60 prazeodimneodimprometium
-

Nd

U
Ümumi
Ad, İşarə, Nömrə neodim, Nd, 60
Qrup, Dövr, Blok , 6, f
Xarici görünüşü
Atom kütləsi 144.242 q/mol
Elektron formulu [Xe] 4f4 6s2
Fiziki xassələr
Halı
Sıxlığı (0 °C, 101.325 kPa)
q/L
Ərimə temperaturu 1024 °C
(1297 K, 1875 °F)
Qaynama temperaturu 3074 °C
(3347 K, 5565 °F)
Elektromənfiliyi
Oksidləşmə dərəcəsi
Spektr =
İonlaşma enerjisi kCmol-1

Neodim (Nd) – nadir metallardandır, lantanoidlərə aid edilir. D.İ. Mendeleyevin elementlərin dövri sistemində 60-cı element. Neodim - elementlərin dövri sisteminin III qrupundadır. Təbiətdə 5 stabil (kütlə ədədləri 142,143,145,146,148) və 2 radioaktiv (kütlə ədədləri 144,150 olan) izotopu tapılmışdır. Yer qabığında neodimin miqdarı 2,5.10-3 %, dəniz suyunda – 9,2.10-6 mq/l təşkil edir. Monosit və loparit minerallarının kristal qəfəsinə izomorf qarışıq kimi daxildir.

Avstriya kimyaçısı Karl Auer fon Velsbax tərəfindən 1885-ci ildə oksid neodim şəklində kəşf edilmişdir.

Alınması

redaktə

Başqa lantanoidlər kimi neodimdə əridilmiş xloridin NdCl3 elektrolizindən alınır.Saf neodim almaq üçün metalotermik üsuldan istifadə edilir.

Fiziki xassələri

redaktə

Neodim gümüşü-sarımtıl rəngli metaldır, paramaqnit xassəlidir. Oksidləşmə dərəcələri +3, +4, nadir hallarda +2 olur.

 

Kimyəvi xassələri

redaktə

Neodim birləşmələrdə üçvalentlidir. Qızdırıldıqda hidrogen, karbon, azot, fosforla və halogenlərlə reaksiyaya girir:

  • 2 Nd + N2 → 2 NdN
  • 2Nd + 3 Y2 → 2 NdY3

Adi temperaturda xlorid, nitrat, sulfat turşuları ilə reaksiyaya daxil olur. Alınan duzlar suda həll olur. 180-2000C-dən yuxarı temperaturda havada dərhal oksidləşir. Qaynar su ilə reaksiyaya daxil olur. Hidroksidi Nd(OH)3 əsası xassəlidir, qələvilərdə həll olmur. Nd 3+ kationu qırmızı bənövşəyi rənqdədir.

Tətbiqi

redaktə

Neodim, maqneziumalüminium ərintiləri texnikanın müxtəlif sahələrində işlədilir. Rəngli şüşələrin hazırlanmasında (bənövşəyi neodim şüşəsi), maqnit oyuncağlarının alınmasında istifadə olunur.

Mənbə

redaktə
  1. Химический энциклопедически словарь. М., « Советская энциклопедия», 1983 год, с. 372.
  2. Волков А.И, Жарский И.М. Большой химический справочник.М., 2005 год, с.184

İstinadlar

redaktə
  NODES
Done 1
see 1