Meşə alması (lat. Malus sylvestris) — bitkilər aləminin gülçiçəklilər dəstəsinin gülçiçəyikimilər fəsiləsinin alma cinsinə aid bitki növü.

Meşə alması
Elmi təsnifat
Beynəlxalq elmi adı

Təbii yayılması

redaktə

Rusiyanın Avropa hissəsində və Qafqaz meşələrində geniş yayılmışdır.

Botaniki təsviri

redaktə

Hündürlüyü 15 m-ə çatan ağac və ya kol bitkisidir. Yarpaqları iri, enli ellipsvari, uzunluğu 10 sm, ayanın üst səthi tünd-yaşıl, hamar, alt səthi açıqdır. Saplağın uzunluğu 5 sm-dir. Çiçəkləri ağ və ya çəhrayı, ətirli, diametri 4 sm olmaqla çətirşəkilli salxımlara yığılmışdır. Meyvələrinin diametri 3 sm, yaşılımtıl-sarı, turşdur.

Ekologiyası

redaktə

Soyuğa, quraqlığa davamlı bitkidir.

Azərbaycanda yayılması

redaktə

İsmayıllıda, Qubada, Qəbələdə, Zaqatala, Balakəndə həyatyanı sahələrdə geniş istifadə olunur.

İstifadəsi

redaktə

Yarpaqlarının qurluşuna, çiçəklərinin rənginə görə bir-birindən fərqlənən müxtəlif dekorativ formaları vardır: sallaq budaqlı, meyvələri toxumsuz, yeməli; çoxləçəkli (f.plena) çoxsaylı, çoxləçəkli çiçəkli; qızılı (f. aurea) – sarı-alabəzək yarpaqlı; qırmızı meyvəli (f.purpurea) – effektli tünd qırmızı meyvəli; cənnət (f.paradisiaca) – cırtdan formaları olur. Mədəni şəraitdə tək və qrup əkinlərində, canlı hasarların salınmasında istifadə edilir. Bəzi sortları peyvənd kimi tətbiq edilir.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə
  NODES