Maritsa avtomagistralı

Maritsa A4 avtomagistralı (bolq. Автомагистрала A4 „Марица“)- Bolqarıstanda yerləşən avtomagistralıdır. Avtomagistral Çirpan şəhərində başlayır və Türkiyə sərhədindəki Kapitan Andreyevo kəndində başa çatır. IV Panavropa dəhlizinin bir hissəsidir. Lap əvvəllər A1 "Frakiya" avtomagistralına bitişik olub.[1] Yolun açılışı 2013-cü ildə baş tutmalı idi, amma bir sıra ləngimələr nəticəsində avtomagistralın açılışı gecikdirildi.[2] 2015-ci ilin oktyabrında avtomagistral yolun açılışı oldu.[3] Yol eyni adlı çayın şərəfinə adlandırılmışdır.

Avtomobil yolu
Maritsa
Ölkə  Bolqarıstan
Region
  • Avropa
Şəhərlər
  • Dimitrovqrad
  • Xaskovo
  • Svilenqrad
Uzunluğu 117 km
Başlayır Çirpan
Bitir Kapitan Andreyevo Türkiyə
Örtüyü Asfalt
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Tikintisi

redaktə

2010-cu ilin oktyabr ayında Xarmanli və Lyubimets şəhərlərinin arasında avtomagistralın birinci sahəsinin açılışı oldu.[4] Həmçinin Svilenqradın yerində Kapitan Petko Voyvo ətrafında yeni yolun inşasına başlandı. Bolqarıstan ilə Yunanıstan arasındakı sazişə görə yolun tikintisi sürətləndi. Yolun tikintisi zamanı Xaskovada Neolit dövrünə aid nümunələr aşkar edilmişdir.[5] Kapitan Andreyevo kəndində yolun açılışı 2014-cü ilin avqustunda baş tutdu.[6] 28 may 2015-ci ildə Xaskova-Xarmanli yolunun tikintisi başa çatdı. 2011-ci ilin iyulundan Xarmanliyə gediş dayandırılmışdı.[7] 7 iyunda Svilenqradda (birincisi 1980-ci ildə) ikinci xəttin açılışı oldu.[8] Çirpan–Xaskova yolunun açılışı isə 29 oktyabr 2015-ci ildə baş tutmuşdur.[3]

Maliyyələşdirmə

redaktə

Çirpan-Xaskovo-Xarmanli yolunun tikintisinin maliyyələşdirilməsi Avropa Birliyinin Struktur Fondunun vasitəsilə həyata keçirilmişdir.[9] Türkiyə sərhədindəki kiçik bir sahənin maliyyələşdirilməsi isə Beynəlxalq Yenidənqurma və İnkişaf Bankı tərəfindən həyata keçirilmişdir.[10] Marşrut xətti artıq mövcud olan I-8 yoluna paralel çəkilmişdir. Bu yol Türkiyədən və Yaxın Şərq ölkələrindən yük daşımada mühüm rol oynayır. Prinsip etibarilə bu yol I-8 yolunun əhəmiyyətinin azalmasına səbəb ola bilər.

Keçdiyi yol

redaktə
Çıxış km Dayanacaqlar Qeydlər
  0   (Sofiya, Plovdiv, Stara-Zaqora, Yambol, Burqas) Xidmətdə
  36.6 Haskovo, Dimitrovqrad     Xidmətdə
  66 Simeonovqrad, Harmanlı Xidmətdə
  70.3 Topolovqrad, Harmanlı Xidmətdə
  88 Lyubimets Xidmətdə
  99 Svilenqrad-qərb;     Xidmətdə
  102 Svilenqrad Xidmətdə
    114 Kapitan Andreevo   Xidmətdə
  117 Kapitan Andreevo sərhəd keçidi;   Ədirnə D100 , İstanbul   Xidmətdə

İstinadlar

redaktə
  1. "State allocates 32.5M leva for Maritsa motorway". Sofiaecho.com. 18 March 2010. 3 March 2016 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  2. "През 2014 г. завършват "Марица", лот 4 на "Струма", обхода на Враца и Кърджали – Подкова". infrastructure.bg. 2016-04-16 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-24.
  3. 1 2 "След 36 години АМ "Марица" най-после е готова!". plovdiv24.bg (bolqar). 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 October 2015.
  4. "Bulgaria Opens 31 KM of Maritsa Highway: Bulgaria Opens 31 KM of Maritsa Highway". Novinite.com. 2 October 2010. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  5. "Bulgaria: Bulgarian Archaeologists Stumble Upon 8000-Year-Old Skeleton". Novinite.com. 24 October 2010. 18 October 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  6. "Пуснаха магистрала "Марица" към "Капитан Андреево"" (bolqar). vesti.bg. 14 August 2014. 16 August 2014 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  7. "Магистрала "Марица" от днес е с 34 км по-дълга" (bolqar). Dnevnik. 28 May 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  8. "От днес се пуска в движение дясното платно на автомагистрала "Марица"" (bolqar). Dnevnik. 7 June 2015. 4 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  9. "Bulgaria: EU Approves Bulgaria's Major Operative Programs". Novinite.com. 7 November 2007. 3 March 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 24 April 2016.
  10. "СИМЕОН ДЯНКОВ ЩЕ НАПРАВИ ИНСПЕКЦИЯ НА ГКПП "КАПИТАН АНДРЕЕВО"". Ministry of finance. 2016-08-14 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-04-24.
  NODES