thumb|60 sm-lik morze mərmisi

Mərminin topla atılması

Mərmi — düşmənin canlı qüvvəsini, texniki qurğularını və qalalarını məhv etmək üçün topdan atılan vasitədir. Müasir mərmilərin çoxu içərisində yandıqda qaz yığılan yastı dibə malik assimetrik gövdədə hazırlanırlar. Bu güvdə dolu və ya içi boş hazırlanır. Tətbiq məqsədindən asılı olaraq mərmilər faydalı yük aparan olur və ya yox. Mərmi ilə aşağıdakı məqsədlərə nail olmağa cəhd olunur:

  • Deşmək,
  • Partlatmaq,
  • Parça-parça etmək,
  • Tüstü, duman yaratmaq,
  • Yanğın yaratmaq (termit, Napalm, Fosfor və s.),
  • Zəhərlənmə təsiri (bioloji, kimyəvi),
  • Radiaktivlik,
  • Koretmə.

Kimyəvi və bioloji mərmilərin, həmçinin çəkisi 400 g-dan az olan yanğın və partlayıcı mərmilərin tətbiqi beynəlxalg hüquq tərəfindən qadağan edilmişdir.

Əgər mərmi silindrik boruda yerləşdirilirsə, onun üzərində burulma hərkətini almaq üçün üzük yerlşdirilr.Bu üzlüklər adətən mis və bürüncdən hazırlanır.

Raketlə atılan mərmilər xüsusi atıcıdan atılır. Bu atıcının üstün cəhəti ondan ibarətdir ki, onları bir yerdən başqasına aparmaq olur.

Əl ilə atılan mərmilərə qranat deyilir. Onlar kiçik çəkidə olub, az təsirə malikdir.

Həmçinin bax

redaktə

İstinadlar

redaktə

Xarici keçidlər

redaktə
  NODES
os 2