Mədə xərçəngi

Mədə xərçəngi — mədənin selikli qişasının epitel hüceyrələrində əmələ gələn bədxassəli şişdir. Əvvəl ümumi zəiflik, iştahın azalması, arıqlama, anemiya, psixi depressiya meydana çıxır. Ağrı sindromu şişin mədənin pilorik və kardial hissəsinə yayıldıqdan sonra əmələ gəlir. Mədə dibinin xərçəngi də uzun müddət simptomsuz gedə bilər. İlk şikayətlər enterokardia tipli agrılar olur. Proses diafraqma və plevraa keçdikdə təkrarlanır. Daha sonra mədə xərçəngi üçün xarakter olan gecikmiş.

Mədə xərçəngi
XBT-10-KM C16.5, C16.6, C16.2, C16.9, C16
XBT-9-KM 151[1], 151.6[1], 151.5[1], 151.9[1], 151.4[1]
OMIM 137215, 613659
DiseasesDB 12445
MedlinePlus 000223
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Yaranma səbəbləri

redaktə

Hal-hazırda mədə xərçənginin yaranma səbəbi tam aydın deyil. Lakin müasir inkişaf nəzəriyyəsi mədənin selikli qişasının Helicobakter Pylori infeksiyalarının mühüm rolu olduğu qənaətindədir. Risk faktorları kimi xroniki qastrit, mədədə cərrahi əməliyyatın aparılması, vitamin B12 çatışmazlığı anemiyası, genetik meyillilik göstərilir. Mədədə adenomanın inkişafı, xroniki qastritin nəticəsi olaraq mədənin selikli qişasının atrofiyaya məruz qalması və mədənin xroniki xorası, mədə xərçənginin yüksək risk faktoru hesab olunur.

Əlamətləri

redaktə

Mədə xərçənginin ilkin inkişaf mərhələsi adətən əlamətsiz olur. Çünki toxumalar o zaman ciddi xarakterli zədə almır və bu səbəbdən xəstə onun varlığından xəbəri olmur. Şikayətlər və xəstəlik əlamətləri adətən mədə xərçəngi ikinci və üçüncü mərhələlərdə olduqda başlayır. Mədə xərçəngi inkişaf etdikcə əlamətlər var ki, özünü büruzə verir. Mədə nahiyəsində intensivliyi və güclü olmayan ağrılar peyda olur. Az miqdarda qida qəbulundan sonra mədədə ağırlıq hissləri yaranır. Mədənin gec boşalması halları narahat edir. İştaha pozulur, xəstə arıqlayır, öyümə və qusma halları getdikcə intensivləşir. Mədə xərçəngi inkişaf etdikcə xəstəlik əlamətləri də artır. Xərçəng üçüncü mərhələyə keçdikdə mədə divarını tam olaraq zədələyir və yayılmağa başlayır. Şiş damarları zədələdikdən sonra mədədə qanaxmalar ola bilir. Nəticədə qan azlığı (anemiya) yaranır, iştaha düşür, ümumi zəiflik inkişaf edir. Əlbəttə bu əlamətlər mütləq xərçəng xəstəliklərində olmur, bu səbəbdən tam müayinə olunmamış xərçəng şişi barədə düşünmək lazım deyil. Yalnız tam müayinə metodları tətbiq olunandan sonra, biopsiya daxil olmaqla diaqnoz ya təsdiqlənir, yada ki, inkar edilir və faktla bağlı müalicə tətbiq olunur.

Erkən mədə xərçəngi proporsiyası effekti

redaktə

"Erkən mədə xərçəngi proporsiyası effekti" fenomeninə görə mədə xərçənginin erkən mərhələdə (T1 mərhələdə) aşkar edilmə faizi artdıqca T2, T3 və T4 mərhələli rezektabel mədə xərçənginin də radikal cərrahi əməliyyatdan sonrakı proqnozu ayrılıqda yüksəlir. Başqa sözlə, fenomen elmi şəkildə izah edir ki, profilaktik müayinələr (check-up, screening) vasitəsilə mədə xərçənginin erkən mərhələdə aşkar edilmə tezliyini artırmaqla T2, T3 və T4 mərhələli rezektabel mədə xərçəngi olan xəstələrin də radikal cərrahi əməliyyatdan sonrakı yaşama göstəricilərini və sağalma faizlərini yüksəltmək mümkündür.[2]

Diaqnoz

redaktə

Mədə xərçənginin diaqnozunun yeganə təsdiqedici faktoru, şişin histoloji müayinəsidir. Əlavə müayinə üsulları ilə xəstəliyin xarakteri, həcmi və lokalizə sahəsi öyrənilir ki, müalicə tədbiri dəyərləndirilsin. Həmçinin mədə xərçəngində informatik məna daşıyan, qanın biokimyəvi və klinik analizlərinin olunması vacibdir. Müalicəni gecikdirmək və yaxud tam məlumatı əldə etməyincə tələsdirmək olmaz! Əgər xəstəni narahat edən məqamlar varsa, hələlik simptomatik müalicə metodlarından istifadə olunur.

Mədə xərçənginin müalicəsi

redaktə

Müalicə mədə xərçənginin hansı mərhələdə olmasından, şişin həcmindən, əhatə etdiyi sahədən, digər orqanlara nüfuz etməsindən, həmçinin xərçəng hüceyrələrin limfa düyünlərinə yayılmasından və nəhayət geniş metastaz verməsindən asılıdır. Mədə xərçəngi zamanı hazırda üç əsas müalicə metodu tətbiq edilir. 1. Cərrahi yolla şişin götürülməsi. 2. kimyaterapiya. 3. Şüa terapiyası. Çox hallarda kombinasiya edilmiş müalicə üsulları tətbiq edilir. Müalicə üsulunu həkim onkoloq təyin edir və taktiki cəhətdən münasib müalicə planı tərtib edir. Plan üzrə hərəkət edərək addım-addım prosesin necə getdiyini izləyir. Çünki mədə xərçənginin müalicəsi zamanı plandan kənar situasiyalar var ki, yarana bilir. O zaman müalicə prinsipini pozmamaq şərti ilə əlavə müdaxilələr etmək lazım gəlir. Göründüyü kimi xərçəng xəstəsini müalicə etmək olduqca çətindir. Həkim xəstəni tam nəzarətdə saxlamaq üçün böyük əmək sərf etməklə yanaşı psixoloji gərginlik yaşayır. Əlbəttə ki, sonuncu ştrix əsl həkim ürəyi olan insanlara aiddir.

Müalicənin vacib şərtlərindən biri də xəstənin xəstəliyinə görə sarsıntı keçirtməsinin qarşısını almaqdır. Əgər xəstə sarsıntı yaşayır və stress keçirdirsə onun beyni orqanizm üçün çox vacib maddələrin sürətlə sərfinə səbəb olur. Nəticədə sürətlə zəifləyən xəstənin immun sistemi zəifləyir və orqanizmdə gedən maddələr mübadiləsi ləngiyir və yaxud tamamilə pozulur. Belə vəziyyətdə müalicəni adekvat aparmaq dəfələrlə çətinləşir. Məhz belə vəziyyətə düşən xəstənin orqanizmini sonradan aktivləşdirmək çətin olur və xəstə tükənir.

Profilaktika

redaktə

Mədə xərçənginin profilaktikasında xərçəngönü xəstəlikləri xüsusəndə sekretor çatışmazlıqlarla gedən xroniki və atrofik qastriti vaxtında müalicə etmək lazimdır. Belə xəstələr ildə 2 dəfə qastroskopik müayinədən keçməlidir. Düzgün qidalanma rejimi olmalı, siqaretalkoqoldan imtina etmelidir. Mədədə polip olduqda onlar cərrahi yolla çıxarılır. Mədənin kallyoz xorası olan xəstələrə xüsusi müşahidə tələb olunur. Əgər çapıqlaşma prossesi getmirsə belə xəstələr mütləq cərrahi yolla müalicə olunmalıdır.

İstinadlar

redaktə
  1. 1 2 3 4 5 Disease Ontology (ing.). 2016.
  2. Ramiz Bayramov, Ramila Abdullayeva. Proportion of early gastric cancer is indirectly correlated with survival after radical surgery for gastric cancer at any resectable stage. Annals of Oncology, 2012; vol 23; suppl 4: P-0019.
  NODES
os 5