Müzakirə:Bişkek protokolu
Bu, Bişkek protokolu məqaləsinin müzakirə səhifəsidir. |
Məqalə prinsipləri
|
Orijinal
redaktəBişkek protokolunun orijinalı necədir? Sənədin ikinci bir versiyası olduğu, Bəhmənovun imzası olduğu deyilir. Protokolu doğrulaya biləcək bir mənbə yazılması gərəkdir.--Maximilien 18:37, 29 iyun 2012 (UTC)
- Məqalədə müvafiq dəyişiklikləri etdim. --►CEKLİde gəlsin 05:26, 2 iyul 2012 (UTC)
- Əlavə olaraq sənədin dəqiq mətni ilə tanış olmaq üçün baxa bilərsiniz: vn.kazimirov.ru/doc9.htm --►CEKLİde gəlsin 05:36, 2 iyul 2012 (UTC)
Təşəkkürlər. Ancaq məqalədə bəzi uyğunsuz bölümlər var. Məqalədə Bəhmənovun imzasının olduğu qeyd olunub, amma Protokoldan məlum olur ki Bəhmənova imza atdırmaq cəhdi olub ancaq onu Bakıda tapmayıblar. Yəni imza yoxdur. Bundan əlavə ermənilərdən "dqr" parlament sədri imza atıb, amma protokolda görünür imza atan şəxslərin nə qismində təmsil olunduğu da qeyd olunmayıb. Buna görə məqalədə status məsələsi açıqdır. Ümumiyyətlə dqr təmsilçisinin imza atmasına yol verilməsi uğursuz hərəkətdir və bunu icma təmsilçisi kimi izah etmək üçün də təəsüf ki əsaslı mənbə yoxdur --Maximilien 23:23, 2 iyul 2012 (UTC)
Mövzu ilə bağlı xeyli sayda ziddiyyətli mənbələr var. Çalışacağam ki, məqaləni nisbətən ən dəqiq formada hazırlayım. --►CEKLİde gəlsin 03:56, 3 iyul 2012 (UTC)