Montana
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Montana (ing. Montana) — Amerika Birləşmiş Ştatlarında ştat. Ştatın qərb hissəsində çoxlu dağ silsilələri yerləşir. Bunlar Qayalı dağlar silsiləsinə aid dağ silsilələridir. Ştat ərazisindəki dağ silsillərinin ümumi sayı 77-dir və ştatın ərazisinin 1/3-ni əhatə edir. Ştatın coğrafi xarakteristikası onun adına da yansıyıb. Montana ispan dilindən tərcümədə dağ deməkdir. Mərkəzi Helena şəhəridir. Montana ərazisinə görə Amerikada dördüncü, əhalisinin sayına görə isə 44-cü ştatdır. Buna uyğun olaraq, Montana Amerikadakı ştatlar arasında 3-cü ən aşağı əhali sıxlığına malik ştatdır. İqtisadiyyatı əsasən şərq hissəsində kənd təsərrüfatı, ranço təsərrüfatı, neft və daş kömür hasilatı, qərb hissəsində isə ağac kəsilməsi və emalatı, turizm və dağ-mədən sənayesindən ibarətdir. Hər il milyonlarla turist burada yerləşən milli parkları ziyarət etmək üçün Montanaya gəlir.
Montana ing. Montana | |||||
---|---|---|---|---|---|
Ştat | |||||
| |||||
Təxəllüsü: "Xəzinə ştat" | |||||
Paytaxtı | Helena | ||||
Ən iri şəhəri | Billinqs | ||||
Ərazisi | 4-cü (ABŞ üzrə) | ||||
• Ümumi | mil² (381.156 km2) | ||||
• Eni | mil ( km) | ||||
• Uzunluğu | mil ( km) | ||||
• % su | 1 | ||||
Əhalisi | 44-cü (ABŞ üzrə) | ||||
• Ümumi | 989.415 | ||||
• Sıxlıq | /mil² (2,51 nəfər/km2) (ABŞ üzrə) | ||||
Yüksəklik | |||||
• Maksimal yüksəklik | ft (3.903 m) | ||||
• Orta yüksəklik | ft (1.035 m) | ||||
• Minimal yüksəklik | {{{Minimal yüksəklikABŞ}}} ft (549 m) | ||||
İttifaqa qəbul | 8 noyabr 1889 () | ||||
Qanunverici hakimiyyət | |||||
ABŞ Palata nümayəndələri | Siyahı | ||||
Abbreviatura | MT |
Coğrafiyası
redaktə380.850 km² quru ərazisi ilə Montana Yaponiyadan azacıq böyük, Paraqvaydan isə azacıq kiçikdir. Montana ABŞ-də Alyaska, Texas və Kaliforniyadan sonra ərazisinə görə dördüncü ən böyük ştatdır, hər hansı dənizə və Dünya okeanına heç bir çıxışı yoxdur. Şimalda Montana Kanadanın üç əyaləti Saskaçevan, Alberta və Britaniya Kolumbiyası ilə ümumilikdə 877 kilometr sərhədə malikdir.