Çin Xalq Respublikasında Sintszyan Uyğur Muxtar Rayonunun cənub-şərq hissəsində Təklə-məkanQumdağ səhraları arasında yerləşən duzlu göl. 780 metr dəniz səviyyəsindən yuxarıdadır.

Lobnor gölü
uyğ. لوپنۇر, çin. 罗布泊
Ümumi məlumatlar
Mütləq hündürlüyü 780 m
Uzunluğu
  • 85 km
Sahəsi 3100 km²
Dərin yeri 1 m
Yerləşməsi
40°30′ şm. e. 90°30′ ş. u.HGYO
Ölkə  ÇXR
Lobnor gölü xəritədə
Lobnor gölü
Lobnor gölü
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar
Lobnor gölünün peyk şəkli
Lobnor gölünün peykdən görüntüsü

Bir zamanlar Aral dənizi kimi iri bir göl olmuşdur. Sonradan insan fəaliyyəti nəticəsində sahəsi kiçilmiş, suyu daha da şorlaşmışdır.

Tarim çayı və Şule çayının da daxil olduğu göl sistemi tarixi keçmişdə 10,000 km2-i keçən qədim buzlu Tarim gölünün qalığıdır. Hidroloji cəhətdən qapalı hövzədir. 1928-ci ildə gölün sahəsi 3,100 km2 olmuşdur. Ancaq, göl ona tökülən axına maneə törətmiş barajların tikintisi nəticəsində qurumuşdur və yalnız kiçik mövsümi göllər və bataqlıqlar yarana bilir. Qurumuş Lobnor gölü hövzəsi qalınlığı 30 sm-dən 1 m-ə qədər olan bir duz qatı ilə örtülmüşdür. Lobnor nüvə sınaq sahəsi olaraq istifadə edilmiş[2]1990-cı illərin ortalarından potaş kəşf edildikdən bu yana, eyni zamanda ərazidə genişmiqyaslı mədən əməliyyatı da aparılır.[3]

Araşdırma

redaktə

1860-ci ildə Lobnor gölünü tapmaq məqsədi Sun imperiyasının qərb sərhədlərini alman coğrafiyaçısı Ferdinand fon Rixthofen keçir. O ancaq şoranlaşmış sahəni aşkarlaya bilir. Ondan sonra Nikolay Prejivalski Tarim çayı hövzəsini tətqiq edir. 1876-ci ildə Prejivalski İli çayı ilə gedərək Tyan-Şan dağlarına və Tarim çayına keçir və nəhayət Lobnor gölünə çatır. Göldən cənubda isə Altın-Dağ silsiləsini aşkarlayır.

Nüvə sınaqları

redaktə
  • 1964-ci ildə Lobnor gölündə ilk nüvə sınağı çeçirilmişdir. Bu layihə «596» gizli adla həyata keçirilmişdir. Elə həmin ildən gölün dibi nüvə poliqoni kimi istifadə edilmişdir.
  • 1967-ci ildə Çin göldə ikinci nüvə sınağını həyata keçirmişdir. Sınaq səmada həyata keçirilmişdir.
  • 1996-cı ildə göldə 45-ci nüvə sınağı keçirilmişdir[4].

Həmçinin bax

redaktə

Mənbə

redaktə

İstinadlar

redaktə
  1. Barber, Elizabeth (2000). The Mummies of Urümchi. W. W. Norton & Company. p. 125. Two groups have laid claim to nor, the second half of Lop NorNor is Mongol for "lake" and occurs as part of many lake names in Xinjiang and other parts of Central Asia, while nur is Uyghur for "bright" (as in the white of the salt flats). Mongol probably wins this one. But lopis opaque in both languages and in Chinese too, a fact suggesting that the name goes back to a time before Turks, Mongols, or Chinese had entered the territory.
  2. "Lop Nor Nuclear Weapons Test Base" Arxivləşdirilib 2015-09-20 at the Wayback Machine. nti. Retrieved 2007-08-03.
  3. "Lop Nur, Xinjiang, China" Arxivləşdirilib 2016-11-04 at the Wayback Machine. Earth Observatory. June 19, 2011.
  4. Lobnor nüvə sınağı bazası Arxivləşdirilib 2007-09-27 at the Wayback Machine (ing.)
  NODES