Medellin Karteli (isp. Cártel de Medellín) — Kolumbiyanın Medellin şəhərində fəaliyyət göstərən narkotik istehsalçısı və qaçaqçısılığı ilə məşgul olan karteldir. 1970-ci illərin ortalarında əməliyyatlara başlayan kartel, əsasən, kokain işləriylə məşğul olurdu. Boliviya, Kolumbiya, Peru, ABŞ, Orta Amerika, KanadaAvropada fəaliyyət göstərmişdir. Jorge Luis, Juan David və Fabio Ochoa Vazquez qardaşları ilə birliktə Pablo Escobar, George Rodriguez Gacha tərəfindən qurulub. 1993-ci ildə Kali karteli ilə Kolumbiya hökumətinin dəstəklədiyi qrup olan Los Pepes və ABŞ-nin hökuməti tərəfindən parçalanmış, üzvləri həbs edilmiş və ya öldürülmüşdür. Fəalliyətlərinin zirvəsində kartel hər həftə dünyada onlarca ölkələrdə tonlarca kokain satır, gündə 60[1]-100 milyon dollar gəlir əldə edirdi. Bir müddət ABŞ kokain bazarının 96%-nı, dünya kokain bazarının isə 90%-nı əlində tutmağı bacarmışdır.

Medellin Karteli
Medellin Kartelinin qurucusu və lideri Pablo Eskobarın 1976-cı ildə həbs olunması zamanı çəkilən şəkli
Medellin Kartelinin qurucusu və lideri Pablo Eskobarın 1976-cı ildə həbs olunması zamanı çəkilən şəkli
Yaranma tarixi Pablo Eskobar
Mərkəzi Medellin, Antyokiya, Kolumbiya
Fəaliyyəti 1976–1993
Fəaliyyət göstərdiyi yer Kolumbiya (Antyokiya), Panama, Kaliforniya, Nyu-York, Florida, Normans-Key
Üzvlük

70.000–100.000

(750.000 ümumi işçi)
Fəaliyyəti narkotik ticarəti, silah alveri, bombalama, terrorizm, sui-qəsdlər, hədə-qorxu, adam oğurluğu, qəsb, çirkli pulların yuyulması
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

İstinadlar

redaktə
  1. Miller Llana, Sara. "Medellín to keep the peace". The Christian Science Monitor. 25 October 2010. 2 July 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 September 2011.
  NODES
Done 1