Mamont (lat. Mammuthus) — heyvanlar aləminin xordalılar tipinin məməlilər sinfinin xortumlular dəstəsinin fillər fəsiləsinə aid heyvan cinsi.

Mamont
Elmi təsnifat
Beynəlxalq elmi adı

Mamontlar Pleystosen epoxasında (Buz dövrü) Yer kürəsində yaşayan iri, fillər idi. Mamontların bir neçə növü var idi, ən məşhurları yunlu mamont (Mammuthus primigenius) və Kolumb mamontu (Mammuthus columbi) idi. Buz dövrünün sonunda iqlim dəyişikliyi və insanların həddindən artıq ovlaması nəticəsində mamontların nəsli kəsilib. Məlum olan son yunlu mamontlar təxminən 4000 il əvvələ qədər Şimal Buzlu okeanındakı Vrangel adasında yaşayırdılar.[1]

Mamontları yenidən həyata qaytarmaq cəhdləri

redaktə

Mamontları yenidən həyata qaytarmaq cəhdləri 1990-cı illərdən başlayıb. Ancaq min illər əvvəl donmuş hüceyrələr üzərində aparılan təcrübə nəticə verməyib, lakin 2008-ci ildə yapon alimlər 16 il əvvəl dondurulmuş siçanın hüceyrəsindən istifadə edərək başqa bir siçanı klonlaşdıra biliblər. Bu uğura Riken Bioloji İnkişaf Mərkəzinin professoru Teruxiko Vakayama imza atıb. Onun işini hazırda Kioto Universitetinin professoru Akira İritani davam etdirir. O, 5 min il əvvəl donmuş vəziyyətdə olan orqanizmləri araşdırır. O bildirib ki, indi texniki çətinliklər aşılıb: "Bizə lazım olan yaxşı vəziyyətdə dondurulmuş mamontun ət parçasını əldə etmişik. Biz onların arasından daha sağlam mamont hüceyrələrini seçəcəyik. Daha sonra bu, Afrika fili ilə cütləşdiriləcək və fil mamont üçün surroqat ana rolu oynayacaq". O, beləliklə 4–5 ilə sağlam mamont yaradacaqlarına inanır. Yaponiya alimləri klonlaşdırma texnologiyası sayəsində buna nail olunacağını vəd ediblər[2][etibarsız mənbə?].

İstinadlar

redaktə
  1. Zimmer, Carl. "The Last Stand of the Woolly Mammoths". The New York Times (ingilis). 2024-06-27. ISSN 0362-4331. 2024-06-28 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-06-28.
  2. "Alimlər mamontları dirildiləcəklər!". 2011-01-17 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2011-01-15.

Həmçinin bax

redaktə
  NODES
Idea 1
idea 1
os 9