Mixael Artur Yozef Yakob Hayniş (alm. Michael Arthur Josef Jakob Hainisch‎; 15 avqust 1858[1][2][…]26 fevral 1940[1][2][…], Vyana[3]) — Avstriya siyasətçisi, Birinci Dünya müharibəsinin sonunda monarxiyanın süqutundan sonra 1920–1928-ci illərdə Avstriyanın ilk prezidenti.

Mixael Hayniş
alm. Michael Hainisch
9 dekabr 1920 – 10 dekabr 1928
Əvvəlkivəzifə təsis edilmişdir
SonrakıVilhelm Miklas
Şəxsi məlumatlar
Doğum tarixi 15 avqust 1858(1858-08-15)[1][2][…]
Vəfat tarixi 26 fevral 1940(1940-02-26)[1][2][…] (81 yaşında)
Vəfat yeri
Təhsili
Fəaliyyəti siyasətçi, iqtisadçı, fermer, yazıçı
Dini Roma-Katolik kilsəsi
Elmi fəaliyyəti
Elmi dərəcəsi
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Erkən həyatı

redaktə

Mixael Artur Yozef Yakob Hayniş 15 avqust 1858-ci ildə Avstriya-Macarıstanda, indiki Avstriyanın Aşağı Avstriya diyarında anadan olmuşdur. O, fabrik sahibi olan atasının adını daşıyır. Anası Marianna Hayniş ölkədə sufrajizm seçki hüququ hərəkatının lideri idi.[4]

Hayniş fəaliyyətinə Xəzinədarlıq və Təhsil Departamentində hüquqşünas və məmur kimi başlamışdır. O, daha sonra Aşağı Avstriya və Ştiriyadakı təqaüdə çıxmış və öz mülkləri ilə maraqlanmağa başlamışdır. O, burada model fermalara rəhbərlik etmiş, Fabian hərəkatının Avstriya bölməsinin rəhbəri və Mərkəzi Xalq Kitabxanasının yaradıcılarından biri olmuşdur. Hayniş sonrakı illərdə radikal sosializmdən uzaqlaşaraq mühafizəkar aqrarçı olmuşdur.[5]

Prezidentliyi

redaktə

Mixael Hayniş siyasi partiyalardan uzaq idi. O, parlament üzvü olmasa da, şəxsi səlahiyyətlərinə görə prezident seçilmişdir. Hayniş müstəqil namizəd idi. O, 1920-ci ildə seçilmiş və vəzifəyə başlamışdır. Hayniş 1928-ci ilə qədər iki dəfə prezidentlik etmişdir. O, assimilyasiya olunmuş Vyana yəhudi ailəsinin nəslindən olan Emiliya Fiqdor ilə evlənmişdir. Emiliyanın atası Qustav Vyana şəhərinin məclis üzvü idi.

Hayniş prezident kimi, Avstriyanın müharibədən sonra düşdüyü ağır vəziyyəti yaxşılaşdırmaq üçün çox çalışmışdır. O, kənd təsərrüfatı sektorunun inkişafı üçün çox işlər görmüş, dəmiryolunun elektrikləşdirilməsini təşviq etmiş, xüsusilə Alp dağlarında turizmi daha çox inkişaf etdirməyə çalışmışdır. Hayniş Almaniya kimi qonşu ölkələrlə ticarət təşviq etmişdir. O, həm də yerli adət-ənənələrin və mədəniyyətin qoruyucusu olmuş, qorunan abidələr haqqında qanunun yaradılması təşəbbüsü ilə çıxış etmişdir. Hayniş həmçinin, Avstriya Elmlər Akademiyasının fəxri üzvü olmuşdur.

1928-ci ildə əsas partiyalar Haynişi üçüncü müddətə yenidən seçmək üçün konstitusiyaya dəyişiklik etməyi təklif etmişdilər. Federal kansler İqnas Zeypel Hayniş üçün bir illik müddət təklif etmiş, lakin Hayniş üçüncü dəfə prezidentlik etməkdən imtina etmişdir.[6] O, daha sonra 1929–1930-cu illərdə ticarət naziri vəzifəsində çalışmışdır.

O, pangerman ideyalarını dəstəkləmişdir və bu, mübahisə mövzusu olmuşdur. Hayniş daha sonra bir çox həmyerliləri kimi 1938-ci ildə Anşluss mövzusunda Nasist Almaniyasını dəstəkləmişdir. O, 1940-cı ilin fevralında, Anşlussdan təxminən iki il və İkinci Dünya müharibəsinin başlamasından bir neçə ay sonra vəfat etmişdir.

Əsərləri

redaktə
  • Zukunft der Oesterreicher ("Avstriyalıların gələcəyi," 1892)
  • Zur Wahlreform ("Seçki islahatlarına doğru," 1895)
  • Kampf ums Dasein und Sozialpolitik ("Mövcudiyyət uğrunda mübarizə və sosial siyasət," 1899)
  • Heimarbeit (1906)
  • Fleischnot und Alpine Landwirtschaft

İstinadlar

redaktə
  1. 1 2 3 4 Michael Hainisch // Encyclopædia Britannica (ing.).
  2. 1 2 3 4 Michael Hainisch // Brockhauz Ensiklopediyası (alm.).
  3. 1 2 3 4 Deutsche Nationalbibliothek Record #118544977 // Ümumi tənzimləmə nəzarəti (GND) (alm.). 2012—2016.
  4. Francisca de Haan; Krasimira Daskalova; Anna Loutfi. Biographical Dictionary of Women's Movements and Feminisms in Central, Eastern, and South Eastern Europe: 19th and 20th Centuries. Central European University Press. 1 January 2006. 174–6. ISBN 978-963-7326-39-4. 29 July 2023 tarixində arxivləşdirilib. İstifadə tarixi: 23 April 2023.
  5. Chisholm, Hugh, ed. (1922). "Hainisch, Michael" . Encyclopædia Britannica (12th ed.). London & New York: The Encyclopædia Britannica Company.
  6. "Austria: Three-Room President". Time. December 17, 1928. November 3, 2012 tarixində orijinalından arxivləşdirilib.

Xarici keçidlər

redaktə
  NODES