Nomme Kalyu - Estoniyanın Tallin şəhərini təmsil edən futbol klubu. 1923-cü ildə yaradılıb.

Nımme Kalyu FK
JK Nõmme Kalju
Ölkə
Rəng(lər) qara
Yaranma tarixi 1923
1997 (bərpa olunma)
Prezidenti Kuno Texva
Baş məşqçisi İqon Prins
Liqa Meistriliiga
2024 2.
Rəsmi saytı
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Nomme Kalyu klubu 1923-cü ildə yaradılıb. Paytaxt Tallini təmsil edən komanda sonradan fəaliyyətini dayandırsa da 1997-ci ildə yenidən bərpa olunub.[1]

1997-2004-cü illərdə 3-cü liqada oynayan Nomme Kalyu 2005-ci ildəki debütdə 2-ci liqanın da qalibi adını qazanır. Növbəti il 1-ci dəstədəki çempionluq isə klubu güclülər dəstəsinə yüksəldir.[1]

Elitadakı debüt ilində - 2008-ci ildə 4-cü olan tallinlilər TVMK-nın dağılması sayəsində 2009/10 mövsümündə UEFA Avropa Liqasında oynamaq imkanı qazanır. 2008/09 mövsümündə kubokun finalına çıxan Nomme Kalyu tarixinin ən böyük uğurunu ötən mövsüm əldə edib. Həmin vaxt komanda çempionatda ilk mükafatını – gümüşü əldə edib.[1]

İstinadlar

redaktə
  1. 1 2 3 Prins Lənkərana gəlir[ölü keçid]

Xarici keçidlər

redaktə
  NODES
os 1
web 1