Myanmanın dövlət quruluşu

Myanmanın[1] dövlət quruluşu — 2008-ci ildə qəbul edilmiş Konstitusiyaya əsasən hüquqi-siyasi, inzibati, iqtisadi və ictimai münasibətlər sisitemi.

Myanma
Bayraq Gerb
Bayraq Gerb
Paytaxt Naypyida
İdarəetmə forması respublika
prezident Theyn Seyn
Sahəsi Dünyada 39-cu
 • Ümumi 678500 km²
 • Su sahəsi (%) 3,06
Əhalisi
 • Əhali 50 020 000 nəfər (24-cü)
 • Sıxlıq 73,9 nəf./km²
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Dövlət quruluşu

redaktə

Məhdud hakimiyyətli prezident idarəetmə üsuluna malik Respublikadır. Milli bayram günü olan müstəqillik günü (1948) 4 yanvarda qeyd olunur.

Ölkənin yeni Konstitusiyası 10 may 2008-ci ildən qüvvədədir.

İnzibati ərazi bölgüsü

redaktə

Myanma rayonlara bölünən 7 inzibati vilayətdən (Mandalay, Pequ, İravadi, Maque, Sikayn, Tanintayi və Yanqon) və 7 ştatdan (Rakxayn, Çin, Kaçin, Şan, Kaya, Karen və Mon) ibarətdir.

Dövlət başçısı

redaktə

Ölkədə milli birliyin və müstəqilliyin rəmzi, hüquqi dövlətin, ərazi bütövlüyünün və milli təhlükəsizliyin təminatçısı, dövlət və hökumət başçısı, eyni zamanda silahlı qüvvələrin ali baş komandanı olan Prezident ölkə Parlamenti tərəfindən seçilir. Dövlətin idarə edilməsində Prezidentə müxtəlif sahələr üzrə geniş səlahiyyətlərə malik olan iki vitse-prezident köməklik edir.

45 yaşına çatmış və ən azı son 20 ilini ölkə ərazisində yaşamış şəxs Prezident seçkilərində namizədliyini irəli sürə bilər.

30 mart 2011-ci ildən etibarən Myanma Birliyi Respublikasının hazırkı, sayca 1-ci Prezidenti, Həmrəylik və İnkişaf Partiyasının sədri Teyn Seyndir.

Qanunverici hakimiyyət

redaktə

İttifaq Məclisi: Milli Assambleyadan (Yuxarı Palata, 224 yer, sədri 31 yanvar 2011-ci ildən K. A. Myintdir) və Nümayəndələr Palatasından (Aşağı Palata, 440 yer, spikeri 31 yanvar 2011-ci ildən T. Ş. Manndır) ibarət iki palatalı Parlamentdir.

Mövcud Konstitusiyaya görə Parlamentin tərkibinin ¼-i hərbçilər üçün nəzərdə tutulmuşdur. Bu baxımdan Yuxarı Palataya 58, Aşağı Palataya isə 110 deputat yeri Myanma (Birma) Respublikası Silahlı Qüvvələrinin Ali Baş Komandanı tərəfindən təyin olunan hərbçilərdən formalaşır.

Ölkə Parlamenti qanunvericilik fəaliyyətinin əsas qayəsini təşkil edən funksiyaları: qanunların hazırlanmasını və qəbulunu, habelə illik dövlət büdcəsinin müzakirə və təsdiq edilməsini, beynəlxalq müqavilələrin ratifikasiyasını və bir sıra digər məsələləri həyata keçirir.

7 noyabr 2011-ci ildə keçirilmiş seçkilər nəticəsində Parlamentdə təmsil olunan ölkənin əsas siyasi partiyaları:

  • Həmrəylik və İnkişaf Partiyası (259 deputat, 129 yer),
  • Şan Demokratik Liqası (18; 3),
  • Milli Birlik Partiyası (12;5),
  • Milli Demokratik Qüvvələr (12;5),
  • Rakxayn Milli İnkişaf Partiyası (9;7),
  • Mon Demokratik Partiyası (3;3),
  • Çin Milli Partiyası (2;2),

İcraedici hakimiyyət

redaktə

Böyük əksəriyyəti Parlament seçkilərində qalib gəlmiş siyasi partiyanın nümayəndələrindən təşkil olunmuş Hökuməti (Nazirlər Kabineti) Prezident formalaşdırır və təyin edir. Ölkənin daxili və xarici siyasətinin həyata keçirilməsində səlahiyyətli olan Hökumətin üzvü 40 yaşına çatmış və ölkə ərazisində ən azı 10 il yaşamış şəxs olmalıdır.

Məhkəmə hakimiyyəti

redaktə

İcra Hakimiyyətindən müstəqil olan Ali Məhkəmə, habelə vilayət, rayon (şəhər) və məhəlli məhkəmələr Myanmada məhkəmə hakimiyyətini həyata keçirir.

Mənbə

redaktə
  • Кауфман А. С. Современная Бирма. М.: Знание, 1956.- 29 с.
  • Кауфман А. С. Государственный строй Бирмы. М.: Госюриздат, 1959.- 82 с. Бирма. Справочник. М., 1962
  • Васильев В. Ф. Бирма на новых рубежах, М., 1965.
  • Гаврилов Ю. Н., Борьба за независимость и прогрессивные преобразования в Бирме, М., 1970.
  • Кауфман А. С. Бирма: идеология и политика. М., 1973.

İstinadlar

redaktə
  1. "МИД России | 10/13/2011 | Республика Союз Мьянма (справочный материал)". 2014-03-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-11-21.
  NODES