Valentin Lui Jorj Ejen Marsel Prust (fr. Valentin Louis Georges Eugène Marcel Proust; 10 iyul 1871[1][2][…], Parisin 16-cı dairəsi[d][4]18 noyabr 1922[3][4][…], Parisin 16-cı dairəsi[d][4]) — Fransa romançısı, esseçisi və tənqidçisi. Onun ən məşhur əsəri 1913-1927-ci illər aralığında yazdığı, yeddi cilddən ibarət İtirilmiş zamanın axtarışında (fr. À la recherche du temps perdu) romanıdır. O, 20-ci əsrin ən nüfuzlu yazıçı və tənqidçilərindən biri kimi qəbul edilir.[6][7]

Marsel Prust
fr. Marcel Proust
Doğum adı Valentin Louis Georges Eugène Marcel Proust
Doğum tarixi 10 iyul 1871(1871-07-10)[1][2][…]
Doğum yeri
Vəfat tarixi 18 noyabr 1922(1922-11-18)[3][4][…] (51 yaşında)
Vəfat yeri
Vəfat səbəbi güm. ağciyər iltihabı[5]
Dəfn yeri
Təhsili
Fəaliyyəti romançı, esseist, yazıçı, ədəbiyyat tənqidçisi, şair, nasir
Əsərlərinin dili fransız dili
Janrlar esse
Tanınmış əsərləri
Mükafatları "Fəxri legion" ordeni kavaleri
İmza
Vikimənbənin loqosu Marsel Prust Vikimənbədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Marsel Prust 1871-ci ildə, Fransa-Rusiya müharibəsinin "Frankfurt" müqaviləsi əsasında rəsmən bitdiyi gün Parisdə dünyaya gəlir. Atası əslən fransız olub, anası isə kübar yəhudi nəslindən idi. Asma xəstəliyi onu ömrünün sonuna qədər təsiri altında saxlayır. 11 yaşlı Prust liseyə yazılır, lakin təhsili də xəstəliyi üzündən yarımçıq qalır. Bunlara baxmayaraq, Prust ədəbiyyat bacarığı ilə önə çıxmağı bacarır və təhsilinin son ilində mükafat alır. Anasına son dərəcə bağlı olan bu zəif oğlan ana quzusu görünüşü ilə atasının əsəblərinə toxunur. Atasının karyera sahibi olması istəkləri səbəbiylə Prust işləməyə başlayır. Lakin ömürlük xəstəliyə məhkum adı aldıqdan sonra bu işi də buraxır. Əslində, Prust çox tənbəl və kifayət qədər səbirli insan olub. Günlərlə otağından bayıra çıxmayan yazıçı, anasının vəfatından sonra daxili mühacirətə gedir. Marsel dərin fəlsəfi düşüncəli insan idi. Onu sağlığında ədəbiyyat dünyasının yarısı parlaq bir yazar, digəri isə dərk edilməyəcək qədər dərin yazıçı hesab edirdi. Prust Avropada ən çox sitat gətirilən romançıdır. Çox fərqli bir həyat tərzi yaşayan Prust gündüzlər yatar, gecələr isə romanlarını tamamlayardı. Bəzən hər hansısa bir əsərinə görə aylarla evdən bayıra çıxmazmış. Onun əlyazması fransız dilində yazılmış "İtirilmiş zamanın axtarışında" adlı 7 cilddən ibarət romanı Prustun ölümünə qədər özü tərəfindən fasiləsiz olaraq dəyişdirilib. 4800 səhifəlik bu romanı oxumaq, həqiqətən də, səbir tələb edir. Ona görə də, britaniyalıların oxumadıqlarını etiraf etməyə utandıqları kitablar arasında "İtirilmiş zamanın axtarışında" kitabı da var. 1900-1905-ci illərdə ailəsi və bütün həyatı dəyişdi. 1903-cü ilin fevral ayında Prustun böyük qardaşı Robert evləndi. Həmin ilin noyabr ayında atası öldü. Amma bununla bitmədi. 1905-ci ilin sentyabr ayında anası da öldü. Anası ölümündən öncə ona miras qoymuşdu. (6 milyon dollar və aylıq 15.000 dollarlıq sabit gəlir.) Ancaq Prust bu illərdə xəstəliyi səbəbindən ciddi şəkildə zəifləmişdi.

 
Marsel Prustun məzarı

Ölümü

redaktə

Prust son üç ilinin demək olar ki hər gününü yataq otağında keçirdi. Gündüzlər yatar, gecələr romanını tamamlamaq üçün çalışırdı.1922-ci ildə plevmaniya xəstəliyi tutan bu tənha insan elə ənənəsinə sadiq şəkildə - evdə tək yazı yazarkən dünyasını dəyişib.

İstinadlar

redaktə
  1. 1 2 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. 1 2 Valentin Louis Georges Eugène M Proust (fr.). ministère de la Culture.
  3. 1 2 Le Figaro, Figaro (fr.). / A. Brézet Paris: Société du Figaro, 1922. P. 1. ISSN 0182-5852; 2496-8994
  4. 1 2 3 4 5 6 Пруст Марсель // Большая советская энциклопедия (rus.): [в 30 т.]. / под ред. А. М. Прохорова 3-е изд. Москва: Советская энциклопедия, 1969.
  5. https://books.google.ru/books?id=5QVCAQAAQBAJ&pg=PA124.
  6. Harold Bloom, Genius, pp. 191–225.
  7. "Marcel Proust". New York Times. 16 November 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 13 October 2016.
  NODES
os 1