Nazik bağırsaq, orta bağırsaq (lat. intestinum tenue; yun. enteron ona görə də onun iltihabı enteritis adlanır) ― həzm kanalının ən uzun hissəsini təşkil edir. Nazik bağırsaq birinci bel fəqərəsinin bərabərində mədə çıxacağından başlayaraq, sağ qalça çuxurunda kor bağırsağa açılır. Böyüklərdə meyitdə uzunluğu 6–7 m-dir və üç hissəyə bölünür:

Nazik bağırsaq
Həzm sistemi
Həzm sistemi
nazik bağırsaq
nazik bağırsaq
Latınca Intestinum tenue
Yunanca enteron
Qrey subyekt 248 1168
Sistem Həzm
Arteriya

Yuxarı, aşağı çöz arteriyaları:

lat. art. mesenterica superior; art. intestinalis (art-ae jejunales et ilei); art. pancreaticoduodenalis superior et inferior
Vena lat. vv. mesentericae superior et inferior
Sinir Azan sinir
Limfa Qarın boşluğu limfa düyünləri
MeSH Small+intestine
Dorlands/Elsevier Small intestine
Vikianbarın loqosu Vikianbarda əlaqəli mediafayllar

Acı bağırsaq və qalça bağırsaq peritondan əmələ gəlmiş çöz (müsariqə) – lat. mesenterium vasitəsilə qarın boşluğunun arxa divarına bağlanmışdır; ona görə bunlara biryerdə çözlü (müsariqəli) bağırsaq – lat. intestinum tenue mesenteriale s. mesaracium deyilir. Nazik bağırsağın hissələrinin diametri bir deyildir, belə ki, yuxarı hissələrdə 4-6 sm və aşağıda 2.5-3 sm-ə bərabərdir.

Nazik bağırsağın daxili səthi xovlarla örtüldüyü üçün məxmər kimi olur. 1 kv san-də olan 2500-ə qədər xov nazik bağırsaqların selikli qişasının sorma səthini artırır. Xovların divarları birqat epiteli ilə örtülmüşdür. Hər bir növ xov hüceyrəsi 3000-ə qədər mikroxovcuqlara malikdir. Hər xova qan və limfa damarı daxil olub, burada kapillyar tor əmələ gətirir. Suda həll olmuş aminturşular və qlükoza xovların kapilyarlarından qana sorulur. Xovlar bağırsağın sorma səthini 1000 dəfəyə qədər artırır. Qliserin və yağ turşuları əvvəlcə xovların epiteli hüceyrələrinə keçir və burada insan orqanizmi üçün xarakterik olan yağlar əmələ gətirir. Yağlar limfa damarlarına sorulur və limfa ilə birlikdə ürəyin sağ qulaqcığına açılan boş vena məcrasına qovuşur. Onikibarmaq bağırsağın uzunluğu 25–30 sm, diametri 3–5 sm bərabərdir. Onikibarmaq bağırsağa qaraciyər və mədəaltı vəzinin axarları açılır.

Nazik bağırsaq şirəsinin mühiti qələvi reaksiyaya malik olub, mədədən daxil olan turş qida mühitini neytrallaşdırır. Nazik bağırsaqlarda həzm prosesi bir-birilə əlaqəli 3 mərhələdə gedir: boşluq həzmi, membran həzmi və sorulma. Öyrəndiyimiz hüceyrədaxili və hüceyrəxarici həzm tipindən başqa A.M.Uqolyev tərəfindən kəşf edilən üçüncü membran həzm tipi müəyyən edilmişdir. Membran həzmini hüceyrədaxili və hüceyrəxarici mühit sərhədində membranın üzərində xovlar arasında fiksə olunmuş çoxlu fermentlər həyata keçirir. Ölçüləri iki qonşu mikroxovlar arasındakı məsafədən kiçik olan qida hissəcikləri membran həzmə məruz qalır. Su, aminturşular, qlükoza, qliserin və monosaxaridlər xovların qan kapilyarlarına sorulur və bütün orqanizmə aparılır.

Mənbələr

redaktə
  NODES
Done 1