Mineral

yer qabığının tərkibinə daxil olan müxtəlif kimyəvi tərkibə malik olan təbii cisim

MinerallarYer qabığının tərkibinə daxil olan müxtəlif kimyəvi tərkibə malik olan təbii cisimdir.

Minerallar

Müəyyən edilmişdir ki, Yer qabığı müxtəlif minerallardan əmələ gələn süxurlardan ibarətdir. Mineral dedikdə fiziki və kimyəvi cəhətdən kifayət qədər eyni tərkibə malik olan təbii birləşmə nəzərdə tutulur.

Ümumi məlumat

redaktə

Yer qabığında 3000-ə qədər mineral vardır. Bunların 50-dən çoxu süxur əmələ gətirən minerallara aid edilir. Süxurlar — bir və ya bir neçə mineralın birləşməsindən əmələ gəlir. Yer qatını əmələ gətirən müxtəlif bərklikdə və qalınlıqda kütlələrə dağ süxurları deyilir. Minerallar və süxurlar müxtəlif əlamətlərinə — bərkliyinə, xüsusi çəkisinə, kimyəvi tərkibinə, rənginə, ərimə temperaturuna, əmələ gəlməsinə və başqa göstəricilərinə görə bir-birindən fərqlənirlər.

Mineral ehtiyatları

redaktə

Fiziki xassələrinə görə onlar bərk, maye və qaz halında olurlar. İstifadələrindən asılı olaraq yanar faydalı qazıntılar və ya minerallar, yanacaq (daş kömür,neft,qaz,yanar cisimlər,qeyri-faydalı qazıntılara qranit,mərmər,qiymətli daşlar və s., metal filizlərinə dəmir, mis, alüminium və başqaları ayrılırlar. Mineral xammalların dünya ehtiyatları nəhəngdir,mil-yon,milyard və hətta trilyon tonlarla hesablanırlar.Ancaq onlar sonsuz deyillər və intensiv istifadə nəticəsində tükənirlər. Bu, bəşəriyyət qarşısında mineral ehtiyatları qorumaq məsələlərini qoyur. Keçmiş İttifaq daş kömür ehtiyatına və çıxarılması miqyasına görə dünyada 1-ci yeri tutur. Məs: Kansk-Açinsk (Krasnoyarsk ölkəsi) aid edilir.Okean suyunu minerallaşmış adlandırırlar. Belə ki, o, çoxlu müxtəlif duzlara malikdir; onda 80-ə yaxın qatılığı müxtəlif olan element aşkar edilmişdir. Hal-hazırda dəniz suyundan natrium, xlor, maqnezium, brom, xörək duzu əldə edirlər.

Okean dibinin dünya fosforit ehtiyatları nəhəngdir (təxminən 3•1011 ton). Dəniz suyu altında bir çox yerlərdə böyük neft ehtiyatları tapılmışdır. Kontinental şelfin neftlə əlaqədar rayonları ABŞ-nin, Venesuelanın, Fars körfəzi dövlətlərinin,Cənub-Şərqi Asiya ölkələrinin, Avstraliyanın, Şimal dənizinin sahillərində yerləşmişdir.Son illərdə Xəzərin Azərbaycan bölgəsində neft və qaz yataqlarında istehsal artmışdır. Mineral ehtiyatların qənaəti üçün metal qırıntılarının toplanması və təkrar istifadə edilməsi böyük əhmiyyətə malikdir.[1]

Baş süxurəmələgətirən minerallar

redaktə

Tünd rəngli (mafik) minerallar: Olivinlər və onların dəyişmə məhsulları. Rombik (enstatit, hipersten, ferrosilit) və monoklinik piroksenlər (diopsid, hedenbergit, salit, avgit, pijonit, omfasit, egirin, jadeit, spodumen). Amfibollar (tremolit, aktinolit, hornblendlər, arfvedsonit, qlaukofan, ribekit və s.). Mikalar (muskovit, biotit, lepidomelan, floqopit). Açıq rəngli (salik) minerallar: Plagioklazlar və onların ikiləşmə qanunları. Optiki üsullarla plagioklazların nömrəsinin tə’yini. Natrium-kalium çöl şpatları (sanidin, ortoklaz, mikroklin və s.). Feldşpatoidlər (nefelin, leysit, sodalit, analsim). Kvars və onun modifikasiyaları. Aksessor minerallar (xromit, maqnetit, apatit, şpinel və s.). Törəmə minerallar (serpentin, xlorit, serisit, kaolinit, montmorillonit və s.). Maqmatik süxurlar. Maqma haqqında ümumi məlumat. Maqmanın əmələ gəlmə şəraiti. Maqmatik ərintilər, onların xassələri və quruluşu. İlkin maqma və onun differensiatları. Maqmatik süxurların mineralları və onların əriməsi. Maqmatik süxurların əriməsi və kristallaşması. Evtetik tərkiblər. Likvidus, solidus. İntruziv və effuziv süxurların struktur, teksturu və genetik əhəmiyyəti. Süxurların fiziki-kimyəvi əmələ gəlmə şəraitindən asılı olaraq əsas strukturların əmələ gəlməsi. Maqmatik süxurların yatım şəraiti. Maqmatik süxurların vulkanik və plutonik fasiyaları: lavalar, axınlar, örtüklər, günbəzlər. Piroklastik süxurların yatım xüsusiyyətləri. Vulkanik qurğuların tipləri. Subvulkanik və hipabissal süxurlar və onların yatım formaları: nekklər, daykalar, ştoklar, sillər, lapolitlər.

Maqmatik süxurların təsnifatı

redaktə

Təsnifatın əsasları:süxurların kimyəvi və mineral tərkibi.Beynəlxalq petroqrafiya komitələrinin təklif etdiyi maqmatik süxurların sistematika diaqramları. Maqmatik süxurların seriyaları. Normal qələvili, mülayim qələvili, qələvi süxurlar. Maqmatik süxurların seriyalarının təsnifatı. Toleit, kalsiumlu-qələvili, mülayim qələvi və qələvi seriyalar.

Ultraəsasi süxurlar

redaktə

Normal petrokimyəvi sıraya aid olan ultraəsası süxurlar. Meymeçitlər, pikritlər, komatiitlər, olivinitlər, dunitlər, peridotitlər — harsburgitlər, lersolitlər, verlitlər, onların kimyəvi və mineral tərkibləri, əmələ gəlmə şəraitləri. Serpentinləşmə prosesi. Azərbaycanın ultraəsası süxurları. Qələviultraəsasi süxurlar. Biotit-piroksenli pikritlər, feldşpatoidli pikritlər, kimberlitlər, nefelinitlər, yakupirangitlər, meltoygitlər, iyolitlər, urtitlər və s. Onların kimyəvi və mineral tərkibləri, əmələ gəlmə şəraitləri.

Əsasi süxurlar

redaktə

Pikrit-bazaltlar və pikrit-doleritilər, olivinli bazaltlar və doleritlər, leykobazaltlar və leykodoleritlər, hiperstenli bazaltlar, onların kimyəvi və mineral tərkibləri, əsas petrokimyəvi xüsusiyətləri, əmələ gəlmə şəraitləri. Bazalt tufları. Bazaltların geoloji yatım şəraitləri və assosiasiyaları. Bazaltların okean və kontiental tiplərinə ayrılması. Ayda bazalt vulkanizminin spesifikası, bazalt və doleritlərin Azərbaycanda yayılması. Mülayim qələvili əsasi süxurlar. Mülayim qələvili olivinli bazaltlar və doleritlər, mülayim qələvi olivinli leykobazaltlar və leykodoleritlər, havayitlər, muciyeritlər, traxibazalt və şoşonitlər, onların kimyəvi və mineral tərkibləri. Əsas petrokimyəvi xüsusiyyətləri. Azərbaycanın mülayim qələvi bazaltoidləri. Ortopirokspenitlər, vebsteritlər, klinopiroksenitlər, qabbroidlər, troktolitlər, anortozitlər, onların kimyəvi mineral tərkibləri, əsas petrokimyəvi xüsusiyyətləri. Azərbaycanın qabbroidləri. Kiçik Qafqazın ofiolit assosiasiyasının qabbroid massivləri. Qələvi əsasi süxurlar. Analsimitlər, nefelenitlər, leysititlər, tefritlər, leysitli tefritlər, nefelinli traxibazaltlar, leysitli traxibazaltlar, onların kimyəvi və mineral tərkibləri. Azərbaycanın əsasi qələvi vulkanik süxurları. Qələvi qabbroidlər — teralitlər, teşenitlər, esseksitlər, şonkinitlər, onların kimyəvi və mineral tərkibləri, əsas petrokimyəvi xüsusiyyətləri, Azərbaycanın qələvi qabbroidləri.

Orta süxurlar

redaktə

Andezibazaltlar, andezitlər və onların piroklastik növləri, dioritlər, kvarslı dioritlər, kimyəvi və mineral tərkibləri, əsas petrokimyəvi xüsusiyətləri. Azərbaycanın orta süxurları. Mülayim qələvili orta süxurlar. Traxiandezibazaltlar, latitlər, traxiandezitlər, kvarslı latitlər, traxitlər, mülayim qələvi dioritlər, monsonitlər, mülayim qələvi kvarslı dioritlər, siyenitlər, onların kimyəvi və mineral tərkibləri. Əsas petrokimyəvi xüsusiytələri. Azərbaycanın mülayim qələvi orta süxurları. Qələvi orta vulkanik süxurlar. Qələvi traxitlər, fonolitlər, qələvi siyenitlər, onların kimyəvi və mineral tərkibləri. Turş süxurlar. Dasitlər, riodasitlər, riolitlər və onların şüşəvari növləri: obsidianlar, pemzalar, perlitlər, iqnimbritlər. Piroklastik süxurlar. Kimyəvi və mineral tərkibləri, süxurların assosiasiyaları, geoloji-struktur vəziyyəti. Azərbaycanın turş vulkanik süxurları. Qranodioritlər, tonalitlər, plagioqranitlər, qranitlər. Azərbaycanın qranitoid massivləri (Merqi-Ordubad batoliti, Daşkəsən, Gədəbəy, Üçtəpə və s. massivləri). Mülayim qələvili turş süxurlar. Traxidasitlər, traxiriolitlər, kimyəvi və mineral tərkibləri. Kvarslı siyenitlər, mülayim qələvi qranitlər, alyaskitlər, kimyəvi və mineral tərkibləri. Qələvi turş süxurlar. Qələvi traxidasitlər, pantelleritlər, kamenditlər, onların vulkanik şüşələri, qələvi kvarslı siyenitlər, qələvi qranitlər, kimyəvi və mineral tərkibləri.

Vulkanogen-qırıntılı süxurlar

redaktə

Vulkanoklastik süxurlar (lavoklastolitlər, piroklastolitlər, tefralar, ortotuffitlər, lavobrekçiyalar, klasto-lavalar, tufolavalar, avtomaqmatik brekçiyalar). Vulkanogen-çökmə süxurlar (paratuffitlər, tufpelitlər). Terrigen qırıntı əmələ gəlmələri. Qırıntılı süxurların tipləri, onalırn əmələ gəlmə şəraitləri. Azərbaycanın tuf yataqları. Maqmatik süxurların əmələ gəlmə səbəbləri. Diferensiasiya prosesləri. Fraksionlaşma diferensiasiyası. Bouenin mineralların reaksiyası sırası Likvasiya, hibridləşmə, assimilyasiya, metasomatoz.

Metamorfik və metasomatik süxurlar

redaktə

Metamorfizm haqqında ümumi anlayış, amilləri və növləri. Metamorfik süxurların mineraloji tərkibi, struktur və tekstur əlamətləri. Metamorfizmin fiziki-kimyəvi parametrləri: temperatur, dərinliklə təyin olunan litostatik (hərtərəfli) və birtərəfli təzyiq. Metamorfizmin növləri. Kontakt metamorfizmi. Kontakt metamorfizminin fasiyaları. Albit – epidot buynuz daşı, hornblend-buynuz daşı. Piroksen-buynuz daşı, sanidinit fasiyaları.

Regional metamorfizm

redaktə

Regional metamorfizmin əsas süxurları

redaktə

Yaşıl şistlər fasiyası (fillitlər, şistlər, kvarsitlər, serpentinli, talklı, aktinolitli şistlər), epidot-amfibolit fasiyası (mikalı kristallik şistlər, kvarsitlər, albit – epidotlu amfibolitlər), qarnulit fasiyası (qranulitlər, əsasi kristallik şistlər), eklogit. Dinamometamorfik süxurlar (tektonik brekçiyalar, kataklazitlər, milonitlər, fillonitlər, blastomilonitlər). Avtometamorfizm, onun metamorfizmin başqa növlərindən fərqi. Ultrametamorfizm, miqmatitlər, anateksis, palingenez. Metasomatizm, ümumi anlayış. Meiamorfizm və metasomatizmin fərqi və oxşarlığı. Metasomatik süxurlar — propillitlər. maqneziumlu və əhəngli skarnlar, albititlər və qreyzenlər, törəmə kvarsitlər, listvenitilər, berezitlər, serpentinitlər. Metasomatoz və filiz əmələgəlmənin əlaqəsi. Mineralların tədqiqi ilə mineralogiya elmi məşğul olur.[2]

Ədəbiyyat

redaktə
  1. Babazadə V.M., Məmmədov M.N., İmamverdiyev N.Ə. Petroqrafiya. Bakı Universiteti nəşriyyatı, Bakı,2007.
  2. Магматические горные породы: классификация, номенклатура, Т.1,2. Петрография, М.: "Наука", 1983.
  3. Петрография и петрология магматических, метаморфических и метасоматических горных пород / под редакдцией В.С.Попова и О.А.Богатикова. М.: "Логос".2001.
  4. Петрография, часть 1, 2 и 3. Под ред. А.А.Маракушева, МГУ, 1976, 1981, 1985.
  5. Князев В.С., Кононова И.Б. Руководство клабораторным занятиям по обшей петрографии. М."Недра". 1991.
  6. Оникиенко С.К. Методика исследования породообразующих минералов в прозрачных шлифах. М.: "Недра", 1971.
  7. Даминова А.М. Породообразуюшие минералы. М.:"Высшая школа". 1991.
  8. Классификация магматических (изверженных) пород и словарь терминов. Рекомендации Подкомиссии по систематике изверженных пород Международного союза геологических наук (перевод с английского). М.: "Недра".1997.

İstinadlar

redaktə

Həmçinin bax

redaktə

Xarici keçidlər

redaktə
  NODES
os 10