Marsian Hoff Ted Hoff kimi də tanınır. (28 oktyabr 1937, Roçester[d], Nyu-York ştatı) — "Mikroprosessor"un yaradıcısı.

Marsian Hoff
Doğum tarixi 28 oktyabr 1937(1937-10-28) (87 yaş)
Doğum yeri
Təhsili
Fəaliyyəti mühəndis, ixtiraçı, informatik
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Həyatı

redaktə

Kompüter tarixinin inqilabi hadisələri sırasında "mikroprosessor" adı altında proqramlı məntiqi blokun yaradılması əhəmiyyətli (vacib) yer tutur. Silisiumdan (kimyəvi element) hazırlanan idarə olunan proqramlaşdırılan hesablayıcı blok ideyası 1971-ci il 15 noyabrda ictimaiyyətə təqdim olundu.

"İnteqral elektronikasında yeni era" başlığı altında 1971-ci ildə "Electronic News"-da reklam məqaləsi çap olunmuşdu. Həmin məqalədə Intel firması 4004 nömrəli mikroprosessoru və onun yaradıcısı Ted Hoffu təqdim etdi. Intel firmasının yaradıcılarından biri olan Qordon Mur, ümumiyyətlə bu mikroprosessoru "bəşəriyyət tarixində ən inqilabi məhsullardan biri" adlandırmışdı. İxtira o qədər əhəmiyyətli (vaci) idi ki, Hoff xx əsrin ən böyük alimlərindən biri kimi qəbul edildi.

Demək olar ki, bütün "fikirləşən" qurğulara uyğun olmaq üçün mikrosxem kifayət qədər sadə, qiyməti isə ucuz idi. Onu liftlərdə, kalkulyatorlarda və yaddaşı olan elektrik yazı maşınlarında tətbiq etmək olardı, o, saat mexanizmlərini və ya təyyarənin sükan çarxını idarə edə bilərdi. Hoffa insanların ilk əvvəl mikroprosessoru necə istifadə etdiyini bilmək maraqlı idi: ilk tətbiq edilmələrdən biri təcrübi fermalarda inəklərin içdiyi suyun miqdarına nəzarət etmək oldu. Hoffun hazırladığı mikroprosessorun əsas üstünlüyü onun çoxfunksiyalı olması idi.

Ted Hoff 1937-ci il oktyabrın 28-də Nyu-York ştatının Roçestr şəhərində anadan olmuşdur. O. Roçestrin sərhədində, Nort-Çili kəndinin yaxınlığında böyümüş və həmin kənddə yerləşən Çervil-Çili orta məktəbində oxumuşdur. O, təhsilini birotaqlı məktəb binasında almışdır. Bir müəllim 7 sinfə dərs deyirdi. Cəmi 13 şagird var idi. Elektrik sahəsinə maraq Tedə General Railway Signal kompaniyasında işləyən atasından keçmişdi. Kimyaya maraq isə ona dayısından keçmişdi.

Hoff uşaq vaxtı dayısının 2 rəngsiz mayeni qatışdıraraq qırmızı rəngi alması prosesini gördüyünü xatırlayır. O, orta məktəbdə kimya kurslarına getmədən belə Nyu-York ştatında kimyadan imtahanı verdi və 95 bal topladı. Lakin dayısı ona məsləhət verdi: kimya sahəsində işçi yerlər məhduddur və onun (Ted Hoffun) kimya istehsalını öyrənməyi daha yaxşı olar. Hoff bu ideyanı rədd etdi. Bundan başqa dayısı onu Popular Science jurnalına yazdırdı. O, radiokataloq bölməsinə abunə oldu və bu, elektronika ilə məşğul olmağa təkan oldu.

1954-cü ildə Hoff Nyu-York ştatının Troya şəhərindəki Renseller politexnik kollecinə daxil oldu. Atasının sayəsində o, hər il yay tətillərində Roçestrdə yerləşən General Railway Signal kompaniyasının elektron laboratoriyasında texnik işləyirdi. Burada o, elektron sxem üzərində məşğul olmağa başladı, layihə ilə bağlı bir neçə təklif irəli sürdü. Nəticədə həmin təkliflər istifadə edildi və beləcə onun adı patent üçün ərizədə qeyd olundu. Digər layihə dəmiryollarının işıqlandırılmasının müdafiə sxemlərinə aid idi; ona görə də Hoff patent üçün ərizəçi olmaq şərəfinə layiq görüldü (hər iki patentin alınması 1959-cu ildə baş verdi).

1958-ci ildə Hoff Renseller kollecində elektrotexnika üzrə bakalavr dərəcəsini aldı. Onun elmi işi tranzistorlara aid idi. Stenford üniversitetinə daxil olandan sonra Hoff elektrotexnika üzrə magistr və doktor dərəcəsini aldı.

Hoffun Rensellerdəki kollecdən kurs yoldaşları onu bacarıqlı, lakin sadə, təvazökar tələbə kimi xatırlayırlar. "O, elektrotexnika üzrə çətin məsələləri qısa vaxt ərzində həll etməkdə qeyri-adi bacarığa malik idi" — kurs yoldaşı Harold Hoyt xatırlayır. Bir dəfə Hoyt bütün həftəsonunu çox çətin texniki məsələninin üzərində işləyərək keçirdi, hansını ki bazar ertəsi günün yarısı vermək lazım idi. "Mən saat 11 radələrində Tedin yanına getdim və məsələni həll etdiyini soruşdum. Yox, — deyə o cavab verdi. Hələ yox." Bununla belə sinifdə 2 saatdan sonra o, həmin məsələni həll etdi. Hoff fitri bacarığa malik idi. Lakin o, təşkilatçı deyildi.

Hoff kolleci bitirdikdən sonra kompüter haqqında bir qədər məlumatı var idi. O, kompüter haqqında mühazirə kurslarına qulaq asmış və IBM 650 maşını haqqında təsəvvürə malik idi. Lakin onun kompüterlərə olan marağı Stenfordda yarandı. O, şəkil emalı və surətlərin tanınması problemi ilə məşğul idi. Diplom işini yazarkən Stenford universitetinin yenicə əldə etdiyi IBM 1620 kompüterindən istifadə etmişdi. Bu, ona ilk dəfə proqramlaşdırma ilə məşğul olmağa imkan verdi.

Hoff daha 6 ilini Stenford universitetində tədqiqatçı kimi keçirir. O, elmi rəhbəri Bernard Vidrou ilə birlikdə elektrokimyəvi yaddaş elementləri üzərində işləyirdi, hansı ki bir neçə patentin alınmasına gətirib çıxartdı. 1968-ci il 1 sentyabrdan isə o, inteqral sxemlərlə məşğul olan yeni yaranmış Intel firmasında tətbiqi tədqiqatlar üzrə mühəndis kimi çalışmağa başlayır. Hoff Robert Noys tərəfindən Intel firmasının hazırladığı yarımkeçirici yaddaşın kommersiya istifadəsinin sürətləndirilməsi üçün işə qəbul olunan sayca 20-ci əməkdaş idi.

Ted Hoffun hazırladığı mikroprosessorun tarixi əslində XX əsrin 50-ci illərində başlayır. Həmin illərdə Cek Kilbi və Robert Noys bir-birilə əlaqəsi olmadan ilk inteqral sxemi ixtiar etmişdilər. 60-cı illərin ortalarında inteqral sxemlərin seriyalı istehsalı miniatürləşmə (kiçilmə) prosesinin başlanğıcını qoydu. Lakin tranzistorların silisiumun 1 kristalına irimiqyaslı inteqrasiya prosesi o zamanlar hələ yeni yaranırdı.

Intel Busicom yapon firmasından proqramlaşdırılan kalkulyatorlar nəslinə mikrosxem dəsti hazırlamaq sifarişi aldıqda Ted Hoff mikroprosessorun yaradılması üçün işə başladı. Busicom kalkulyatorlarının ilkin konstruksiyası ən azı 12 mikrosxemin istifadəsini nəzərdə tuturdu.

Intel firmasının daha bir ixtirası Hoffun 4004 mikroprosessorunun inkişafını sürətləndirdi və onun bazarda irəliləməsini yaxşılaşdırdı. Bu, Intel firmasının mütəxəssisi Fromen tərəfindən ixtira edilmiş pozula bilən proqramlaşdırılan EPROM daimi yaddaşı idi. Buna qədər isə kompüterin yaddaşı daimi idi, onu çox böyük çətinliklə dəyişmək olardı. İndi isə EPROM sayəsində yaddaşdan bir funksiyanı silmək və təkrar proqramlaşdırmaq mümkün idi. EPROM-ın ixtirasına qədər yeganə yaddaş növləri enerjidən asılı daimi yaddaş, istehsal zamanı təyin edilən daimi yaddaş və bir dəfə proqramlaşdıırılan daimi yaddaş idi.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES
News 1