Monqol dilləri - Altay dil qrupunun qolu olub 12 dili əhatə edir. Bu dillərdə Mərkəzi Asiyada 6,5 milyon adam danışır.

Monqol dilləri
Takson qrup
Vətəni Mərkəzi-Şərqi Asiya
Areal Monqolustan, Şimali Çin, Rusiya (Buryatiya, Kalmıkiya, Zabaykal diyarı, İrkutsk vilayəti), Əfqanıstan (Herat vilayəti)
Təsnifat
Kateqoriya Avrasiya dilləri

Nostratik makroailə (hipoteza)

Altay ailəsi (hipoteza)
Tərkib
kidan dili, monqol dili, monqor dili, kalmık dili, oyrat dili, buryat dili və s.
Parçalanma tarixi XIII əsr
Dil qrupunun kodları
ISO 639-2
ISO 639-5 xgn
Monqol dillərinin yayılma coğrafiyası

XIV-XVI əsrlərdə (Çingiz xan imperiyası dağıldıqdan sonra) qədim monqol tayfalarının hamısı üçün vahid sayılan erkən monqol dili dialektləri əsasında yaranmışdır. Monqol dillərində şimali (monqol dili, buryat dili, kalmık dili, oyrat dili); cənub-şərqi (daqur (Şimal-şərqi Çində), dunsyan, monqor, bason (Tsinxay və Qansu əyalətlərində; hamısı yazısızdır)) və aralıq dilləri (qədim monqol yazı dili, moğol dili (Əfqanıstanda)) daxildir. Monqol, buryat və kalmık dilləri daha çox öyrənilmişdir. Leksikasında türk dillər ilə müştərək cəhətlər var.[1]

İstinadlar

redaktə
  1. Монгол дилләри // Азәрбајҹан Совет Енсиклопедијасы: [10 ҹилддә]. VII ҹилд: МисирПрадо. Бакы: Азәрбајҹан Совет Енсиклопедијасынын Баш Редаксијасы. Баш редактор: Ҹ. Б. Гулијев. 1983. С. 43.

Ədəbiyyat

redaktə
  • Санжеев Г.Д. Сравнительная грамматика монгольских языков, т. 1-2, М.: 1953-64.
  • Бертагаев Т.А. Лексика современных монгольских литературных языков. М.: 1974.
  NODES
Done 1