Matu-Qrosu (port. Mato Grosso) — Braziliyanın mərkəzi hissəsində yerləşən ştat. İnzibati mərkəzi Kuyaba şəhəridir.

Matu-Qrosu
Mato Grosso
Bayraq[d] Gerb[d]
Bayraq[d] Gerb[d]

12°50′ c. e. 56°19′ q. u.HGYO


Ölkə
Tarixi və coğrafiyası
Yaradılıb 1889
Sahəsi
  • 903.357 km²
Hündürlük
408 m
Saat qurşağı
Əhalisi
Əhalisi
  • 3.658.649 nəf. (2022)[1]
Rəqəmsal identifikatorlar
ISO kodu BR-MT
Poçt indeksi 78000-000 по 78890-000
Rəsmi sayt
Matu-Qrosu xəritədə
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Matu-Qrosu Braziliya ərazisində sahəsinə görə üçüncü ştatdır. Ancaq əhalisi ərazisinə görə olduqca azdır. Şimaldan ParaAmazonas, şərqdə TokantinsQoyas, cənubdan isə Matu-Qrosu-du-Sul, üstəlik Rondoniya ştatları və Boliviya ilə sərhədlənir[2].

Coğrafiya

redaktə
 
Quapore çayı Matu-Qrosu ərazi.

Ərazisi əsasən savannadan ibarətdir[3].

Ştatın şimalında Amazon meşələri geniş sahə tutur. Cənubu isə bataqlaşmış Pantanal düzənliyindən və Matu-Qrosu platosundan ibarətdir. Kontinental iqlimə malikdir. İki mövsüm hökm sürür: Yağışlı mövsüm və quraq mövsüm. İllik yağıntının miqdarı 1250 – 2750 mm[4] arasında dəyişir.

Ştat ərazisində Pantanal qoruğunun böyük hissəsi yerləşir[5].

Bölgənin ən böyük ekoloji fəlakəti məhv olmuş meşələrdir.

1920-ci ildə Matu-Qrosu ərazisinin hansısa bölgəsində itmiş şəhəri axtarmaq məqsədilə ekspedisiya təşkil edən topoqraf Persi Fosettin ekspedisiyası və özü itkin düşmüşdür[6].

1977-ci ildə Matu-Qrosunun cənubunda Matu-Qrosu-du-Sul ştatı təşkil olunmuşdur.

2010 il siyahıya alma zamanı ştatın əhalisi 3 035 122 nəfər olmuşdur. Ştatda urbanizasiyalaşma 76,6 % təşkil edir (2006).

İrqi tərkib:

  • mulatlar — 1 599 228 (55,8 %)
  • ağlar — 1 060 420 (37,0 %)
  • qaralar — 174 000 (6,1 %)
  • asiyalılar və hindular — 31 000 (1,1 %)

İnzibati quruluş

redaktə

Ştat 5 mezoregiona və 22 mikroregiona bölünür. Burada 141 rayon var.

İqtisadiyyat

redaktə

Matu-Qrosunun əsas gəlir mənbəyi kənd təsərrüfatıdır. Burafa SoyaPambıq istehsal edilir. Əsasən pambıq istehsalına görə Braziliyada birincidir[4].

İstinadlar

redaktə
  1. https://censo2022.ibge.gov.br/panorama/.
  2. "Matu-Qrosu". 2021-06-12 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
  3. Matu-Qrosu Arxivləşdirilib 2016-03-05 at the Wayback Machine coğrafi ensiklopediya.
  4. 1 2 "Mayu-Qrosu ştatı, russobras.com". 2012-02-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
  5. "Pantanal qoruğu". 2011-06-27 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2016-08-21.
  6. P. Fosett. Mribekinin itirilmiş mədənləri Arxivləşdirilib 2011-09-06 at the Wayback Machine.

Mənbə

redaktə
  NODES