Napoleon Hil (ing. Napoleon Hill; 26 oktyabr 1883[1], Vayz, Virciniya8 noyabr 1970[1], Cənubi Karolina) — amerikalı yazıçı və müasir fərdi-müvəffəqiyyət nəşr növünün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Düşün və zənginləş" (ing. Think and Grow Rich) bütün zamanların ən çox satılan kitablarından biridir. O, geniş şəkildə müvəffəqiyyət haqqında yazan böyük yazıçılardan biri hesab olunur.[2]

Napoleon Hil
ing. Oliver Napoleon Hill
Doğum tarixi 26 oktyabr 1883(1883-10-26)[1]
Doğum yeri
Vəfat tarixi 8 noyabr 1970(1970-11-08)[1] (87 yaşında)
Vəfat yeri
Fəaliyyəti yazıçı, esseist, jurnalist, professor, reportyor, vəkil, hüquqşünas
Fəaliyyət illəri 1928–1970
Əsərlərinin dili ingilis dili
Janrlar traktat, özünüinkişaf
Tanınmış əsərləri
İmza
naphill.org
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Napoleon Hill (26 oktyabr 1883 – 8 noyabr 1970), Amerikalı yazıçı və müasir şəxsi-inkişaf haqqında növün ilk yazıçılarındandır. Ən məşhur əsəri "Think and Grow Rich" (Fikirləş və Zənginləş) bütün dövrlərin ən çox satılan kitablarından biridir.

Həyat hekayəsini qeydə alanlara görə Napoleon, Vircinya Vays Kauntinin Paund qəsəbəsində 2 otaqlı bir daxmada kasıb ailədə dünyaya gəlib. Anası Napoleon 10 yaşında ikən vəfat edib, atası iki il sonra yenidən evlənib.

13 yaşında olarkən qəsəbə qəzeti "Mountain Reporter"də məqalə yazmağa başlayır. Hüquq oxumaq istədiyinə görə müxbirliyə başlasada iqtisadi səbəblərdən fikrini dəyişir. Sənaye manatı və dövrünün ən zəngin insanlarından biri olan Andrew Carnegie-dən aldığı müsahibə Napoleonun karyerasında dönüş nöqtəsi oldu. Məşhur insanlarla apardığı müsahibələrin bir parçası olan bu müsahibədə Napoleon, Andrew Carnegienin uğurunu sadə bir formulla izah edə biləcəyinə və sadə vətəndaşlar tərəfindən tətbiq ediləcəyinə inandığını kəşf etti. Bundan sonra Napoleonun 500 uğurlu və çoxu milyonçu olan kişi və qadınla uğurlarının formulunu kəşf etmək və çap etmək üçün görüşlər keçirdi. Napoleonun araşdırmasında görüşdüyü məşhur insanlar arasında Thomas Edison, Alexander Graham Bell, George Eastman, Henry Ford, Elmer Gates, John D. Rockefeller, Charles M. Schwab, F. W. Woolworth, William Wrigley Jr., John Wanamaker, William Jennings Bryan, Theodore Roosevelt, William H. Taft, Woodrow Wilson, Charles Allen Ward və Jennings Randolph yer alıbdır. Layihə 20 ildən uzun müddət davam elədi və 1928-ci ildə "The Law of Succes" adı ilə kitablaşdırıldı.

1937-ci ildə Napoleon uğur formulunun hələ də çapı davam elətdirilən və satılan "Think and Grow Rich" (Fikirləş və Zənginləş) kitabında izahını verdi.

İstinadlar

redaktə
  1. 1 2 3 4 Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
  2. Briley, Richard Gaylord, 1995, The Seven Spiritual Secrets Of Success, p. 151, Thomas Nelson Publishers, ISBN 0-7852-8083-9

Xarici keçidlər

redaktə
  NODES