İTX və Mini İTX formfaktorları

redaktə

FlexATX 9x7.5 düymə qədər olan lövhələrdir. Onlar daha kiçik ola bilər. Bu zaman belə bir sual ortaya çıxır:"Nə dərəcədə kiçik?" FlexATX lövhələrinin xüsusiyyətlərini analiz edərkən və xüsusən də lazımi bolt quraşdırılma yerlərini öyrənərkən biz yalnız dörd montaj dəliyindən(C, F, H və J) istifadə etməklə FlexATX lövhəsinin kifayət qədər kiçildiyini görəcəyik. Burada deşiklərarası məsafədə və lövhənin kənar haşiyələrində kiçiltmələr aparmaqla ən minimal ölçülərlə FlexATX-in xüsusiyyətlərini özündə saxlayan 17 × 17 cm (6.7 × 6.7) ölçüdə yeni formfaktor alırıq. VIA Technologies minimum kiçiklikdə formfaktorlar hazırlamaq istəyirdi. Onlar İTX adlanan 9 inch əvəzinə 8.5 inch düymə malik formfaktor hazırladı. O kiçik olmasına baxmayaraq istehsalçılar daha kiçik ölçünü yaratmaq üçün çalışırdılar. Və nəhayət onlar ən minimum ölçülərə malik Mini İTX adını verdikləri formfaktoru hazırladılar. Yəni o , minimum ölçülərə malik olmaqla FlexATX formfaktorunun analoqu hesab oluna bilər. Beləlikə o, VIA Technologies tərəfindən hazırlanmış aşağı güclü anakart formfaktorudur. Mini İTX lövhəsindəki 4 montaj deşiklərinin sıralanması, lövhənin yerləşdirilməsi və genişlənmə slotları ATX anakartları ilə eynidir. Mini İTX lövhələri istəkdən asılı olaraq hətta ATX, Micro-ATX və digər ATX variantları üçün dizayn edilmiş korpuslarda da istifadə oluna bilir. Formfaktor şərti olaraq bir-standard 33 MHz 5V 32-bit PCI slotu ilə təmin edilir.

 
ITX formfaktorlar

________________________________________________________________________________________________________________________________________________________

İntel bazalı məhsullar
redaktə

İBASE Texnologiyasına əsaslanan MI980 kimi ən son Mini-ITX analövhələri 4-cü nəsil Intel® Core™ i7/i5 prosessorları ilə təmin olunub. Bu analövhələr əvvəlki nəsillərin CPU performansını və qrafiki imkanlarını artırmağa imkan verən mobil Intel® QM87 və HM86 Ekspress çipsetləri əsasında yaradılıb. Onun əsas xüsusiyyətləri DDR3 SO-DIMM socketlər, DVI-I, DVI-D üçün video əlaqələr, LVDS/eDP və DisplayPort, və bir PCI Ekspress x16 ilə iki Mini PCI Express x1 slotlarıdır.

AMD bazalı məhsullar
redaktə

Platformasında İBASE texnologiyası olan digər bir Mini-ITX analövhəsində AMD çipsetlərindən istifadə olunur. Ən sonuncu-MI958 xüsusiyyətləri A55E kontroller habı və AMD G-Series T56N və ya T40N prosessoru ilə əlaqədardır. Bu Radeon HD qrafiklərində VGA, DVI-D və 18-bitlik yeganə kanal LVDS daxil olmaqla video intefeys massivini təmin etmək üçün yaradılmışdır. T56N və T48N Radeon HD 6320/6310 qrafiklərinin hər ikisi 2560 x 1600 pikseldən yuxarı keyfiyyət təklif edir.

 
Alix.1C Mini-ITX embedded board with AMD Geode LX 800 together with Compact Flash, miniPCI and PCI slots, 44-pin IDE interface and 256MB RAM
Transmeta bazalı məhsullar
redaktə

IBASE ilk Transmeta bazalı Mini-ITX analövhəsi MB860-ı yaratdı. Lövhə 1.2 GHz tezliyə qədər çalışan Transmeta™ Efficeon™ prosessorlarından istifadə edir. O 1GBdan yuxarı tutum ilə SO-DIMM DDR modullarını dəstəkləyir. Onun dörd USB 2.0 portu, bir Realtek 8100C 10/100 BaseT Etherneti və bir fakultativ 8110S Gigabit Ethernet kontrolleri var.

PowerPC bazalı məhsullar
redaktə

İlk PowerPC analövhələri Eyetech tərəfindən 2005-ci ildə istehsal olunub, lakin elə həmin il də onlar öz fəaliyyətlərini dayandırdılar. Beləliklə ACube Systems şirkəti ilk əvvəl AmigaOS marketləri üçün yeni Sam440ep lövhəsi yaratdı.

Tarixçə

redaktə

2001-ci ilin mart ayında çipset istehsalçıları VIA Technologies İTX lövhələrinin dizaynına istinadən onların çipsetləri ilə birlikdə aşağı güclü C3 prosessorunu Centaur Technology-dən almışdılar. VIA's rəhbəri R&D eksperti Robert Kuo tərəfindən dizayn edilmiş 215×191 mm VT6009 ITX lövhəsi "Information PC" və set-top box formfaktorlarında nümayiş edildi. O, Mini-ITX formfaktorlarının dizaynına davam etmək istəyirdi.229×191 mm FlexATX formfaktoruna əsaslanmış daha balaca lövhə təqdim edən istehsalçılar Mini İTX formfaktorlarını hec vaxt müzakirə etmədilər.2001-ci ilin oktyabrında VİA aşağı qiymətli fərdi kompüter formfaktorları üçün standartlaşdırılmış infrastruktur təqdim edən yeni ana lövhə yaratmaq qərarını elan etdi. Nəticədə 2011-ci ilin noyabr ayında bir daha "Information PC" və ya aşağı qiymətli, giriş səviyyəsi x86 olan hesablayıcı platforması kimi önə çəkilmiş VT6010 Mini-ITX dizaynı meydana gəldi. Mini İTX lövhələrinə ilk əvvəl sənaye və əlaqədar fərdi kompüter mağazalarında müraciət olunurdu. VİA Mini İTX lövhələrinə məsrəf etməyə davam edirdi. İlkin nəsilə original PL133, CLE266, CN400 çipset lövhələri daxildir. Müxtəlif mağazaların tələblərinə uyğun olaraq xüsuslaşmış EPIA M, MII, CL, PD, TC lövhələri ikinci nəsili əmələ gətirir. VİA lövhələrinin uyuşan CPU-ları-C3, C7 və aşağı güclü Eden variantları daha yeni VIA Nano CPU ilə istifadə olunur.

İstehlak malları

redaktə

VİA İPCdə diqqət cəlb etdikdən sonra Mini İTX məhsulları dizayn olunaraq istehsalat və sistem birləşmiş mağazalarına satıldı. Eyetech Group Ltd Mini İTX lövhələrini onların Micro-AmigaOne kompüterləri ilə istehlak mağazalarına gətirən ilk şirkət olmuşdur.

Mümkün variantlarda bəzi təklifləri olmasına baxmayaraq Mini İTX-in standart güc təchizatı müəyyənləşdirilməmişdir. Şərti olaraq Mini İTX lövhələri 20–24 pin "orijinal ATX" güc konnektorundan istifadə edir. Bu adətən işlək vəziyyətdə olduqda xarici güc adapterinə qoşulmuş DC-DC çevirici lövhəsi ilə əlaqələnir. Adətən hər iki güc adapteri və DC-DC çevirici lövhəsi korpus ilə təmin olunur.

  NODES