Meqabayt (Mb) (ing. megabyte) — 1000 (103) kilobayta və ya 106 bayta bərabər ölçü vahidi.

Baytlarla ölçmə
Onluq İkilik
Adı Simvol Dərəcə Adı Simvol Dərəcə
 
bayt B 100 bayt B bayt 20
kilobayt kB 103 kibibayt KiB Kbayt 210
meqabayt MB 106 mebibayt MiB Mbayt 220
giqabayt GB 109 gibibayt GiB Gbayt 230
terabayt TB 1012 tebibayt TiB TBayt 240
petabayt PB 1015 pebibayt PiB Pbayt 250
ekzabayt EB 1018 eksbibayt EiB Ebayt 260
zettabayt ZB 1021 zebibayt ZiB Ebayt 270
yottabayt YB 1024 yobibayt YiB Ybayt 280

Meqabayt rəqəmsal məlumat üçün ölçü vahidi olub, 1000000 bayta bərabərdir. Onun tövsiyə olunan vahid simvolu MB-dir. Meqa vahid prefiksi Beynəlxalq Vahidlər Sistemində (SI) 1000000 (106) kimi təyin olunub. Deməli, bir meqabayt 8 milyon bit informasiyadır.

Bununla belə, kompüter və informasiya texnologiyaları sahələrində tarixən rahatlıq səbəblərindən yaranan digər iki tərif istifadə olunub. Microsoft şirkətinin əməliyyat sistemləri bir meqabaytı 1048576 bayt (220 B) kimi təyin etmişdir ki, bu da rəqəmsal kompüter yaddaşının arxitekturasına xas olan ikilik say sistemini rahat ifadə edirdi. Lakin beynəlxalq standart olaraq 220 bayta bərabər ölçü vahidi Mebibayt (MiB) kimi təyin olunur. Burada "Mebi" prefiksi ikilik prefiks olub, 220 bildirir.

  NODES
os 1