Makkuori adası (ing. Macquarie) — ada Sakit okeanın cənubunda, Tasmaniya adasından 1,5 min km cənub-şərqdə yerləşir. Ada inzibati cəhətdən Avstraliyanın Tasmaniya ştatına daxildir.

Makkuori adası
ing. Macquarie
Ümumi məlumatlar
Sahəsi 128 km²
Uzunluğu
  • 34 km
Eni 5 km
Hündür nöqtəsi 420 m
Əhalisi 0 nəfər (2015-ci il)
Yerləşməsi
54°37′ c. e. 158°51′ q. u.HGYO
Ölkə  Avstraliya
Akvatoriya
Makkuori adası xəritədə
Makkuori adası
Makkuori adası
Rəsmi adıMacquarie Island
TipiTəbii
Kriteriyavii, viii
Tarixi1997 (21-ci sessiya)
İstinad nöm.629
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Coğrafiyası

redaktə

Sualtı silsilənin səthə çıxdığı yerdə əmələ gəlimişdir. Sualtı səthi sahəsi 128 km², hündürlüyü isə 420 metr təşkil edir. Ada Avstraliyanın ən ucqar cənub nöqtəsidir. Adanın yaxınlığında Vişok-end-Klerk arxipelaqı yerləşir.

İqlimi

redaktə

Adanın iqlmi rütubətli və küləkli olur. Orta aylıq temperatur +3,4 — +7,1 °S arasında dəyişir (orta illik +4,9 °S). İllik yağıntının miqdarı 912 mm-dir.[1]

 
Makkuori pinqvini

Flora və fauna

redaktə

Adada Makkuori kələmi (Stilbocarpa polaris) kimi endemik bitki növü yayılmışdır. Ada Dəniz fillərinin yerləşim yeridir. Burada Kral pinqvini (Aptenodytes patagonicus), Eynəkli pinqvin (Spheniscus demersus), Papua pinqvini (Pygoscelis papua) və Şleqeli pinqvini yayılmışdır.

Adada vaxtı ilə Makkuori atlanan tutuquşusu 1890-ci ilə qədər gözə dəysədə pişiklərin adaya gətirilməsi ilə onları daha heç kəs görməmişdir. Üstəlik adada Albatroslara rast gəlmək olar.

Adaya insan tərəfindən DovşanPişik gətirilmişdir. 2002-ci ildə adaya yayılmış pişiklər tam məhv edilsələrdə dovşanların sayı 100 min baş olaraq qiymətləndirilir.

Ada 1810-ci ildə ingilislər tərəfindən aşkarlanır. Ada Yeni Cənubi Uels ştatının general-qubernatoru olan Laklan Makkuorinin şərəfinə adlandırılmışdır.

1820-ci ildə Birinci rus antarktik ekspedisiyası tərəfindən ziyarət olmuşdur.

Əhalisi

redaktə

Adanın daimi əhalisi yoxdur. Əhalisi əsasən elmi işçilərdir. Mövsümdən asılı olaraq . Qütb stansiyası fəaliyyət göstərir.

Ümumdünya irsi

redaktə

Ərazi 1978-ildə qoruq elan edilərək UNESCO-nun Ümumdünya İrsi siyahısına daxil edilmişdir.

23 dekabr 2004-ildə adanın şimalında 8,1 bal güçündə zəlzələ baş vermişdir.

İstinadlar

redaktə
  1. "klimadiagramme.de. Makkuori adası". 2011-12-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-12-31.

Mənbə

redaktə
  NODES
dada 3
dada 3
Done 1