Mizostomidlər yarımsinfi
Mizostomidlər (lat. Myzostomıda ) — Həlqəvi qurdlar bölməsinə aid yarımsinif.
Mizostomidlər yarımsinfi | ||||||||||||
---|---|---|---|---|---|---|---|---|---|---|---|---|
Elmi təsnifat | ||||||||||||
Domen: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Ranqsız: Aləm: Yarımaləm: Klad: Klad: Ranqsız: Ranqsız: Tipüstü: ???: Mizostomidlər yarımsinfi |
||||||||||||
Beynəlxalq elmi adı | ||||||||||||
|
||||||||||||
|
Haqqında
redaktəMizostomidlər yastılaşmış, oval və ya diskşəkilli bədənə malik çoxqıllı qurdlardır. Bəzi formaları xarici quruluşuna görə yastı qurdlara oxşardır. Bədənləri xaricdən buğumlanmamışdır. Parapodiləri beş cüt qarın çıxıntıları şəklində olub, üzəri qıllarla, bəzilərində qarmaqcıqlarla təchiz olunmuşdur. Mizostomidlərin bir qismində isə parapodilər tamamilə olmur. Yarımsinfin nümayəndələrində selom zəif inkişaf etmiş, daxili orqanların parenximadan yerləşmişdir. Mərkəzi sinir sistemi metamerdir. Həzm sistemi üç hissədən ibarətdir - ön, orta və dal bağırsaqdan ibarətdir. Ön bağırsaq xaricə çıxa bilən əzələli udlağa, orta bağırsaq kisəşəkilli yan çıxıntılara malikdir. Dal bağırsaq kloaka rolunu yerinə yetirir, buraya cüt nefridilər və yumurta boruları açılır. Qan – damar və tənəffüs sistemi yoxdur. Hermofroditdirlər. Cinsi hüceyrələr selomun divarında formalaşır, toxumluq və yumurtalıqdan ibarətdir. İnkişafları metomorfozla olub, troxofora oxşar sürfə əmələ gətirirlər. Mizostomidlər yarımsinfinə parazit və kommensal çoxqıllı qurdlar daxil olub, müxtəlif dərisitikanlılarda , xüsusilə dəniz zanbaqlarında, həmçinin dəniz ulduzlarında və ofiurlarda parazitlik edirlər.[1]
Ədəbiyyat
redaktəB.Ağayev, Z.Zeynalova. Onurğasızlar zoologiyası. Bakı, Təhsil, 2008, -563 səh.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycanın heyvanlar aləmi. II hissə, Elm nəşriyyatı, Bakı-2004.